Prezident İlham Əliyev: “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.
AZƏRTACxəbər verir ki, qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz.
Malkolm HONLAYN dedi:
-Sizi görməyə şadam.
Prezident İlham Əliyev:Gəldiyinizə görə təşəkkür edirəm. Mən sizin Sammitdə iştirakınızı yüksək qiymətləndirirəm.
Malkolm Honlayn:Bu qədər fikir ayrılığı, bu qədər gərginliyin şahidi olduğumuz bir zamanda Sizin vaxt ayıraraq insanları bir araya gətirmək üçün təşəbbüs göstərməyiniz bir faktdır. Düşünürəm ki, bizim üzərimizə düşən məsuliyyət də burada olub Sizə dəstək nümayiş etdirmək və bunu qiymətləndirməkdir.
Prezident İlham Əliyev:Təşəkkür edirəm. Eyni zamanda, biz çox uğurlu Mədəniyyətlərarası Dialoq üzrə Forum və ənənəvi Bakı Humanitar Forumunu keçiririk. Beləliklə, biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk və Azərbaycan artıq çox fəal dialoq məkanına çevrilib. Düşünürəm ki, belə mühüm tədbirə ev sahibliyi etmək üçün doğru zamandır. Ümidvaram ki, o, uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək.
Malkolm Honlayn:Onun keçirilməsi faktının özü bir uğurdur. Bu da bir faktdır ki, Siz və Azərbaycan qlobal, beynəlxalq səviyyədə elə bir nüfuz qazanmısınız ki, bura insanların bir araya gəldiyi bir məkandır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib...
05 May
Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq
05 May
Mina terroruna görə Ermənistan dünya birliyi tərəfindən qınanılmır
05 May
Regionun gündəliyi Azərbaycan tərəfindən müəyyənləşdirilir
05 May
Beynəlxalq təşkilatlar delimitasiya və demarkasiya prosesini dəyərləndirirlər
05 May
Azərbaycanın təşəbbüsləri bəhrəsini verir
05 May
"Bakı Prosesi" bir daha göstərdi ki, Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir
05 May
Dünyanın çalxalanması fonunda ölkəmizdə sabitliyin olmasının xüsusi önəmi var
05 May
Azərbaycan müxtəlif mədəniyyətlərin inkişafına töhfə verir
05 May
Qərb Gürcüstanı Ukraynaya çevirmək niyyətindədir
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!