17 Sentyabr 2022 02:10
667
Mədəniyyət
A- A+

"Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları" kitabı işıq üzü görüb

 

Ötən ilin sentyabrın 16-17-də Ağdam şəhərində "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları" mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti nəzərə alınaraq onun materialları kitab şəklində çap edilib.
Qarabağ Dirçəliş Fondundan AZƏRTAC-a bildiriblər ki, konfransın ildönümü münasibətilə dərc olunan kitabda konfrans iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu, təşkilatçı qurumların rəhbərlərinin açılış nitqləri, konfrans iştirakçılarının üç dildə - Azərbaycan, ingilis və rus dillərində məruzə və məqalələri toplanıb.
Xatırladaq ki, sözügedən konfrans Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Həm konfransın, həm də onun materialları əsasında tərtib edilmiş kitabın əsas məqsədi Qarabağın, xüsusilə də Ağdamın bərpası, yenidən qurulması, qısa, orta və uzunmüddətli perspektivdə inkişafı ilə bağlı sosial-iqtisadi tədqiqatları stimullaşdırmaq, ölkəmizin elmi ictimaiyyətini bu məsələlərlə bağlı araşdırmalara daha geniş cəlb etməkdir.
İki gün davam edən konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru professor Nazim Müzəffərli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, iqtisadçı alimlər, bir sıra hökumət qurumlarının əməkdaşları, ali məktəblərin - Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Biznes Universitetinin, Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin müəllimləri və Avropa, ABŞ və Türkiyədən qonaq gəlmiş tədqiqatçılar iştirak ediblər.
Yüzdən çox elmi məqalənin təqdim olunduğu konfransda Qarabağda yeni iqtisadiyyat quruculuğu, iqtisadçı alimlərin tədqiqatlarının bu baxımdan əhəmiyyəti, Qarabağın təbii resursları, yaşıl enerji potensialı, məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı məsələləri və digər mövzular ətrafında geniş fikir mübadilələri aparılıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video