08 Noyabr 2026 16:58
406
SİYASƏT
A- A+
Zəfərin Xankəndidən ucalan səsi  

Zəfərin Xankəndidən ucalan səsi  


İkinci Zəfər tağının önündə səslənən müraciət tarixi qələbəmizin mənəvi və siyasi məzmununu bir daha nümayiş etdirdi


Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 

8 Noyabr – Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevin Azərbaycan xalqına Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən ünvanladığı müraciət məhz belə tarixi məqamlardan idi. Bu müraciət Zəfərin doğurduğu qürurun, bərpa edilmiş suverenliyin və qalib Azərbaycanın yenilməz dövlətçilik iradəsinin tarixə çevrilmiş bir məkandan bütün dünyaya növbəti bəyanı idi. Bir vaxtlar həsrətin, mübarizənin və tarixi ədalət uğrunda mücadilənin ünvanı olan Xankəndidən bu gün Qələbə səsinin ucalması hadisəyə xüsusi rəmzi məna, dərin tarixi məzmun və misilsiz mənəvi əzəmət qazandırır.

Dövlətimizin başçısı müraciətini Xankəndidən səsləndirməsi təsadüfi deyil, Azərbaycanın 30 illik işğala son qoymasının, tarixi ədalətin bərpasının, ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsinin rəmzi ifadəsidir. İşğal zamanı şeytan yuvasına çevrilmiş Xankəndi bu gün Azərbaycanın bütövlüyünün, dövlətçilik iradəsinin və quruculuq əzminin ünvanıdır. Bu baxımdan Prezident İlham Əliyevin məhz Xankəndidən xalqa müraciəti Zəfər tariximizin mənəvi məntiqini tamamlayan mühüm hadisə kimi diqqət çəkir. Dövlət başçısı müraciətində bu rəmzi məqamı xüsusi vurğulayaraq bildirmişdir: “Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir”.

Bakı və Xankəndi – Zəfər tariximizin iki mühüm ünvanı. Paytaxtda ucaldılmış Zəfər tağı ümumxalq qələbəsinin təntənəsini, Xankəndidəki ikinci Zəfər tağı isə həmin qələbənin tarixi nəticələrini, Azərbaycanın öz torpaqlarında suverenliyinin bərpasını təcəssüm etdirir. Bu iki rəmzi məkan bir həqiqətin – Azərbaycan xalqı öz iradəsi, birliyi və qəhrəmanlığı ilə tarixinin ən mühüm sınaqlarından qalibiyyətlə çıxıdığının ifadəsidir.

Xankəndidəki Zəfər tağına aparan pilləkənin hər pilləsində Vətən müharibəsi günlərinin həkk olunması da xüsusi məna daşıyır. Prezident İlham Əliyev bu barədə belə demişdir: “Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub”. Sözsüz ki, bu, Zəfərin qiymətini ifadə edən ən təsirli fikirdir. Çünki 44 günlük Vətən müharibəsinin hər günü qəhrəmanlıqla yanaşı, ağır itkilər, şəhidlik zirvəsinə yüksələn igidlərimizin fədakarlığı ilə yadda qaldı. Bu gün xalqımızın yaşadığı qürur və sevincin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin şücaəti, əsgər və zabitlərimizin misilsiz döyüş əzmi dayanır. Zəfər tağına aparan pilləkən əslində xalqımızın qürurla keçdiyi qəhrəmanlıq yolunun rəmzidir.

Prezidentin müraciətində 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, xalqımızın milli həmrəyliyi və ordumuzun qəhrəmanlığı geniş yer aldı. Dövlətimizin başçısının “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik” sözləri qələbənin gələcək nəsillər üçün də milli yaddaşın ayrılmaz hissəsi olacağını birmənalı şəkildə ifadə edir.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən tarixi hadisə oldu. Sonrakı mərhələdə – 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası ilə yeni tarixi reallıq yarandı. Prezidentin “Qarabağ Azərbaycandır və nida” ifadəsinə Xankəndidən səsləndirdiyi “O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada – Xankəndidə qoyduq” fikri bu tarixi hadisənin rəmzi ifadəsidir.

Müraciətin mühüm məqamlarından biri də azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri idi. Dövlət başçısının “Bu gün biz azad Qarabağda qurub-yaradırıq” deməsi Zəfərdən sonrakı mərhələnin əsas məzmununun aydın ifadəsidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhərlər, kəndlər yenidən qurulur, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması Böyük qayıdışın real nəticələrini nümayiş etdirir.

Xankəndidə Zəfər muzeyinin yaradılması ilə bağlı Prezidentin açıqlaması da xüsusi rəmzi məna daşıyır. Muzeyin keçmiş icra hakimiyyəti binasında yerləşdirilməsi nəzərdə tutulur. Vaxtilə işğalçılıq siyasətinin mərkəzi olmuş binanın xalqımızın qəhrəmanlıq tarixini yaşadan muzeyə çevrilməsi keçmişlə bu gün arasında tarixi qarşılaşmadır. Bu həm də o deməkdir ki, Xankəndi təkcə Zəfərin qeyd olunduğu yer deyil, həm də onun tarixinin gələcək nəsillərə çatdırılacağı məkana çevrilir.

Prezident İlham Əliyev müraciətində milli-mənəvi dəyərlərə və azərbaycançılıq məfkurəsinə də mühüm yer ayırdı. Dövlət başçısının “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir” fikri qələbənin arxasında dayanan milli birliyin və həmrəyliyin əhəmiyyətini ifadə edir. Məhz bu birlik xalqımızı ən çətin sınaqlardan keçirərək Vətən müharibəsində vahid amal ətrafında birləşdirdi.

Xankəndidən səslənən müraciət keçmişə ehtiram, bugünə qürur və gələcəyə inamın vəhdətidir. Burada şəhidlərin xatirəsi, ordumuzun qəhrəmanlığı, xalqımızın iradəsi, dövlətimizin qüdrəti və Qarabağda aparılan quruculuq işləri vahid Zəfər salnaməsində birləşdi.

Xankəndidə ucalan ikinci Zəfər tağı Qələbənin memarlıq rəmzi deyil, eyni zamanda xalqımızın sınmayan iradəsinin, şəhidlərimizin əbədi xatirəsinin, müstəqil dövlətimizin gücünün və tarixi yaddaşımızın ifadəsidir. Prezident İlham Əliyevin məhz bu tağın önündən xalqa müraciət etməsi bir daha göstərdi ki, Azərbaycan Zəfərini yalnız tarixə yazmır, onu quruculuqla, birliklə və suveren dövlətçiliklə yaşadır.


Elşən QƏNİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

Günəşdə XXI əsrin alışma rekordu üçüncü dəfə təkrarlanıb  

17:18
08 Noyabr

Media: Makron üçün gizli təxliyə planı hazırlanıb?

17:18
08 Noyabr

Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər

17:16
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!