10 Sentyabr 2026 10:40
701
Elm və texnika
A- A+
Rəqəmsal dünyada bərabərsizlik təhlükəsi

Rəqəmsal dünyada bərabərsizlik təhlükəsi


Dünyada hələ də oxumaq və yazmaq bilməyən 700 milyondan çox insan var


Dünyamız sürətlə rəqəmsallaşır və hər gün yeni texnoloji kəşflərlə irəliləyir. Əlimizdəki smartfonlar, saniyələr içində cavab verən sistemlər və sərhədsiz məlumat bolluğu yeni bir dövrün başlandığından xəbər verir. Lakin bu rəqəmsal dünyanın arxasında böyük reallıq gizlənir. Texnologiya inkişaf etdikcə, dünyada sosial bərabərsizlik daha da böyüyür.

Rəqəmsallıq həyatımızın hər sahəsinə daxil olur, lakin bu tərəqqi hamı üçün eyni sürətlə baş vermir. Bir tərəfdə süni intellektin yaratdığı sonsuz imkanlar müzakirə olunur, digər tərəfdə isə əsas təməl ehtiyaclardan belə məhrum olan milyonlarla insan yaşayır. Bu qlobal bərabərsizlik iqtisadi sahə ilə yanaşı, bəşəriyyətin ən təməl hüququ olan savadlılıq anlayışını təhlükə altına qoyur.

Dünyada hələ də oxumaq və yazmaq bilməyən 739 milyon gənc və yetişkin yaşayır. Savadsızlıq bütün bəşəriyyətin ortaq yarasıdır. Savadlılıq təməl insan hüquqlarından biridir. O, insanın digər hüquq və azadlıqlardan faydalanmasına yol açır. Savadlı insan bilik, bacarıq və dəyər qazanır. Bu qazanclar isə sülhün, bərabərliyin və ayrı-seçkiliyin olmadığı bir cəmiyyətin qurulmasına kömək edir.

Tarixə nəzər salsaq, müəyyən irəliləyişlərin şahidi olarıq. 1975-ci ildə dünyada oxuma-yazma bilən yetişkinlərin nisbəti 65 faiz idi. Bu gün isə həmin nisbət artaraq 88 faizə çatıb. Ancaq bu müsbət inkişafa baxmayaraq, milyonlarla insan hələ də hərfləri belə tanımır. Qlobal miqyasda vəziyyətin ağırlığı bölgələrə görə dəyişir. Belə ki, oxuma-yazma bilməyən yetişkinlərin 225 milyonu Afrikadadır. 347 milyonu isə Cənubi Asiyada yaşayır. Bu iki bölgə dünyadakı savadsız yetişkinlərin yüzdə 77 faizindən çoxuna evsahibliyi edir. Bundan başqa, gender bərabərsizliyi də bu sahədə özünü göstərir. Savadlı olmayan yetişkin əhalinin 63 faizini qadınlar təşkil edir. Uşaqlar arasında da vəziyyət ürəkaçan deyil. Aşağı və orta gəlirli ölkələrdə hər 10 uşaqdan 4-ü oxumağı bacarmır. 

Texnologiyanın inkişafı savadlılıq anlayışının çərçivəsini sürətlə dəyişdirir. Artıq, sadəcə, oxuyub-yazmaq bəs etmir. Rəqəmsal dünyada ayaqda qalmaq üçün yeni bacarıqlar lazımdır. Lakin bu dəyişikliklər böyük bir risklə irəliləyir - texnologiyaya və süni intellektə çıxış bərabərsizliyi.

