01 Fevral 2024 10:35
8992
Oxucu məktubları
A- A+

Polietilen torbalardan istifadəyə nə vaxt son qoyulacaq?

 

Polietilen torbaların insan sağlamlığı üçün təhlükəsini hamı yaxşı bilir. Amma bunu bilə-bilə şüurlu surətdə biz bu təhlükədən yaxa qurtara  bilmirik. 
Bunun birinci səbəbi ticarət və xidmət obyektlərində, xüsusilə market sahiblərinin daha çox qazanmaq istəyidir.  Onu da bildirim ki, böyük dükanlarda  plastik torbalar 3-5 qəpiyə satılırsa, bizim Lerikin əksər  dağ kənd dükanlarında alıcıya onlar 10  qəpiyə başa gəlir. Odur ki, ərzaqların iki-üç dəfə baha qiymətə satılması bir yana qalsın,   həyatını zəhərləyən  15 mikron polietilen torbalara  görə əlavə  pul ödəməli olursan.
İndi fikirləşirik - görəsən, bu təhlükəli alverə nə vaxt son qoyulacaq? Nə vaxtacan biz təbiətə ziyan vurmağa məcbur ediləcəyik?
 
Zəfər ORUCOĞLU,  
Lerik rayonu Bradi kənd sakini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video