26 Oktyabr 2026 16:45
242
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasəti sabitliyə və əməkdaşlığa xidmət edir  

Azərbaycanın xarici siyasəti sabitliyə və əməkdaşlığa xidmət edir  


Bu gün Azərbaycan dünya siyasətində özünəməxsus yeri və etibarlı tərəfdaş imici olan müstəqil və qüdrətli dövlətdir. Cənubi Qafqaz regionunda formalaşan yeni reallıqlar fonunda ölkəmizin yürütdüyü xarici siyasət yalnız milli maraqların müdafiəsinə deyil, həm də qlobal miqyasda sabitlik, sülh və əməkdaşlığın bərqərar olunmasına xidmət edir.

Rəsmi Bakı heç bir hərbi-siyasi bloka və ya qarşı-qarşıya duran düşərgələrə qoşulmadan tam müstəqil diplomatiya həyata keçirir. Ərazisi və əhalisi o qədər də böyük olmayan bir ölkənin qlobal güclər arasında tarazlıq saxlaması, eyni zamanda bütün tərəflərlə bərabərhüquqlu dialoq qurması məhz bu müstəqil siyasi kursun bəhrəsidir.

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında Prezident İlham Əliyev ölkəmizin beynəlxalq aləmdəki yerini və nadir diplomatik təcrübəsini belə vurğulayıb: “...Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir”.


Çoxtərəflilik və qlobal sülhə verilən töhfə


Azərbaycanın yürütdüyü diplomatiyanın ən mühüm prinsiplərindən biri çoxtərəflilik və beynəlxalq hüquqa hörmətdir. Ölkəmiz bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenlik və ərazi bütövlüyü prinsiplərini hər zaman ön plana çəkir.

Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)  Birləşmiş Millətlər Təşkilatı  Günü münasibətilə ““X” hesabında etdiyi paylaşımda bu prinsipial mövqe bir daha vurğulanıb: “Azərbaycan beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, dialoqun təşviq edilməsinə və hər kəs üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək”.

XİN-in bu açıqlaması Azərbaycanın qlobal müstəvidə oynadığı nizamlayıcı və sülhməramlı rolu bir daha göstərir. Təsadüfi deyil ki, dünya miqyasında bir-biri ilə rəqabətdə və ya ziddiyyətdə olan dövlətlər riskləri azaltmaq və dialoq aparmaq üçün məhz Bakını neytral və etibarlı məkan kimi seçirlər. Çünki Azərbaycan verdiyi sözə hər zaman sadiqdir, ölkəmizin sözü imza qədər dəyərlidir.

Azərbaycanın coğrafi mövqeyi ona Avropa ilə Asiya arasında təbii körpü rolu oynamaq imkanı verir. Lakin ölkəmiz yalnız coğrafi baxımdan deyil, həm də həyata keçirdiyi qlobal miqyaslı nəqliyyat, enerji və kommunikasiya layihələri ilə Avrasiya məkanında əsl strateji qovşaq halına gəlib. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən bu dəhlizlər təkcə iqtisadi üstünlük qazandırmır, eyni zamanda geniş bir coğrafiyada təhlükəsizlik və qarşılıqlı etimad mühitini gücləndirir.

Bu əməkdaşlıq formatları ikitərəfli münasibətlərdən qat-qat üstün olaraq çoxtərəfli müstəviyə keçib. Azərbaycanın bir çox dövlətlərlə bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında qurulmuş tərəfdaşlıq əlaqələri regionda sabitliyin sarsılmaz təməlinə çevrilib. 

Cari ay Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib: “Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.

Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir”.


Diplomatik uğurlar


Ölkəmizin həyata keçirdiyi nəqliyyat, logistika və enerji layihələri yalnız öz iqtisadiyyatını gücləndirmir, həm də geniş bir coğrafiyada sabitliyin təminatçısına çevrilir. Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması, eyni zamanda Şərq və Qərb nəqliyyat dəhlizlərinin mərkəzində dayanması Azərbaycanı əvəzsiz tərəfdaş edir.

Aktiv xarici siyasət yürüdən ölkəmiz qlobal proseslərdə birbaşa təkanverici qüvvə və fəal iştirakçı kimi çıxış edir. Zamanın tələblərinə uyğun çevik diplomatik addımlar atan Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin daim üstün tutulması üçün çalışır. Aktiv diplomatiya xətti ölkəmizə ən çətin geosiyasi vəziyyətlərdə belə müstəqil qərarlar qəbul etmək və təşəbbüslər irəli sürmək imkanı qazandırır.

Son dövrlərdə əldə olunan diplomatik uğurlar ölkəmizin beynəlxalq çəkisini daha da artırıb. Azərbaycanın eyni vaxtda Çin və ABŞ-nin timsalında dünyanın iki əsas güc mərkəzi ilə strateji tərəfdaşlıq münasibətləri qurmağı bacarması ölkəmizin yürütdüyü uğurlu xarici siyasətin miqyasını bir daha ortaya qoyur. 

Eyni zamanda Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzvlük bu mənada böyük əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi, siyasi və iqtisadi tellərlə bağlıdır. 30 il ərzində heç bir yeni üzv qəbul etməyən, həmçinin müsəlman aləminin ən böyük ölkələrini birləşdirən D-8 təşkilatına ilk yeni üzv kimi Azərbaycanın daxil olması böyük etimadın göstəricisidir.  Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində müstəsna birləşdirici rol oynayır və müsəlman ölkələri arasında dialoqun möhkəmlənməsinə çalışır. 

Bütün bu nümunələr ölkəmizin yürütdüyü etibarlı, müstəqil iradəyə və hər zaman sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən xarici siyasətinin nəticəsidir. 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

Pentaqon hərbi bazaları müharibə halı üçün 90 günlük tam təcridə hazırlayır  

17:46
26 Oktyabr

Görünməyən virus, böyüyən təhlükə  

17:43
26 Oktyabr

Prezidentin köməkçisi: Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır VİDEO

17:41
26 Oktyabr

Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq

17:40
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir 

17:40
26 Oktyabr

Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ

17:33
26 Oktyabr

Qırğızıstanla humanitar dialoq inkişaf etdirilir 

17:25
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq 

17:21
26 Oktyabr

Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir 

17:17
26 Oktyabr

Energetika naziri GECF tədbirləri çərçivəsində Əlcəzair və Seneqaldan olan həmkarları ilə görüşüb  

17:09
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!