09 Dekabr 2021 00:29
634
CƏMİYYƏT
A- A+

Prezident İlham Əliyevin yeni idarəçilik texnologiyaları beynəlxalq konfransın gündəliyində olub

 

Azərbaycan Respublikası sürətlə inkişaf edir. Bu gün ölkəmiz nəinki regionda, dünya miqyasında seçilən dövlətlərdən biridir. Ölkənin siyasi, iqtisadi, sosial və təhlükəsizlik sahələrində uğurlarının kökündə Prezident İlham Əliyev tərəfindən işlənmiş, elmin ən müasir nailiyyətlərinə əsaslanan  yeni idarəetmə texnologiyaları dayanır.

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ölkəmizdə yeni idarəetmə texnologiyaları və onların tətbiqi ilə qurulmuş səmərəli və çevik idarəetmə sistemi, həmçinin Azərbaycanın bu sahədə qabaqcıl təcrübəsi və qazandığı uğurların müzakirəsinə həsr olunmuş “Dövlət idarəçiliyində yeni texnologiyalar: davamlı inkişaf və inklüziv cəmiyyətə doğru” beynəlxalq elmi-praktiki konfrans keçirilib. Prezident İlham Əliyevin yubileyi ərəfəsində onlayn formatda keçirilən konfransda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Çin, İsrail, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Taçikistanın milli dövlət idarəçilik akademiyaları və universitetlərinin rəhbərləri, nüfuzlu mütəxəssislər iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasında yeni idarəetmə texnologiyalarının səmərəliliyi: beynəlxalq qiymətləndirmə” mövzusunda məruzəsində ölkənin son illər Prezident İlham Əliyev tərəfindən işlənilmiş və dünyada ilk dəfə tətbiq edilən yeni idarəetmə texnologiyaları sayəsində inklüziv cəmiyyətin formalaşdırılması sahəsində dünya liderliyinə yüksəldiyini vurğulayıb. Məruzədə bildirilib ki, beynəlxalq təşkilatların rəsmi hesabatlarına görə, hazırda Azərbaycan dünyada inklüziv inkişaf sahəsində maddi və insan resurslarından ən səmərəli istifadə edən ölkədir. Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi vurğulayıb. Eyni zamanda diqqətə çatdırılıb ki, məhz bəhs edilən idarəetmə texnologiyaları dünyanın iqtisadi nəhənglərini çökdürən pandemiya zamanı Azərbaycanın taktiki qələbəsini şərtləndirib.

Yeni dövlət idarəçiliyi və Davamlı İnkişaf Məqsədləri, qlobal pandemiya dönəmində dövlət, müasir dövrdə dövlət qulluğunun idarə olunması, ağıllı şəhər və kəndlərin idarə edilməsində süni intellektin rolu, dövlət idrəçiliyində dəyişikliklərin idarəsi, ölkələrin sülh paradiqmaları konfransın əsas müzakirə mövzularına çevrilmişdir. 

Konfrans iştirakçılarının çıxışları və aparılan müzakirələr gedişində Azərbaycanda işlənilmiş yeni idarəetmə texnologiyalarının tədqiqi, alınan nəticələrin tədris proqramlarına, xüsusilə də dövlət qulluqçularının hazırlığı və yenidən hazırlığı prosesinə daxil edilməsi, ümumiyyətlə, bu sahədə qazanılan təcrübənin digər ölkələrdə də yayılmasının faydalı ola biləcəyi qənaətinə gəlinmişdir.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video