23 May 2023 10:55
395
Mədəniyyət
A- A+

Qaliblər

 

15-19 may 2023-cü ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən Nodar Andquladze adına IV Beynəlxalq Vokal Müsabiqəsində azərbaycanlı vokal ifaçıları 4 fərqli yaş kateqoriyasında  I yerlə təltif edilmişlər. 
Qeyd etmək istərdik ki,  A kateqoriyasında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin V sinif şagirdi Fateh Abbaslı ingilis, italyan, alman və Azərbaycan dillərində fərqli janrlarda yazılan əsərləri yüksək səviyyədə ifa edərək münsiflərin diqqətini cəlb etməyi bacarmış və I yerlə təltif edilmişdir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - B kateqoriyasında Nuray İsmayılova , C kateqoriyasında Kənan Rəhmanzadə, D kateqoriyasında Adelin Öztürk Azərbaycan vokal ifaçılıq məktəbini yüksək səviyyədə təmsil edərək öz kateqoriyalarında I yerə layiq görülmüşlər.
İştirakçılarımızı müşayiət edən Azərbaycan Milli Konservatoriyasının baş müəllimi və aparıcı konsertmeysteri Svetlana Əhmədova da ən yaxşı konsertmeyster kimi təltif edilmişdir.
 Vurğulamaq istərdik ki, qaliblər sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərovun tələbələridir.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video