25 Mart 2026 10:01
239
Mədəniyyət
A- A+
Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür  

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür  


Almas İldırım Azərbaycan mühacir poeziyasının ən parlaq simalarındandır.

AZƏRTAC xəbər verir ki, bu gün Almas İldırımın anadan olmasının 119-ci ildönümü tamam olur.

Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində bəy ailəsində doğulub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı Fakültəsindən xaric edilir.

1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır.1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o, Türkmənistana sürgün edilir.

1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.

Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur, 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.

Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif işlərdə çalışır.

1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub.

Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyyətçi və istiqlalçı bir şair olaraq tanınıb.

Almas İldırımın yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunub. Bundan başqa, "Azərbaycan mahnıları" adlı kitabı da var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib

11:22
25 Mart

Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Konstantinos Tasoulasa

11:21
25 Mart

DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

10:58
25 Mart

Gözlənən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

10:57
25 Mart

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür  

10:01
25 Mart

NASA Ayla bağlı planına dəyişiklik edib

09:42
25 Mart

Qazaxıstan Xəzər vasitəsilə neft ixracını şaxələndirir

09:23
25 Mart

Süni intellekt sayəsində yüzdən çox ekzoplanet aşkar olunub

09:21
25 Mart

Azərbaycan basketbol milliləri FIBA reytinqində irəliləyib

09:18
25 Mart

Dron hücumuna məruz qalan İvano-Frankovsk şəhərində ölənlər var

22:39
24 Mart

Ukraynaya rekord sayda dron hücumu olub

22:09
24 Mart

Rəcəb Tayyib Ərdoğan: Hərbi eskalasiya uzandıqca fəsadlar artır  

21:27
24 Mart

Rəsmi Ankara İrandan qaz tədarükünün dayandırılması ilə bağlı məlumatları təkzib edib  

21:03
24 Mart

Ukraynanın qərb bölgəsinə dron hücumu edilib, Lvovda 10-dan çox insan xəsarət alıb  

20:31
24 Mart

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  

20:02
24 Mart

Ukrayna ordusu Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsini azad edib  

19:40
24 Mart

Ərdoğan Qazaxıstan Prezidentini yeni Konstitusiya münasibətilə təbrik edib

19:39
24 Mart

BƏƏ bu gün 5 ballistik raketi və 17 PUA-nı zərərsizləşdirib

18:39
24 Mart

BMT rəsmisi: Hörmüz boğazının bağlanması aclıq problemi ilə üzləşən ölkələrdə vəziyyəti ağırlaşdırır

18:21
24 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!