06 Oktyabr 2026 20:43
670
CƏMİYYƏT
A- A+
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 6-da bu ölkənin Vitse-prezidenti Yerlan Karinin təşəbbüsü ilə onunla görüşüb.

Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstanın Vitse-prezidenti Y.Karin şeyxülislam A. Paşazadəni ölkəsində görməkdən məmnun olduğunu ifadə edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını şeyxülislama yetirən Y.Karin Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin daimi üzvü olan A.Paşazadənin Astana Qurultaylarında və Qurultay Katibliyinin iclaslarında mütəmadi və fəal iştirakını, Astana Qurultayları ideyasının bünövrəsində duran şəxsiyyət, dini lider olaraq yüksək dəyərləndirdiklərini xüsusi vurğulayıb.

Şeyxülislam A.Paşazadə, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə çatdırmağı Y.Karindən rica edib. Bildirib ki, qardaş ölkələrimizin müdrik liderlərinin qarşılıqlı ehtirama əsaslanan münasibətləri, dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq zirvəsinə yüksəlməsi xalqlarımızın və dövlətlərimizin mənafeyinə ali xidmətdir və həyatın bütün sahələrində əlaqələrimizin, o cümlədən dini-mənəvi sahədə əlaqələrin inkişafına böyük təkan verir.Azərbaycan-Qazaxıstan dostluq və qardaşlığının xoş günlərdə və çətin məqamlarda sınaqdan keçmiş münasibətlər olduğu xüsusi qeyd olunub.

Yeni yaradılmış Vitse-prezident vəzifəsinə ilk olaraq təyinat almış Y.Karinə ali dövlət məqamında fəaliyyətində uğurlar diləyən A.Paşazadə Qazaxıstan dövlətinin yeni Konstitusiyasının qəbuluna, yeni seçilmiş Parlamentinə - Qurultaya xeyir-dualar diləyib. Şeyxülislam Qazaxıstan dövlətində həyata keçirilmiş yeni islahatların qardaş qazax xalqı üçün xeyirlərə vəsilə olacağına, daha yüksək zirvələrə qaldıracağına əminliyini ifadə edib.

İki onillikdən artıq tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Astana Qurultaylarının daimi iştirakçısı olmaqdan şərəf duyduğunu bildirən A.Paşazadə bu ali forumun uğurunda Qazaxıstanın müdrik lideri K.J.Tokayevin böyük rolu olduğunu xüsusi vurğulayıb. Astana Qurultayları Katibliyinə rəhbərlik məqamında Y.Karinə uğurlar diləyən QMİ sədri əlavə edib ki, iştirak etdiyi bütün beynəlxalq forumlarda Astana Qurultaylarının əhəmiyyətini və rolunu hər zaman diqqətə çatdırır, bu forumun qabaqcıl ideyalarını təşviq edir.

Y.Karin Qazaxıstanın yeni parlamenti, onun tərkibi barədə məlumat verib. Həmçinin bildirib ki, Astana Qurultaylarının Katibliyinin statusu daha da gücləndirilib, bu isə tədbirə verilən önəmin göstəricisidir.

Görüşün gedişində Astana Qurultayları Katibliyinin 24-cü sessiyasının gündəliyinə çıxarılmış İqlim dəyişmələri ilə mübarizədə dinlərin rolunun artırılması mövzusunda sənədin və Süni intellektdən istifadənin Etik kodeksinin təqdimatının olduqca aktual və zəruri olduğu fikri vurğulanıb. Şeyxülislam qeyd edib ki, COP29 Bakı İqlim Sammiti çərçivəsində keçirilən Dini liderlərin Zirvə görüşündə qəbul edilən Yekun sənəddə - Dini Liderlərin Bakı Bəyannaməsində də bu mühüm məsələyə dair mövqe ifadə edilib. A.Paşazadə rəqəmsal texnologiyaların sürətli inkişafı dövründə süni intellektin həyatımıza hədsiz nüfuz etməsi ilə bağlı məsələnin dini mərkəz olan QMİ-nin diqqətində olduğunu vurğulayıb.

Şeyxülislam bu yaxınlarda Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin növbəti VII iclasında və bu çərçivədə “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfrans barədə Qazaxıstanın Vitse-prezidentinə məlumat verib. Bildirib ki, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulınin və onun rəhbərliyi ilə qazax nümayəndə heyətinin iştirak etdiyi tədbir beynəlxalq müstəvidə böyük əks-səda doğurub. Konfrans iştirakçılarının işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfəri zamanı qonaqlar ümumislam əhəmiyyətli tarixi dini irsin əsarətdən xilas edilərək dirçəldilməsi, azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, möhtəşəm Qayıdış layihələri ilə tanış olublar. Xüsusilə Prezident İlham Əliyev tərəfindən beynəlxalq konfrans iştirakçılarının qəbul edilməsi və dövlətimizin başçısının dərinməzmunlu, əhatəli çıxışı din xadimlərinin böyük rəğbətinə səbəb olub.

Şeyxülislam A.Paşazadə bildirib ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi dünyada tanınan Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində dini liderlərin Zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. İƏT toplantısı ərəfəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə keçiriləcək tədbirdə Əl-Əzhəri Şərifin Böyük İmamı Şeyx Əhməd ət-Tayyibin fəxri qonaq olaraq iştirak edəcəyi diqqətə çatdırılıb. A.Paşazadə bir sıra dövlət liderlərinin və rəsmilərinin iştirakı gözlənilən bu ali foruma Qazaxıstanın Vitse-prezidenti Y.Karini dəvət etməkdən şərəf duyduğunu ifadə edib. Dəvət məmnuniyyətlə qəbul olunub.

Şeyxülislam bu yaxınlarda Xəzər dənizində hərbi təlim zamanı həlak olan qazax hərbçilərlə bağlı Qazaxıstanın baş müftisinə başsağlıqlarını bildirdiyini qeyd edib, bu gün isə Vitse-prezidentin simasında hadisə ilə bağlı Qazaxıstan dövlətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib, Uca Allahdan mərhumlara rəhmət diləyib. AZAL təyyarəsinin qəzası zamanı Qazaxıstanın göstərdiyi yardım, diqqət və qayğı, əsl qardaşlıq nümunəsi xüsusi qeyd olunub.

Görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Paşazadə çıxış edərək, Azərbaycan və Qazaxıstan dövlət rəhbərlərinin müdrik siyasi səyləri sayəsində ikitərəfli münasibətlərdə müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin zirvəyə yüksəlməsindən, parlamentlərimiz arasında əməkdaşlıq səviyyəsindən, parlamentlərarası dostluq qrupunun fəaliyyətindən məmnunluğunu ifadə edib. Parlamentlərarası əməkdaşlıq müstəvisində iştirak etdiyi tədbirlərdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi, ticari, logistik əlaqələrin inkişafında yüksəksəviyyəli əlaqələrin əhəmiyyətindən danışan C.Paşazadə vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bu əlaqələr daha da yüksək zirvəyə ucalacaq.

Səmimi şəraitdə keçən qəbulda Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əskərov iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!