Regionun gündəliyi Azərbaycan tərəfindən müəyyənləşdirilir
Sülhə gedən addımlardan ən vacibi delimitasiya və demarkasiya prosesinin tamamlanmasıdır
"Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ilkin addımların atılması regionda dayanıqlı sülhə nail olunmasının uzun vaxt almayacağına işarədir. Nəzərə almaq lazımdır ki, 30 il müharibə vəziyyətində yaşadığımız Ermənistanla bir neçə görüşdən sonra sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri komissiyalarının ciddi nəticələr əldə etməsi mühüm əhəmiyyətə malikdir. Razılaşmadan çox qısa müddət sonra Qazaxın 4 kəndində sərhəd dirəklərinin quraşdırılması yaxın gələcəkdə iki ölkə arasında etimad mühitinin formalaşacağı və Cənubi Qafqazda sülhün bərqərar olacağı barədə nikbin proqnozlar verir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib. Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra sülhyaratma prosesinə başlayıb və bu istiqamətdə lazım olan bütün addımları atıb: "Sülh müqaviləsinin imzalanması üçün layihə də Azərbaycan tərəfindən hazırlanıb və Ermənistana təqdim edilib. Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan sülhü vasitəçisiz də bərqərar edə bilər. Bu prosesə Azərbaycanda və regionda iqtisadi, siyasi, biznes və maliyyə maraqları olan tərəflərin qoşulmasına imkan verilməyəcək. Təkbaşına müharibə aparıb qalib gəldiyimiz kimi, regionda və iki ölkə arasında sülhün bərqərar olunması üçün lazım olan addımları da vasitəçilərsiz atacağıq. Çünki görünən odur ki, vasitəçilər bu prosesi daha da alovlandırmağa, münaqişəni körükləməyə çalışırlar. Məhz bunun nəticəsidir ki, biz ikili standartlarla, ölkəmizə qarşı sərgilənən riyakar davranışlarla üz-üzəyik".
Jalə Əliyeva deyib ki, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi birmənalı olaraq vacib məsələdir. Bu, strateji təhlükəsizlik, xalqların rahat və əmin-amanlıq şəraitində yaşaması, eləcə də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Ona görə də məsələnin qısa müddətdə öz müsbət həllini tapması Azərbaycanın maraqlarındadır.
"Azərbaycanla Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi tək Bakı ilə İrəvanın deyil, regionun digər ölkələrinin də maraqları çərçivəsində qiymətləndirilməlidir. Cənubi Qafqaz regionu ilə birbaşa və ya dolayısı bağlantısı olan bütün tərəflər anlamalıdırlar ki, sülhə gedən addımlardan biri də məhz delimitasiya və demarkasiya prosesinin tamamlanmasıdır. Ona görə də Ermənistanı bu məsələdə konstruktiv mövqe sərgiləməyə dəvət etməlidirlər", - deyə müsahibimiz əlavə edib.
Deputat yekunda regionda sülhün bərpa olunmasında maraqlı olmayan qlobal subyektlər barədə də fikir bildirib. Deyib ki, Azərbaycan və Ermənistan arasında müvafiq razılaşmanın imzalanmasından və sərhəd dirəklərinin quraşdırılmasından sonra həmin qüvvələrin səssizliyə qapılmasının səbəbləri məlumdur. Artıq beynəlxalq ictimaiyyət regionun gündəliyinin Azərbaycan tərəfindən diktə olunduğunu qəbul edir.
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak edib...
18 May
Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB
18 May
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB ...
18 May
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB
18 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılış...
18 May
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB
18 May
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir ...
18 May
Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO ...
18 May
DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib ...
18 May
Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb ...
18 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!