18 Aprel 2024 18:58
1777
Səhiyyə
A- A+

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

 

London Universitet Kollecində tədqiqatçılar qaraciyər xəstəliklərinin və bağırsaqla əlaqəli sağlamlıq problemlərinin müalicəsinə kömək edə biləcək yeni növ kiçik muncuqlar hazırlayıblar. Heyvanlar üzərində aparılan sınaqlar onların zərərli bakteriyaları və iltihabı azaltdığını göstərib. Nəticə etibarilə bu muncuqların qaraciyər sirrozu kimi xəstəliklərə müsbət təsir göstərə biləcəyi ehtimal olunur.

AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, dünyada 100 milyona yaxın insan qaraciyər sirrozundan əziyyət çəkir. Xəstəlik bağırsaqlardakı müəyyən zərərli bakteriyalar səbəbindən daha da ağırlaşır. Həmin bakteriyalar iltihabı artıraraq qaraciyər, böyrək və beyin kimi orqanlara zərər verə bilən toksinlər istehsal edir.

Tədqiq olunan yeni muncuqlar duz dənəsindən də balacadır və bağırsaqda həm böyük, həm də kiçik molekulları udmaq üçün nəzərdə tutulub. Buraya zərərli bakteriyaların yaratdığı toksinlər daxildir. Siçanlar üzərində təcrübələr zamanı muncuqlar bir neçə həftə ərzində hər gün verilib. Nəticədə qaraciyərdə çapıqların pisləşməsinin qarşısı alınıb. Tədqiqatçılar, həmçinin muncuqları sirrozlu 28 xəstədə sınaqdan keçirib və onların minimal yan təsirlərlə təhlükəsiz olduğunu müəyyən ediblər.

Məlumatda bildirilir ki, bu muncuqlar qaraciyər xəstəliklərini idarə etmək və bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün yaxın vaxtlarda yeni effektiv üsul kimi təklif oluna bilər. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video