19 İyun 2025 09:10
3834
Oxucu məktubları
A- A+
Qurumaqda olan ağaclara etinasızlıq

Qurumaqda olan ağaclara etinasızlıq


Paytaxtın küçə və prospektlərində yaşıllıqlara diqqət göstərilsə də, qayğıdan kənarda qalan ərazilər, qurumaqda olan yaşıllıqlar də yox deyil. Bu mənzərənin simvolik ifadəsi isə şəhərin tam mərkəzində - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası yaxınlığında - Ələsgər Ələkbərov və Landau küçələrində yaşanır. Burada bir neçə ağac quruyub, bəziləri tamamilə məhv olub, bir qismi isə baxımsızlıqdan solğun və "xəstə" görünür. Ağaclara baxdıqca sanki onların səssiz harayını eşidirsən.

Ekoloji siyasətin müəllifi və icraçısı hesab olunan bir qurumun gözü önündə belə bir mənzərənin hökm sürməsi ictimai etimad və idarəetmənin effektivliyi baxımından haqlı suallar doğurur. Axı hamımızın gözləri önündə susuzluqdan və baxımsızlıqdan bu hala düşən yaşıl canlılara münasibətimiz niyə belədir? Axı biz insanlara oksigen bəxş edən bu varlıqlara niyə bu qədər laqeyidik? Özü də coğrafi baxımdan ağac yetişdirilməsi o qədər də asan olmayan paytaxtda... 

Ələsgər Ələkbərov və Landau küçələrində,  "KapitalBank"ın Yasamal filialının qarşısında müşahidə olunan mənzərələr - ağacların tədricən quruması və məhv olması şəhər suvarma sistemlərinin effektivsizliyi, suvarma xidmətlərinin yarıtmaz təşkili və monitorinqlərin olmamasından  da xəbər verir. Vəziyyət təkcə ekoloji məsələ deyil, o, idarəetmə və vətəndaş məsuliyyəti kontekstində də qiymətləndirilməlidir. Bu məsələlərdə yalnız cavabdeh təşkilatın hərəkətini gözləməməli və ya o idarənin məsuliyyətsizliyini müşahidə etməməliyik. Hər bir vətəndaş, hər bir müəssisə rəhbəri - istər dövlət, istərsə də qeyri-dövlət müəssisələri olsun, ətrafdakı yaşıllıqların qorunması istiqamətində öz töhfəsini verməlidir. O qədər də zaman almayan 3-5 ağacın suvarılmasını hər bir müəssisə əməkdaşı həyata keçirə bilər. Yetər ki, istəyək, bunu özümüzə bir vətəndaşlıq borcu bilək. Çalışdığımız iş yerimizin ətrafında əkilmiş ağaclara qulluq edək, lap elə dibini belləyək, su verək, bunu bir ictimai vərdişə çevirək. Bu həm də bir təşviq, eyni zamanda savabdır. Mərkəzi küçələrdə belə vəziyyətin hökm sürməsi kənar məhəllələrdə və ətraf yaşayış massivlərində vəziyyətin nə qədər acınacaqlı ola biləcəyini təsəvvür etməyə imkan verir. Yaşıllıq nəzarətsiz qaldıqca, şəhər istisi artır, toz və qaz hissəcikləri yığılır, sakinlərin sağlamlığı və gündəlik həyat keyfiyyəti birbaşa mənfi təsirlərlə üzləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli kommunal xidmət orqanları bu vəziyyətə dərhal müdaxilə etməklə, yuxarıda adları çəkilən küçələrdə və digər ərazilərdə ağacların vəziyyəti ilə bağlı kompleks audit aparmaqla problemi aradan qaldıra bilərlər. Təkcə yeni ağac əkməklə iş bitmir - mövcud ağacların qorunması, davamlı qulluq və müasir suvarma sistemlərinin tətbiqi bu işin əsasını təşkil etməlidir.

Eyni zamanda vətəndaş cəmiyyəti və media da bu prosesdə passiv müşahidəçi olmamalıdır. Ekoloji məsələlər ictimai gündəmin prioritetinə çevrilməli, hər bir ağac şəhər həyatının dəyər göstəricisi kimi qiymətləndirilməlidir. Əgər bu gün şəhərin mərkəzindəki yaşıllıqlar belə baxımsız buraxılırsa, sabah bu laqeydlik daha genişmiqyaslı ekoloji böhrana yol aça bilər.

Göz önündəki ağaclar susur, lakin onların səssiz harayı gələcək üçün ciddi xəbərdarlıqdır.


N.ƏSGƏROVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verilib

14:15
10 İyul

Nazir: MİQ imtahanlarında son 5-7 ildə Azərbaycan bölməsində 80 baldan yuxarı nəticə adi hal sayılır  

14:09
10 İyul

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil

14:08
10 İyul

Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır  

14:07
10 İyul

Emin Əmrullayev: İmtahanda 3 sualın çıxarılması 46 nəfərin göstəricisinə müsbət təsir edib  

14:07
10 İyul

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb  

14:06
10 İyul

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına  

14:04
10 İyul

Müəllimlərin təxminən 45 faizi gələn ildən 1000 manat və daha yüksək əməkhaqqı alacaq RƏSMİ  

14:03
10 İyul

Nazir: Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manatdır  

14:02
10 İyul

Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb  

14:02
10 İyul

Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib  

14:01
10 İyul

Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb

13:59
10 İyul

Avropa Liqası: Bu gün səkkiz oyun keçiriləcək  

13:58
10 İyul

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizədək artıb

12:12
10 İyul

Nazir: 7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib

12:09
10 İyul

2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib

12:07
10 İyul

Dünya səyyahları Şuşa şəhəri ilə tanış olurlar

12:05
10 İyul

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib

12:02
10 İyul

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var

12:00
10 İyul

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

11:56
10 İyul

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

11:54
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!