05 May 2024 08:40
481
SİYASƏT
A- A+

Mina terroruna görə Ermənistan dünya birliyi tərəfindən qınanılmır

 

Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkələri sırasında ilk üçülkdə yer alır. Mina terroru erməni terrorizminin daha çox istifadə etdiyi əsas üsullardandır. Ermənistan uzun illərdir işğal altında saxladığı  torpaqlarımızın, demək olar ki, hər qarışına mina basdırıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən də ermənilər həmin ərazilərə əlavə minalar basdırmağı unutmadılar. Bu bir faktdır ki, ölkəmizin ərazisinin 12 faizi minalarla çirkləndirilib. 
2020-ci ildə müharibənin başa çatmasından bu il aprelin 27-dək 212 mina partlayışı hadisəsi baş verib. Nəticədə uşaqlar və qadınlar daxil olmaqla 356 şəxs bu partlayışların qurbanı olub. Ümumilikdə ötən 30 il ərzində Azərbaycandakı mina qurbanlarının sayı 3435 nəfərdir. Bu hadisələr göstərir ki, ərazilərin minalardan təmizlənməsinə və onun qurbanına çevrilən insanlara kömək göstərilməsinə təcili zərurət var.  
Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda keçirilən tədbirdə   Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko "Aİ digər məsələlərdə olduğu kimi, mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxladığını və dəstəyini əsirgəmədiyini qeyd edərək  deyib: "Azərbaycan vətəndaşları münaqişə başlayandan indiyədək çox əziyyət çəkiblər. Ötən müddət ərzində Aİ Azərbaycanın yanında olub və həmişə də olacaq. Hazırda minatəmizləmə məsələsi Azərbaycan üçün əsas prioritetlərdən biridir və biz ölkəyə bu istiqamətdə kömək etməyə hazırıq".
İşğal olunmuş ərazilərimizin minalarla çirkləndirilməsi faktını dünyanın heç bir dövləti və ya beynəlxalq təşkilat inkar edə bilmir. Hazırda ərazilərimizdə kütləvi şəkildə partlayıcı maddələrin, mina qalıqlarının olduğunu da gizlətmək mümkün deyil. Ermənistan isə minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina edir. Təəssüf doğuran məsələ də budur ki, bu faktın dəqiqliyinə şübhə olmadığı halda özünü dünyada sülhün və ədalətin tərəfdarı kimi göstərməyə çalışan dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanı sərt şəkildə qınamadıqları kimi, ərazilərimizin minalardan təmizlənməsinə də praktiki olaraq kömək etmirlər. Bu bir yana, maddi cəhətdən də yardım etməkdə xəsislik edirlər.
Halbuki ərazilərimizin minalardan  təmizlənməsi Azərbaycan-Aİ əməkdaşlığının ən mühüm istiqamətlərindən birinə çevrilə bilər. Tədbirdə iştirak edən Prezidentin köməkçisi Hikmət Hacıyev problemin aktuallığını dilə gətirərək qeyd edib ki, "Biz bu təşəbbüsün təfərrüatları, xüsusilə də onun maliyyə parametrləri haqqında daha çox şey öyrənməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, maliyyələşdirmənin səviyyəsi üzləşdiyimiz problemin miqyasına uyğun olacaq. Bundan başqa, biz inanırıq ki, Avropa Komandası Təşəbbüsü çərçivəsində praktik layihələr üçün prioritetlərin müəyyənləşdirilməsi ev sahibi olan dövlətin prinsiplərinə əsaslanacaq. Bizə lazım olan real minatəmizləmədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Pul vermək istəmirsinizsə, pulu gəlib minatəmizləyən şirkətə verin, əgər kömək etmək istəyiniz varsa".
Xatırladaq ki, indiyədək minalardan təmizlənmiş 134 min hektar sahədən 119 mindən çox partlayıcı maddə tapılıb və bunlardan da 31 mini piyada əleyhinədir. Rəqəmlərin dili ilə ifadə etsək, hazırda ərazilərimizdə təxminən 1,5 milyon mina və partlayıcı qalıqları var. Minalanmış ərazilərin geniş bir ərazini əhatə etməsi sözsüz ki, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına mane olmaqla bərabər, həm də sosial-iqtisadi inkişafa ciddi əngəl törədir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda keçirilən tədbirdə səslənilən fikirlər ümid etməyə əsas  yaradır ki, başlanılan iş humanitar təsiri olmaqla yanaşı, sülh və barışıq prosesinə də müsbət təsir göstərə bilər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video