19 Aprel 2025 09:25
2560
Oxucu məktubları
A- A+
Problemimizin həlli uzun çəkmədi

Problemimizin həlli uzun çəkmədi


Mən 15 ilə yaxındır Saray qəsəbəsində yaşayıram. Bu illər ərzində qəsəbə əhalisinin sayı xeyli artıb. İşıq, su və qazla bağlı əvvəlki problemlər də artıq yoxdur. Olanda isə əlaqədar təşkilatlar dərhal məsələyə reaksiya verir və problemi tez bir zamanda aradan qaldırırlar. 

Bu dəfə də belə oldu. Yaşadığımız küçədə və yaxın bir sıra ərazidə su ilə bağlı problem yaranmışdı. Axşamlar su gəlir, səhərlər kəsilirdi. Bir neçə gün belə davam etdi. Düşündük ki, iki şəhər arasında körpü tikilir, yəqin bununla bağlıdır. Üstəlik, yaşadığımız ərazidə də təmir işləri aparılırdı. Sonradan suyun verilişi tam dayananda başa düşdük ki, problemin bu işlərlə heç bir əlaqəsi yoxdur. 

Qonşularla məsləhətləşib, lazımi təşkilatlara müraciət etməyi qərara aldıq. Müraciətimizdən sonra mütəxəssislər əraziyə gələrək iki gün ərzində problemin səbəbini araşdırdılar. Nəticədə su boruları dəyişdirildi. 

Hazırda suyumuz normal gəlir. Hətta bizə yaxın olan digər küçələrdə də suyun təzyiqində artım yaranıb. Hər hansı məsələ ilə bağlı müraciət etdiyin idarənin, yaxud təşkilatın rəhbərləri və işçiləri öz vəzifələrinə məsuliyyətlə yanaşanda problem də vaxtında həll olunur. Biz isə onların bu diqqətindən böyük məmnunluq duyuruq. 


Pərvanə MƏMMƏDOVA,

Abşeron rayon Saray qəsəbəsinin sakini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!