24 Mart 2026 15:28
600
İQTİSADİYYAT
A- A+
Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq kompleksi - “Şirvan Aqro” 

Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq kompleksi - “Şirvan Aqro” 

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb


Şamaxıdakı “Şirvan Aqro” heyvandarlıq kompleksi ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə olunan ilk belə təsərrüfatdır.

Kompleksin məhsul istehsalı və realizasiya üzrə məsləhətçi Ələsgər Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, təxminən 100 hektar ərazini əhatə edən kompleksin yaradılmasında əsas məqsəd əhalinin yüksək keyfiyyətli süd və ət məhsulları ilə təmin olunması, bu məhsulların ixrac imkanlarının genişləndirilməsi, eləcə də regionun inkişafına, xüsusən Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir. Kompleksdə ümumilikdə 9000 baş heyvanın saxlanılması üçün şərait yaradılıb. Bunlardan 3200 başı südlük, 3000 başı ətlik mal-qara, 2800 başı isə buzovlardır. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cins heyvanlar bəslənilir.

Mütəxəssis bildirib ki, ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir. Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.



Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.

Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.

Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün elektron boyunbağılardan istifadə olunur.

Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, “Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb.

Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi, ilk növbədə, kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib

11:22
25 Mart

Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Konstantinos Tasoulasa

11:21
25 Mart

DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

10:58
25 Mart

Gözlənən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

10:57
25 Mart

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür  

10:01
25 Mart

NASA Ayla bağlı planına dəyişiklik edib

09:42
25 Mart

Qazaxıstan Xəzər vasitəsilə neft ixracını şaxələndirir

09:23
25 Mart

Süni intellekt sayəsində yüzdən çox ekzoplanet aşkar olunub

09:21
25 Mart

Azərbaycan basketbol milliləri FIBA reytinqində irəliləyib

09:18
25 Mart

Dron hücumuna məruz qalan İvano-Frankovsk şəhərində ölənlər var

22:39
24 Mart

Ukraynaya rekord sayda dron hücumu olub

22:09
24 Mart

Rəcəb Tayyib Ərdoğan: Hərbi eskalasiya uzandıqca fəsadlar artır  

21:27
24 Mart

Rəsmi Ankara İrandan qaz tədarükünün dayandırılması ilə bağlı məlumatları təkzib edib  

21:03
24 Mart

Ukraynanın qərb bölgəsinə dron hücumu edilib, Lvovda 10-dan çox insan xəsarət alıb  

20:31
24 Mart

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  

20:02
24 Mart

Ukrayna ordusu Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsini azad edib  

19:40
24 Mart

Ərdoğan Qazaxıstan Prezidentini yeni Konstitusiya münasibətilə təbrik edib

19:39
24 Mart

BƏƏ bu gün 5 ballistik raketi və 17 PUA-nı zərərsizləşdirib

18:39
24 Mart

BMT rəsmisi: Hörmüz boğazının bağlanması aclıq problemi ilə üzləşən ölkələrdə vəziyyəti ağırlaşdırır

18:21
24 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!