Prezident Ərdoğan: Hər kəs bilməlidir ki, Türkiyə demokratik, hüquqi dövlətdir
Adnan Menderes və dostlarını darağacına göndərənlərin alınlarına vurduqları qara ləkə 62 deyil, 600 il keçsə belə, heç vaxt təmizlənməyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Demokratiya və Azadlıqlar adasında 62 il əvvəl, mayın 27-də ölkədə baş verən dövlət çevrilişi ilə əlaqədar keçirilən anım mərasimində səsləndirib.
“Yassıada Məhkəməsi Mühakimə olunur” mövzusu ilə keçirilən mərasimdə danışan Prezident Ərdoğan Türkiyədə müxtəlif tarixlərdə baş verən çevrilişlər səbəbi ilə ölkə iqtisadiyyatının inkişafına çox böyük zərbələrin vurulduğunu qeyd edib.
Bildirilib ki, Türkiyə tarixinin ən böyük demokratiya zəfərlərindən birinə iyulun 15-də xalqla bərabər imza atılıb.
Qarşıdan gələn il ölkədə keçiriləcək Prezident seçkilərinə toxunan ölkə başçısı deyib: “Millətin polad iradəsinə heç kim zəncir vura bilməz, bu millətin haqqını, hüququnu heç kim poza bilməz. Bu millətə xidmət edənlərin saçına belə heç kim toxuna bilməz. Əbədi və əzəli qardaşlığımızı heç bir məkrli niyyət poza bilmədi, bilməyəcək. Seçki qutusundan kənarda yol axtaranlar, indidən 2023-cü ildə keçiriləcək seçkilərə kölgə salmaq istəyənlər ağıllarını başlarına toplamalıdırlar. Siyasətin qəzet manşetləri ilə tənzimləndiyi, siyasətin terror və şantajla yönləndirildiyi dövrlər geridə qaldı. Hər kəs bilməlidir ki, Türkiyə demokratik, hüquqi dövlətdir. Bu, suverenliyin qeyd-şərtsiz millətə məxsus olduğu bir dövlətdir”.
Xatırladaq ki, Türkiyənin demokratiya tarixinin qara ləkəsi adlandırılan, 1960-cı il mayın 27-də baş verən dövlət çevrilişi, eyni zamanda Türkiyə Respublikası tarixindəki ilk hərbi çevrilişdir.
Hadisə nəticəsində Türkiyənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Palatkan ilə birlikdə 15 nəfər edam edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
NATO qoşunları sərhədlərimizə yaxınlaşır - Şoyqudan AÇIQLAMA
26 Aprel
Yunanıstan Ukraynaya hava hücumundan müdafiə sistemlərini verməkdən imtina edib
26 Aprel
Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26 Aprel
ABŞ Universitetində keçirilən buraxılış mərasimi etirazlara görə ləğv edilib
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...
26 Aprel
Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib
26 Aprel
Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib
26 Aprel
Xocalı al lalələrlə bəzənib FOTO
26 Aprel
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq...
26 Aprel
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi ...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!