Qafqazın ən əlverişli investisiya məkanı
Qarabağın yüksəlişi - Zəngəzur dəhlizinin açılması bu prosesin daha da genişlənməsi üçün imkan yaradacaq
Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək bütün sahələrə mənfi təsirini göstərməklə həm də sosial-iqtisadi problem olduğunu göstərdi. Ancaq bu günün reallıqları göstərir ki, 2 ildə çökən dünya iqtisadiyyatı yavaş-yavaş dirçəlməkdədir.
300 milyard dollara yaxın investisiya yatırılıb
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqların ən prioritet məsələsi təbii ki, kommnukasiyaların açılması, yeni nəqliyyat tranzit marşrutlarının yaradılmasıdır.
Nəhəng nəqliyyat, logistik layihələrin reallaşmasında, onlarca ölkəni birləşdirən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayan Azərbaycan yenə də əsas söz sahibidir. Ona görə də ölkəmizin razılığı olmadan regionda qlobal layihələrin reallaşması qeyri-mümkündür.
Birmənalı şəkildə deyə bilərik ki, regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən, coğrafi mövqeyindən, daxili-xarici investisiyalarından uğurla faydalanan Azərbaycan Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahibdir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə reallaşan bu mühüm qlobal layihələrin Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsində böyük payları var.
Vətən müharibəsindən öncə ölkə iqtidadiyyatına yatırılan investisiyanın həcminə nəzər yetirsək, görərik ki, Azərbaycan həqiqətən də investorlar üçün ən əlverişli məkanlardan biridir.
Bunun səbəbi isə xarici sərmayədarlara yaradılan şərait və ölkədəki təhlükəsizlik mühitidir.
Müstəqilliyin bərpasından sonra Azərbaycan iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılıb ki, bunun da yarıdan çoxu xarici sərmayələrdir. Təkcə bu fakt təsdiqləyir ki, Azərbaycan hər zaman investorların maraq göstərdiyi ölkələrdən biri olub.
Əlbəttə ki, xarici investorların ölkəmizə olan güclü marağı təsadüfi deyil. Bu, sərmayədarların Azərbaycanın əlverişli coğrafi mövqeyini, böyük tranzit potensialını, müasir infrastrukturunun mövcudluğunu yüksək dəyərləndirmələri ilə bağlıdır.
Son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib.
Noyabrda Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda Türkiyə Respublikası tərəfindən irəli sürülən təklif isə maraqla qarşılanıb. Təklif budur ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran başda olmaqla, Xəzərin şərqindəki ölkələri də əlavə etməklə regional əməkdaşlıq daha da inkişaf etdirilsin. Bunun üçün fürsətlər və infrastruktur da mövcuddur. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri və “Cənub qaz dəhlizi”, TANAP, TAP kimi layihələr bu baxımdan hazırlanmış layihələrdir. Bunlar bir ölkəyə aid deyil, həm Qafqazın, həm Avropanın, həm də Orta Asiyanın birlikdə istifadə edəcəyi layihələrdir. Bu baxımdan məqsəd başlanğıcda bölgədəki ölkələrin insanlarının rifahını daha da yüksəltmək, dostluqları artırıb, düşmənçilikləri azaltmaqdır.
Zəngəzur dəhlizinin iqtisadi və siyasi dividendləri
Göründüyü kimi, artıq bölgəyə maraq getdikcə artmaqdadır. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra isə Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış olacaq. Bu da ölkə iqtisadiyyatının dayanıqlığının təminatçısı ola bilər.
Ümumiyyətlə, Zəngəzur dəhlizi həm tarixi aspekt, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasına görə prinsipial əhəmiyyət daşıyır. Burada geosiyasi, siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial-mədəni, hüquqi və təhlükəsizlik məqamları bir-biri ilə əlaqəlidir. Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi son addımlar zamanın ən aktual məsələlərindəndir. İstər ölkə ictimaiyyəti, istər region ölkələri, istərsə də dünya bu prosesi maraqla izləyir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabrda imzaladığı birgə bəyanatda əksini tapıb.
Dəhlizin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək. Qədim Azərbaycan torpağı ilk növbədə türk dünyasını birləşdirən özək rolunu oynayacaq. İlham Əliyevin söylədiyi kimi, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artmasına şərait yaranacaq. Bununla da bölgədə ticarət artacaq, əhalinin yaşayış səviyyəsində mühüm irəliləyişlər müşahidə olunacaq.
Dəhlizin açılması ilə Azərbaycan bölgədə nəqliyyat qovşağına çevriləcək. Azərbaycanın Türkiyə ilə əlaqələri güclənəcək və ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolunu açacaq. Bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrinin gücləndirilməsinə imkan verəcək.
Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə də böyük fayda verəcək. Ən əsası isə odur ki, dəhliz hər şeydən əvvəl regional əməkdaşlıq qarşısında illərdir dayanan problemlərin aradan qaldırılmasına xidmət edəcək.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
AFFA “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb
08 May
Eçmiadzin arxiyepiskopu Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb
08 May
Kosmos üçün nəzərdə tutulmuş yeni skafandr təqdim edilib
08 May
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
08 May
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
08 May
Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb
08 May
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub
08 May
Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb
08 May
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb
08 May
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
08 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!