08 Noyabr 2026 17:41
406
SİYASƏT
A- A+
Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər


"Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir".

 Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki,  Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşməklə regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. 

Millət vəkilinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Qarabağa səfəri Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini nümayiş etdirən mühüm siyasi və diplomatik hadisədir. Bu səfər təkcə iki ölkə arasında qardaşlıq münasibətlərinin ifadəsi deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə ünvanlanan mühüm mesajdır.

Samir Vəliyevin fikrincə, səfərin məhz Şuşada və Zəfər Günündə keçirilməsi xüsusi rəmzi məna daşıyır: "Şuşa Azərbaycan xalqının tarixi yaddaşının, milli iradəsinin və Zəfərinin simvoludur. Türkiyə Prezidentinin bu əlamətdar gündə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qarabağda olması rəsmi Ankaranın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verdiyi dəstəyin növbəti təzahürüdür. Eyni zamanda, bu, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin ruhuna və strateji müttəfiqlik prinsipinə sadiqliyin nümayişidir". 

Onun sözlərinə görə, digər mühüm amil Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi və diplomatik müstəvidə deyil, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və regional kommunikasiya sahələrində də dərinləşdirilməsidir. Hesab edirəm ki, bu səfər iki ölkə arasında mövcud əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün əlavə imkanlar yaradacaq. Xüsusilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi və enerji təhlükəsizliyi məsələlərində koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Deputat diqqətə çatdırıb ki, Prezident Ərdoğan Zəfər Günü münasibətilə ünvanladığı təbrikdə də Şuşa Bəyannaməsinə, «Bir millət, iki dövlət» prinsipinə və Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinin vacibliyinə xüsusi diqqət yetirib. Bu, səfərin siyasi mahiyyətini daha aydın ifadə edir. 

"Prezident Ərdoğanın Şuşaya səfərini Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmazlığını təsdiqləyən, regionda yeni geosiyasi və geoiqtisadi imkanların formalaşmasına dəstək verən mühüm hadisə hesab edirəm. Bu səfər göstərir ki, Azərbaycan və Türkiyə yalnız keçmişin ortaq tarixi və qələbələri ilə deyil, həm də gələcəyə dair ortaq strateji baxışları ilə bir-birinə bağlıdır" - deyən Samir Vəliyev əlavə edib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.


“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

Günəşdə XXI əsrin alışma rekordu üçüncü dəfə təkrarlanıb  

17:18
08 Noyabr

Media: Makron üçün gizli təxliyə planı hazırlanıb?

17:18
08 Noyabr

Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər

17:16
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!