28 Fevral 2025 09:25
2504
Səhiyyə
A- A+
Qida əlavələrini qəbul edərkən ehtiyatlı olmalıyıq

Qida əlavələrini qəbul edərkən ehtiyatlı olmalıyıq


Orqanizmin bərpası və inkişafında mühüm rol oynayan vitamin ehtiyacını ödəməyin ən yaxşı yolu təbii qidalardan istifadə etməkdir. Təbii vitaminləri qəbul edə bilmədikdə, bu boşluq qida əlavələri ilə tamamlanır. Əks halda immunitet zəifləyir, müxtəlif xəstəliklərə qarşı davamlılıq azalır.

Təəssüf ki, istifadəçilər bioloji fəallığa malik qida əlavələrini əksər hallarda həkim tövsiyəsi olmadan qəbul edirlər. Tərkibində amin və yağ turşuları, zülal və müxtəlif bitki mənşəli ekstraktlar vitamin və mineralları qəbul edərkən ilk növbədə orqanizmin əskikləri araşdırılmalıdır.

Sağlamlığa kömək edən bütün vitaminlər gündəlik qəbul etdiyimiz qidalarda olur. Bir insan normal, balanslı qidalanırsa, onun vitamin və mineral əlavələrinə ehtiyacı yoxdur. Lakin əgər şəxsin ciddi, xroniki xəstəliyi varsa, yaşlıdırsa və ya kifayət qədər qidalana bilmirsə, bu zaman qida əlavələri lazım olur. Orqanizmdəki vitamin və mineral dəyərləri müxtəlif test üsulları ilə asanlıqla ölçülür. Mütəxəssislər bildirirlər ki, vitamin-mineral əlavələrini düzgün qəbul etməməyin ciddi fəsadları yarana bilər. Belə ki, bu maddələr qida əlavələrində, adətən, yüksək konsentrasiyalarda olur. Elə buna görə də onları test nəticələrinə əsasən fərdi olaraq təhlükəsiz doza və müddətdə təyin etmək lazımdır.

Orqanizmdə olan vitamin və minerallar bir-biri ilə ahəngdardır və onların çatışmazlığını dəqiqləşdirmədən qida əlavəsi qəbul etmək tarazlığı poza bilər. Məsələn, uzun müddət C vitamini qəbul etmək mədə yanmasına və böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Kalsium və dəmir elementlərini birlikdə böyük miqdarda istifadə etmək dəmirin bağırsaqlardan sorulmasının qarşısını alar.

İnsan orqanizminin istehsal edə bilmədiyi A vitamini yalnız qida və qida əlavələrində olur. Bu vitamin görmə, dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacibdir. Onun çatışmazlığı özünü ən çox gözün fəaliyyətində göstərir. Bu zaman gözün qidalanması və görmə qabiliyyəti zəifləyir. Lakin həddindən artıq A vitamini qaraciyərə toksik təsir göstərə, dərinin qurumasına və soyulmasına, saç tökülməsinə, görmənin pozulmasına, oynaq ağrılarına və əzələ zəifliyinə səbəb ola bilər.

E vitamini bədən üçün çox vacib bir antioksidantdır. Onun həddindən artıq qəbulu qan laxtalanmasına, hətta iflicə səbəb ola bilər. D vitamininin ifrat qəbulu isə qanda kalsium səviyyəsini artırır. Bu da ürək ritminin pozulmasına və əzələ spazmlarına gətirib çıxarır. Yağda həll olunan ən vacib vitaminlərdən biri olan E vitamini orqanizmi həm zəhərli təsirlərdən, həm də sərbəst radikallardan qoruyur, daha güclü hüceyrə quruluşunu təmin edir. E vitamini xalq arasında pis xolesterol adlanan LDL xolesterolunun oksidləşməsinin qarşısını alaraq, xərçəng və buna bənzər ağır xəstəliklərdən qoruyur. K vitamininin artıqlığı laxtalanma pozğunluğuna səbəb ola bilər. B1 və B6 vitaminlərinin həddindən artıq istehlakı sinir sisteminə zərər verərək, əllərdə və ayaqlarda uyuşma, hissiyat itkisi və zəiflik yaradır.

İstifadə olunan hər hansı qida əlavəsi insanın qəbul etdiyi dərmanlarla qarşılıqlı təsir göstərə və ya arzuolunmaz nəticələrə səbəb ola bilər. Buna görə də vitamin və mineral qəbul etməzdən öncə həkimlə məsləhətləşilməlidir.

Mütəxəssislər bildirirlər ki, onlayn saytlardan vitamin və mineral əlavələri almaq olduqca risklidir. Onları yalnız apteklərdən almaq lazımdır. Çünki tərkibindəkilərə zəmanət verilməyən bu məhsullar əksər hallarda keyfiyyətsiz və imitasiya olur. Onu da qeyd edək ki, qida əlavələri öz təsirini dərhal göstərmədiyi üçün insanlar həkimə bildirmədən dozanı artırır və ya istifadə müddətini uzadırlar. Bu isə təəssüf ki, orqanizmdə geri dönüşü olmayan fəsadlara yol açır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!