22 Aprel 2024 17:39
213
DÜNYA
A- A+

Roma İmperiyasına aid yaşayış yeri aşkarlanıb

 

Tokio Universitetinin arxeoloqları ilk Roma imperatoru Avqusta aid olduğu ehtimal edilən villa aşkarlayıblar. Yapon alimləri araşdırma zamanı İtaliyanın cənubunda vulkanik pemza ağacının altında basdırılmış iki min illik bina tapıblar. Qazıntılara 2002-ci ildə başlanılıb.
Dağıntıları üzərini örtən vulkanik pemza eramızın 79-cu ilində Pompey məhv olan zaman Vezuvinin püskürməsi nəticəsində yaranıb. Anbar ola biləcəyi təxmin edilən binanın divarının yaxınlığında alimlər onlarla keramika amforaları və soba qalıqlarını tapıblar. Ondan hamamı qızdırmaq üçün istifadə olunub. Sobanın mövcudluğu villanın nüfuzlu bir şəxsə məxsus olduğunu göstərir. Əşyaların eramızdan əvvəl I əsrdə düzəldildiyi müəyyən edilib. 
Qədim sənədlərə görə, imperator Avqust (e.ə. 63 - e.ə. 14) ömrünün son günlərini Vezuvidən şimal-şərqdə yerləşən villasında keçirib. Daha sonra burada onun nailiyyətlərinin xatirəsinə abidə ucaldılıb.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video