08 Avqust 2026 11:35
1056
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir  

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir  


2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bununla regionda uzun illər davam etmiş işğal üzərindəki status-kvo aradan qalxdı və tamamilə yeni siyasi-hüquqi reallıq formalaşdı.

Ötən il avqustun 8-də keçirilmiş Vaşinqton sülh sammitində isə hərbi müstəvidə de-fakto əldə olunanlar siyasi-diplomatik müstəvidə de-yure təsdiq olunması ilə tarixə düşdü. Ermənistanın baş naziri Azərbaycanın formalaşdırdığı sülh gündəliyində yer alan əsas məsələlər, Prezident İlham Əliyevin sülh təşəbbüsləri ilə parlament seçkilərini qatılaraq qalib gəldi və üçüncü dəfə Ermənistan hökumətini formalaşdırdı. Məhz Azərbaycan Liderinin sülh səyləri və strateji baxışları sayəsində keçmiş münaqişə tərəfləri Ermənistan və Azərbaycan bir-birinə düşmən kimi yanaşmır. Tərəflər bir-birlərini gələcək potensial tərəfdaş kimi qəbul edirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı siyasi elmlər doktoru Rizvan Nəbiyev söyləyib.

O qeyd edib ki, postmünaqişə dövründə Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas prioriteti siyasi-diplomatik mərhələyə keçidin təmini, qazanılmış nəticələrin beynəlxalq hüquq müstəvisində de-yure təsbit və regionda davamlı sülhün bərqərar edilməsi oldu.

Prezident İlham Əliyevin diplomatik yanaşmasının əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan hərbi qələbəni son məqsəd kimi deyil, davamlı sülh və regional əməkdaşlıq üçün yeni imkan kimi dəyərləndirir. Buna görə də Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq məkanına çevrilməsi konsepsiyası irəli sürüldü.

Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar başlandı və bunun əsasını təşkil edən beş prinsip irəli sürüldü.

Dövlətlərarası münasibətlərin təməl prinsipləri kimi ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı prinsipləri əsas götürüldü.

Sülhün və sabitliyin davamlılığının təmin edilməsi üçün kommunikasiyaların açılması gündəliyi formalaşdırıldı, Ermənistana münasibətdə ticarət məhdudiyyətləri aradan qaldırıldı.


Dövlət başçısı diplomatiyası: Azərbaycanın liderlik modeli


Beynəlxalq münasibətlər tarixində 1963-cü il Fransa–Almaniya barışığı, 1978-ci Kamp David sazişi kimi nümunələr göstərir ki, böyük siyasi transformasiyalar məhz lider diplomatiyası nəticəsində mümkün olur. Müasir beynəlxalq münasibətlərdə dövlət başçısı diplomatiyası xarici siyasətin ən təsirli alətlərindən biridir. Azərbaycan nümunəsində isə bu model işğala hərbi, siyasi-diplomatik vasitələrlə son qoymaq, sonrakı postmünaqişə dövründə isə geniş sülh quruculuğu fəaliyyətləri və regional inteqrasiya siyasəti ilə xarakterizə olunur.

Prezident İlham Əliyevin fəaliyyəti bu modelin uğurlu nümunələrindən biri hesab olunur. Burada dövlət başçısı danışıqlarda iştirak edən tərəf və yeni siyasi gündəliyin müəllifi olmaqla, regional təhlükəsizlik modelinin təşəbbüskarı, sülhə yönəlik uzunmüddətli strateji baxışın formalaşdırıcısı kimi çıxış edir. Bu baxımdan sülh təşəbbüsünün müəllifi, onun siyasi məzmununun formalaşdırıcısı, təməl prinsiplərinin müəyyənedicisi məhz Azərbaycan Prezidentidir.

Hazırkı mərhələdə əsas məqsəd hərbi-siyasi nəticələrin hüquqi müstəvidə təsbit edilməsidir. Bu isə aşağıdakı mərhələləri əhatə edir:

Ermənistanın Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiasını çıxarması;

Paraflanmış sülh müqaviləsinin imzalanması;

İmzalanmış müqavilənin parlamentlər tərəfindən ratifikasiya edilməsi və diplomatik kanallarla bu barədə notalar mübadiləsi;

Diplomatik münasibətlərin qurulması və dövlətlərarası münasibətlərin formalaşdırılması istiqamətində ilk mühüm addımın atılması;

Gələcək sahəvi əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədi ilə müqavilə-hüquq bazasının yaradılması.

Bu yanaşmanın kökündə tərəflərin bir-birini düşmən kimi deyil, gələcək potensial tərəfdaş kimi qəbul etmələri dayanır.


Prezident Trampın sülh missiyasının rolu və Vaşinqton Sülh Sammiti


Vaşinqton Sülh Sammiti Azərbaycan–Ermənistan normallaşma prosesində mühüm diplomatik mərhələ kimi qiymətləndirilir. Vaşinqton platforması tərəflər arasında sülh gündəliyinin irəli aparılması və əldə olunmuş siyasi razılaşmaların beynəlxalq dəstəklə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu proses, eyni zamanda, Cənubi Qafqazın beynəlxalq təhlükəsizlik gündəliyində artan rolunu və regionda davamlı sülhün təmin edilməsinə aparıcı beynəlxalq aktorların marağını nümayiş etdirir.

