11 Mart 2026 17:28
1793
Səhiyyə
A- A+
Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır  

Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır  


Yaz fəslinin başlanması ilə havanın temperaturunda və rütubətində dəyişikliklər baş verir. Həmin dəyişikliklər bəzi mövsümi xəstəliklərin aktivləşməsinə səbəb ola bilər. Xüsusilə mart ayında havanın tez-tez dəyişməsi immun sisteminə təsir göstərir və müəyyən xəstəliklərin artmasına şərait yaradır.

Bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.

Mütəxəssis bildirib ki, yaz aylarında daha çox rast gəlinən mövsümi xəstəliklər arasında respirator virus infeksiyaları, allergik xəstəliklər və bəzi bakterial infeksiyalar yer alır: “Soyuq havadan nisbətən isti havaya keçid dövründə kəskin respirator infeksiyalar və qrip halları hələ də müşahidə oluna bilər. Eyni zamanda, yaz mövsümündə bitkilərin tozcuqlarının (polenlərin) artması ilə əlaqədar allergik rinit, göz allergiyaları və bronxial astma kimi allergik xəstəliklər də daha çox qeydə alınır”.

Nahid Məhərrəmov diqqətə çatdırıb ki, mart ayında havanın dəyişkən olması səbəbindən sağlamlığı qorumaq üçün bir neçə vacib qaydaya əməl etmək tövsiyə olunur. “İlk növbədə, hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır. Günün isti saatlarına aldanaraq nazik geyinmək düzgün deyil, çünki səhər və axşam saatlarında hava daha sərin olur və bu da xəstələnmə riskini artırır. Bundan əlavə, immun sistemini gücləndirmək üçün balanslı qidalanmaq, vitamin və minerallarla zəngin qidalar qəbul etmək vacibdir. Meyvə və tərəvəzlərin, eləcə də kifayət qədər mayenin qəbul edilməsi orqanizmin müqavimətini artırır. Gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq və xəstə insanlarla yaxın təmasdan çəkinmək respirator infeksiyalardan qorunmağa kömək edir. Allergiyaya meyilli şəxslər isə xüsusilə diqqətli olmalıdırlar. Açıq havada uzun müddət qalmaqdan çəkinmək, yaşayış məkanlarını mütəmadi havalandırmaq və zərurət olduqda həkim məsləhəti almaq tövsiyə olunur", - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

22:56
05 May

Rusiya hərbçiləri Zaporojyeyə zərbə endiriblər, ölənlərin sayı 12-yə çatıb

21:53
05 May

Azərbaycan və Belarus arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb  

21:28
05 May

Rusiya ordusu Kramatorsk şəhərinin mərkəzinə bombalar atıb, ölənlər var

21:19
05 May

“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi diqqətdə olub

20:51
05 May

WUF13 Festivalı: Şəki sakinləri açıq havada keçirilən ictimai proqramda həvəslə iştirak ediblər  

20:41
05 May

Azərbaycan istifadəçiləri arasında Facebook yenidən liderdir

20:28
05 May

4000 illik taxta qapı qalıqları tapılıb

20:21
05 May

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

20:18
05 May

Avstriya Kənd Təsərrüfatı Klasteri Azərbaycanla əməkdaşlığa başlayır

20:13
05 May

Gürcüstanlı nazir WUF13 barədə məlumatlandırılıb

20:04
05 May

Arxeoloqlar uzun müddətdir itkin düşmüş Maya şəhərini tapıblar?  

20:01
05 May

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri işə başladı

19:36
05 May

Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə əlaqələr inkişaf edir  

19:33
05 May

Orta dəhliz qlobal ticarətdə rəqabətli alternativə çevrilir

19:26
05 May

“Prime Leasing MMC” Landini Traktorlarını Azərbaycanda təqdim etdi

19:19
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!