17 Yanvar 2026 18:13
1821
Səhiyyə
A- A+
Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

Hazırda uşaqlar arasında əsasən mövsümi virus infeksiyaları yayılıb. Bunlara influenza virusları, RSV (respirator sinsitial virus), adenoviruslar, rinoviruslar və enteroviruslar daxildir. Xüsusilə məktəbəqədər və ibtidai sinif yaş qrupunda həmin infeksiyaların yayılması daha geniş müşahidə edilir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim-pediatr Nigar Bayramova deyib.

Həkim-pediatrın sözlərinə görə, infeksiyaların əlamətləri virusun növündən və uşağın yaşından asılı olaraq dəyişə bilər. Ən çox rast gəlinən simptomlar qızdırma, burun axması və öskürək, boğaz ağrısı, halsızlıq, iştahsızlıq, bəzi hallarda qusma, ishal və dəri səpkiləridir. Kiçikyaşlı uşaqlarda virus infeksiyaları daha ağır keçə və susuzlaşma riski yarada bilər.

Qeyd olunub ki, aşağıdakı əlamətlər olduqda mütləq pediatra müraciət edilməlidir:

• Qızdırmanın 38,5°C-dən yüksək olması və 2–3 gündən çox davam etməsi,

• Tənəffüsün çətinləşməsi, sürətli və ya çətin nəfəsalma,

• Qusma və ishal fonunda maye qəbulunun azalması,

• Uşağın letargik olması, ətrafla marağının azalması,

• Dəri səpkilərinin qızdırma ilə birlikdə sürətlə yayılması,

• Belə hallar ağırlaşma riskindən xəbər verə bilər.

Mütəxəssisin sözlərinə görə, virus infeksiyalarına yoluxmanın qarşısının alınması üçün profilaktika xüsusilə önəmlidir. Valideynlərə tövsiyə olunur ki, uşaqlara əl yuma vərdişi aşılansın, qapalı və sıx məkanlarda təmas məhdudlaşdırılsın, xəstə uşaqlar məktəbə və bağçaya göndərilməsin, uşaqlar yaşına uyğun, balanslı qidalansın, yuxu rejimi qorunsun, peyvənd təqviminə ciddi əməl edilsin.

N.Bayramova valideynlərə tövsiyə verərək deyib: “Virus infeksiyalarında antibiotiklərin təsiri yoxdur. Antibiotiklərin səbəbsiz istifadəsi bağırsaq mikrobiotasını pozur, antibiotik müqavimətinə yol açır, uşağın immun sisteminə mənfi təsir göstərir. Antibiotik yalnız həkim göstərişi ilə, bakterial infeksiya sübut olunduqda istifadə edilməlidir. Virus infeksiyaları uşaqlıq dövründə qaçılmazdır, lakin erkən tanıma, düzgün qulluq və panikaya düşmədən həkimə müraciət ağırlaşmaların qarşısını alır. Ən önəmlisi, valideynlər sosial mediada yayılan qeyri-dəqiq məlumatlara deyil, peşəkar tibbi məsləhətlərə güvənməlidirlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!