UNESCO-nun 2025-ci il tarixli hesabatı bu təhlükəni ortaya qoyub. Hesabatda bildirilir ki, bu qlobal dəyişiklik ədalətsiz şəkildə baş verir. Dünyanın üçdəbirinin hələ də internetə çıxışı yoxdur. Ən inkişaf etmiş süni intellekt modellərinə yalnız lazımi infrastruktura, dil üstünlüyünə və pullu abunəliklərə sahib olan insanlar çata bilir. Bu reallıq mövcud savadsızlıq səviyyəsini daha da dərinləşdirə bilər. İnterneti və kompüteri olmayan uşaqlar gələcəyin dünyasından tamamilə geri qala bilərlər.

Azərbaycan əhalisinin savadlılıq səviyyəsi əsasən dünyanın ən qabaqcıl ölkələri sırasında yer alır. Ölkəmizdə əhalinin savadlılıq səviyyəsi 100 faiz civarındadır. Bunun fonunda Azərbaycan yüksək rəqəmsal inkişaf göstəriciləri və internetin hər kəs üçün əlçatan olması ilə nümunəvi ölkədir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkəmizdə internet xidmətləri və rəqəmsal bağlantı sürətlə artmağa davam edir. Belə ki, əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 2021-ci ildəki 86,7-dən artaraq 2025-ci ildə 92 nəfərə (şəhər yerlərində 95,9 faiz, kəndlərdə isə 86,3 faiz) çatıb. Ölkəmizdə ən yüksək internet istifadəsi göstəricisi hər 100 nəfərə təxminən 95-dən çox istifadəçi düşən Bakı şəhərində qeydə alınıb. Həmçinin 2025-ci ildə hər 100 nəfərə 107 mobil telefon abunəçiliyi, 23,5 sabit genişzolaqlı və 89,2 aktiv mobil genişzolaqlı internet abunəçisi düşüb, mobil telefonu olan ev təsərrüfatlarının xüsusi çəkisi isə 95,6 faiz təşkil edib. Bütün bunlar Azərbaycanda rəqəmsal bərabərsizlik olmadığını və vətəndaşların müasir texnologiyalara bərabər şərtlərlə çıxış əldə etdiyini təsdiqləyir.

UNESCO hesab edir ki, süni intellekt təhsildəki mövcud çətinlikləri aşmaq üçün böyük potensiala malikdir. Süni intellekt vasitəsilə tədris prosesini inkişaf etdirmək və təhsildə sürətli irəliləyiş əldə etmək mümkündür. Lakin bu irəliləyişlər düzgün idarə olunmasa problemlər qaçılmaz olar. Həmin problemlərə texnologiyaya çıxışda yaranan bərabərsizliklər, siyasət sahəsindəki mübahisələr, savadsızlıq uçurumunun daha da böyüməsi daxildir.

Məhz bütün bunlara görə də UNESCO çağırış edir. Təşkilat süni intellektin təhsil sahəsində yaratdığı dəyişikliklərin fərqli yanaşmalar ilə müzakirə olunmasını istəyir. Dünyanın hər yerində uşaqların və gənclərin bərabər şərtlərdə oxumaq və öyrənmək hüququ qorunmalıdır. Etik və ortaq həllər tapılmasa, texnologiya cəmiyyəti birləşdirmək əvəzinə, insanları daha da uzaqlaşdıra bilər. Savadsızlıq bəşəriyyətin qədim problemlərindən biridir. İllər keçdikcə bu sahədə addımlar atılsa da, rəqəmsal dövr yeni və daha çətin bir imtahan qarşısındadır. Bir tərəfdə hələ də əlifba bilməyən 739 milyon insan, digər tərəfdə isə sərhədsiz imkanlar açan süni intellekt dayanır.

Gələcəkdə bərabər və ədalətli bir dünya qurmaq üçün ilk növbədə hər bir uşağın təməl savadlılıq hüququ təmin edilməli, daha sonra isə texnologiyaya çıxış hər kəs üçün əlçatan olmalıdır. Əks halda, süni intellekt əsri bərabərsizliyi yox edən deyil, onu dərinləşdirən əsas faktor olaraq tarixə düşəcək.


Təhminə VERDİYEVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!