Qan ver, yaşat
Mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Gənclər Birliyi "Qan ver, yaşat!" devizi altında növbəti dəfə könüllü qanvermə aksiyası keçirib. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında təşkil edilən aksiyada Gənclər Birliyinin 200-ə yaxın fəal üzvü iştirak edib.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov gəncləri salamlayaraq onların bu xeyirxah missiyasını yüksək dəyərləndirib və tədbirin irsi qan azlığından əziyyət çəkən insanlar üçün əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün gənclərimiz könüllü surətdə qan verirlər. Bu isə onların əsl vətənpərvərlik ruhunda tərbiyə olunduqlarının bariz nümunəsidir. YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü Daşqın Qənbərov gənclərin bu aksiyasının davamlı olacağını və həmişə dəstəklənəcəyini söyləyib.
Qanvermə aksiyasına qatılan YAP Yasamal Rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev hazırda əhaliyə tibbi xidmətlə bağlı ölkəmizdə həyata keçirilən proqramlardan birinin və ən əsasının talassemiya, hemofiliya və digər qan xəstəliklərinin müayinə və müalicəsinin təşkili ilə bağlı olduğunu xüsusi vurğulayıb. Bu aksiyanın həm də Azərbaycan gəncliyinin həmrəyliyini ifadə etdiyini bildirib. Son illərdə ölkədə talassemiya və hemofiliya problemlərinə münasibətin köklü şəkildə dəyişdiyini deyən B.Nəbiyev Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini yüksək dəyərləndirdi. Hazırda fondun təşəbbüsü ilə start götürən qanvermə aksiyaları müsbət nəticəsini göstərməkdədir. Xeyirxah və humanist missiyaya qoşulan gənclərin bu sahədəki fəallığı artıq ənənə halını alıb.
Toplanan qan laboratoriyadan müayinədən keçirildikdən sonra qan xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. Qanverən gənclərə yüksək səviyyədə tibbi xidmət göstərilib.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!