06 Sentyabr 2025 08:35
11316
Səhiyyə
A- A+
Şirin təhlükə

Şirin təhlükə


Şəkər insanların əksəriyyətinin gündəlik qida rasionunun ayrılmaz hissəsidir. Çaydan şirniyyata, sərinləşdirici içkilərdən "fast food"lara qədər bir çox məhsulda şəkər mövcuddur. Lakin onun faydadan çox zərər gətirdiyi danılmaz həqiqətdir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, günlük şəkər istehlakı kişilər üçün 37,5 qram (9 çay qaşığı), qadınlar üçün 25 qram (6 çay qaşığı), uşaqlar üçün 12-25 qram olmalıdır.

Əslində, enerji mənbəyi hesab edilən şəkər təbii şəkildə qəbul edilsə, hətta faydalıdır da. Meyvə, tərəvəz, süddə olan fruktoza və laktoza vitamin və minerallarla zəngindir. Rafinə (emal) edilmiş şəkər isə müxtəlif kimyəvi və fiziki proseslərdən keçdiyi üçün qida dəyəri azdır. Lakin onun mənfi cəhəti yalnız bununla bitmir. ABŞ-nin San-Fransisko Kaliforniya Universitetinin tədqiqatçıları xüsusilə qablaşdırılmış qidalardakı emal olunmuş şəkərin hüceyrə zədələnməsinə, xroniki iltihaba səbəb olduğunu və bioloji qocalmanı sürətləndirdiyini aşkar ediblər. Xroniki iltihab isə piylənmə, diabet, qaraciyər və ürək xəstəliklərinə səbəb olur və xərçəng riskini artırır. Şəkər kollagenin parçalanmasını sürətləndirərək, dərinin daha tez qocalmasına səbəb olur.

Narkotik, spirt və nikotin tərkibli məhsullar kimi emal olunmuş şəkərin həddən artıq istifadəsi də asılılıq yaradır. Müəyyən edilib ki, şirin qidalar qəbul olunduqda psixotrop maddənin və alkoqolun qəbulundan sonra olduğu kimi beynin eyni sahələri aktivləşir. Şəkər dildə olan dad reseptorlarına təsir edərək, beyində "xoşbəxtlik hormonu" olan dopamin ifrazını stimullaşdırır. Lakin bu təsir müvəqqətidir və daha çox şəkər istəyi yaradır. 

Şəkərli diabetin bir neçə növü var. Onun ən çox yayılmış növü tip 2-dir. O, bədənin hüceyrələri insulinə davamlı olduqda baş verir və insulinin qeyri-adekvat istifadəsinə səbəb olur. Şəkərdən kəskin imtina cəhdi isə beyində bu hormona ehtiyac yarada bilər ki, bu da nəticədə şəkər asılılığı olan şəxsdə daha çox həcmdə şirniyyat yemək istəyi yaradır.

Şəkər asılılığı yuxu rejiminə də bilavasitə təsir edir. Sutkalıq 7-8 saatlıq yuxu rejiminə riayət edilməsinə baxmayaraq, insan daimi yuxululuq hissindən şikayət edirsə, bu, şəkər asılılığının əlaməti kimi qəbul edilir. Belə ki, mütəmadi şəkər istifadəsi qanda şəkərin miqdarının sürətlə yüksəlib, daha sonra düşməsinə, yəni şəkərin oynamasına səbəb olur. Bu da daimi yorğunluğa gətirib çıxarır. Proteindən fərqli olaraq, karbohidratın bir növü olan şəkər tez həzm olunur, qana sürətlə sovrulur. Bu zaman avtomatik  olaraq qanda şəkərin miqdarı yüksəlir, lakin elə yüksəldiyi kimi də tez düşür. Aclıq hiss edilir, tez həzm olunacaq qidaya tələbat olur. İnsana əsmə, bayılma hissləri gəlir. Ona görə də ən tez əldə edə bildiyi şəkərdən istifadə edir. Bu hal tez-tez təkrarlandıqca orqanizmdə insulin ifrazı artır, insulin dirənci kimi problemlər meydana çıxır. Bu səbəbdən şirniyyatı çox istehlak edənlərə şirniyyat qəbulunu tədricən azaltmaq tövsiyə olunur. 

İnsanlar bəzən şəkər istehlakını azaltmaq üçün şəkər əvəzedicilərindən istifadə edirlər. Şəkər əvəzediciləri adi şəkərdən 20-40, hətta bəzi növləri 200 dəfəyədək daha çox şirindir və təqribi 3000 adda məhsula (siroplar, yoqurtlar, tez hazırlanan səhər yeməkləri, dondurulmuş yarımfabrikatlar, hazır şorbalar, konservləşdirilmiş meyvə-tərəvəzlər, ketçup və souslar, saqqız, qazlı sular, qablaşdırılmış bir çox qidalar və s.) əlavə edilir. O, şəkərli diabet xəstəliyi olan və ya arıqlamaq arzusunda olan insanların qida mənbəyi hesab edilir. Lakin  unutmaq lazım deyil ki, normadan artıq istifadə olunduqda miqren, baş ağrıları, depressiya, allergik reaksiyalar, ishal, o cümlədən qaraciyər zədələnməsi, insulin dirənci, xroniki iltihaba meyillilik, ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.

Şəkər istehlakını azaltmaq ilə həyat tərzini dəyişmək zamanla bədəndə və zehində müsbət dəyişikliklər yaradır. Əvvəlcə çətin görünən bu proses qısa müddət sonra böyük fərq yaradır. Daha enerjili hiss etmək, yuxunun yaxşılaşması və dəri görünüşündəki parlaqlıq ən tez görünən nəticələrdəndir. Şəkərdən imtina ilə qidalanma instinkti dəyişir, daha sağlam və nizamlı qidalanma vərdişləri formalaşır. 

Şəkərin zərərlərindən qorunmaq üçün onun miqdarını azaltmaq, mümkün qədər təbii şirələndiricilərdən - bal, meyvə və xurma kimi məhsullardan istifadə etmək tövsiyə olunur. Həmçinin qazlı içkilər əvəzinə su, meyvə çayı və təbii şirələr içmək daha faydalıdır. Çayı şokolad, mürəbbə və şirniyyat əvəzinə, təzə və ya qurudulmuş meyvə və giləmeyvələrlə içmək, susuzluğu şəkərli içkilərlə deyil, su ilə dəf etmək, yemək hazırlayarkən isə minimum şəkər əlavə etmək və ya ümumiyyətlə, əlavə etməmək, üzüm, armud kimi həddindən artıq şirin meyvələri limitli qəbul etmək daha məsləhətlidir. Balanslı qidalanma, sağlam həyat tərzi və şəkərin minimuma endirilməsi uzunömürlülüyün əsas şərtlərindəndir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!