Sülh müqaviləsi qaçılmazdır
Digər dörd kəndin geri qayıdacağı dövr də uzaqda deyil
"Azərbaycan və Ermənistan sərhədinin artıq 12 kilometri demarkasiya və demilitasiya edilib. Bu, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda uzun müddətdir ki, apardığı mübarizənin əsas göstəricilərindən biri hesab edilə bilər".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Azərbaycan bu nəticəni heç də asanlıqla qazanmayıb. Ermənistan xaricdən dəstək almaqla Azərbaycan torpaqlarının bir hissəsini işğal edərək 30 il ərzində ərazi bütövlüyümüzü tanımaq istəməyib. Ancaq bununla belə Azərbaycanın qətiyyəti, ağıllı liderinin olması və xalqla iqtidarın birliyi sonda torpaqlarımızın işğaldan azad edilməsinə gətirib çıxıb.
Deputat qeyd edib ki, əgər vaxtilə Ermənistanla əlaqələrimiz ancaq vasitəçilərlə mümkün olurdusa, indi artıq birbaşa kontaktla sərhəd nöqtəsində hər iki tərəfin səlahiyyətli nümayəndələri görüşərək sülh müqaviləsi və sərhədlərin dəqiqləşməsi məsələsini müzakirə edirlər. "Azərbaycanın qətiyyəti və öz hüquqlarını müdafiə edə bilməsi nəticəsində Ermənistanın işğalı altında olan səkkiz kənddən dördünün geri qaytarılmasına nail olduq. Ermənistan 1991-ci il vəziyyətinə uyğun olaraq Qazaxın dörd kəndini geri qaytarmağı öz öhdəsinə götürüb və bu proses artıq getməkdədir", - deyə A.Mirzəzadə əlavə edib.
Deputat hesab edir ki, digər dörd kəndin geri qayıdacağı dövr də uzaqda deyil. Sülh müqaviləsi razılaşdırıldıqdan sonra paralel surətdə sərhədlərin digər hissəsinin də dəqiqləşməsi prosesi gedəcək. Dünya Azərbaycanın öz suverenliyini qorumasının və bu istiqamətdə səylərinin, gördüyü işlərin şahidi oldu. Azərbaycan dövləti suverenliyini qətiyyəti, apardığı düzgün siyasəti və cəmiyyətin dövlətçilik xəttinə bağlılığı nəticəsində tam bərpa edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yazıçının əbədiyyət ünvanı
18 May
Qeyri-neft-qaz məhsulları ixracında artım dinamikası yüksəkdir
18 May
Aleksandr LUKAŞENKO: "Torpaqlarınızı qaytarmağınız və dirçəltməyiniz əsrlərboyu yaddaşlarda qalacaq"...
18 May
COP29 həm də sülhə çağırış tədbiri olacaq
18 May
Laçın dünən və bu gün
18 May
İlham Əliyevin qurduğu yeni Laçın
18 May
Sərhədlərin delimitasiyası sülhlə bağlı nikbinliyi artırır
18 May
Delimitasiya region üçün xüsusi əhəmiyyət kəsb edir
18 May
Belarus daim Azərbaycanın yanında olduğunu nümayiş etdirir
18 May
Paris Azərbaycana qarşı gülünc doğuran addımlar atır
18 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!