Bu kontekstdə avqustun 8-i xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır. Bu tarix postmünaqişə dövründə diplomatik prosesin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə və Azərbaycanın sülh siyasətinin beynəlxalq legitimliyinin möhkəmləndirilməsi baxımından əlamətdar hadisə hesab oluna bilər. Vaşinqtonda imzalanmış sənədlər isə yalnız siyasi bəyanatlar deyil, gələcək normallaşma prosesinin hüquqi və institusional əsaslarının formalaşdırılmasına yönələn mühüm çərçivə sənədləri kimi çıxış edir. 2025-ci il dekabrın 1-də ATƏT-in Minsk prosesinin tam başa çatması məsələsinin də əsası məhz Vaşinqton Sülh Sammiti vaxtı qoyulmuşdu. Prezident İlham Əliyevin bu istiqamətdəki diplomatik səylərinə Prezident Donald Tramp Birgə Bəyannaməni şahid qismində imzalamaqla dəstək ifadə etmişdir.

ABŞ Prezidenti Donald Trampın diplomatik səyləri Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan diplomatik təşəbbüslərə yeni impuls verib. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qarşılıqlı məktublar və mesajlar ikitərəfli münasibətlərin yüksək səviyyəsini əks etdirməklə yanaşı, sülh prosesinə verilən siyasi dəstəyin mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasının və 2026-cı ilin fevralında müvafiq Xartiyanın Bakıda imzalanmasının əsasında da 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan ikitərəfli Anlaşma Memorandumu dayanır. Cari ilin iyununda Bakıda keçirilən İqtisadi dialoq çərçivəsində 7,5 milyard ABŞ dolları dəyərində imzalanan müqavilələr əməkdaşlığı ənənəvi enerji tərəfdaşlığından yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrini əhatə edən strateji əhəmiyyətli tərəfdaşlığa yüksəldib.


TRIPP layihəsi və yeni regional əməkdaşlıq modeli


Postmünaqişə dövründə sülhün dayanıqlı olması yalnız siyasi razılaşmalarla deyil, həm də iqtisadi qarşılıqlı asılılığın və regional inteqrasiyanın gücləndirilməsi ilə mümkündür. Bu baxımdan Prezident İlham Əliyevin irəli sürdüyü yanaşma regionda nəqliyyat, enerji, ticarət və rəqəmsal bağlantılar üzərində qurulan yeni əməkdaşlıq modelinin formalaşdırılmasına əsaslanır.

Zəngəzur dəhlizi (TRIPP) layihəsi bu yeni regional baxışın mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər. Layihə Cənubi Qafqazı Şərq ilə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji iqtisadi məkan kimi inkişaf etdirməyi hədəfləyir. Bu yanaşma Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunmasına, Zəngəzur dəhlizinin açılması ilə regional nəqliyyat şəbəkəsinin tamamlanmasına, eləcə də enerji və rəqəmsal bağlantı layihələrinin inteqrasiyasına xidmət edir.

Beləliklə, sülh prosesi yalnız siyasi münasibətlərin normallaşdırılması deyil, həm də yeni regional iqtisadi arxitekturanın formalaşdırılması deməkdir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması, enerji əməkdaşlığının genişləndirilməsi və rəqəmsal bağlantıların inkişafı Cənubi Qafqazı qlobal ticarət və logistika zəncirinin mühüm həlqəsinə çevirə bilər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistana münasibətdə ticarət məhdudiyyətlərinin sülh müqaviləsinin imzalanmasından əvvəl aradan qaldırılması Azərbaycanın sülhün əldə olunmasına növbəti mühüm töhfəsi kimi dəyərləndirilir. Ölkəmizdən yanacaq məhsullarının Ermənistana tədarükü də bu strategiyanın mühüm elementidir.


Sülhün dividendləri və perspektivlər


Azərbaycan–Ermənistan sülhü yalnız iki dövlət üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradır. Sülh regional təhlükəsizliyi möhkəmləndirəcək, kommunikasiyaların açılmasını təmin edəcək. Sülh iqtisadi inteqrasiyanı sürətləndirəcək və xarici investisiyaları artıracaq. Sabit inkişaf məkanına çevriləcək Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının səmərəliliyini yüksəldəcək.

Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyası Azərbaycanın hərbi qələbəsini uzunmüddətli siyasi və hüquqi nəticəyə çevirməyə yönəlmiş strateji xəttdir. 2020-ci ildə əldə olunmuş hərbi uğurlar və 2023-cü ildə suverenliyin tam bərpası ilə formalaşmış yeni status-kvo məhz Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində yaranmışdır. Hazırkı mərhələdə əsas vəzifə bu yeni reallığın hüquq müstəvisində tam təsbit edilməsi, yəni sülh müqaviləsinin imzalanması və ratifikasiya olunmasıdır. Məhz möhkəm hüquqi baza regionda dayanıqlı əməkdaşlıq modelinin formalaşdırılmasının əsasını təşkil edəcək.

Bu baxımdan Prezident İlham Əliyevin sülh siyasəti yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas strateji faktor kimi qiymətləndirilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!