19 Avqust 2026 10:35
585
Mədəniyyət
A- A+
Ömrünü qadınların savadlanmasına həsr etmişdir 

Ömrünü qadınların savadlanmasına həsr etmişdir 


Bütün dövrlərdə cəmiyyətin inkişafında maarifləndirmə mühüm rol oynayır. Buna görə də ziyalı insanlar maariflənmə işinə böyük önəm verirlər. 

Azərbaycanda maarifçilik hərəkatı XIX əsrin ortalarından başlayaraq müxtəlif formalarda inkişaf etmişdir. Diqqətçəkən odur ki, maarifçilik hərəkatında kişilərlə bərabər savadlı, bilikli qadın ziyalılar da fəal iştirak edərək ön sıralarda addımlamışlar. Məqsədlərinə çatmaq üçün bu işdə öz vəsaitlərini belə əsirgəməmişlər. 

Xalqının maariflənməsi işində fəal iştirak etmiş qadınlarımızdan biri də Gövhər hacı Məcid qızı Cəfərzadə (Gövhər Şövqiyyə) olmuşdur. Dövrünün savadlı, bilikli qadınlarından biri kimi tanınan Gövhər xanım maarifçi və publisist kimi də fəaliyyət göstərmişdir. Məqsədi, amalı savadsızlığın aradan qaldırılması və insanların maarifləndirilməsi olan Gövhər Cəfərzadə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1912-ci ildə böyük əziyyətlər bahasına Şamaxıda şəxsi vəsaiti hesabına ikisinifli qız məktəbi açmağa nail olmuşdur. Bununla da qadın maarifçiliyinin ilk nümayəndələrindən biri kimi tarixə düşmüşdür. 

Təəssüflər olsun ki, bu maarifçi qadın haqqında mənbələrdə məlumat o qədər də çox deyil. Əldə olan məlumatlardan öyrəndiklərimiz yalnız odur ki, Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxı şəhərində anadan olub. Qızlar üçün məktəb olmadığına  görə ilk təhsilini evdə alıb. Anası Əsəd xanım elmə, biliyə meyilli qadın olub. Buna görə də həm öz qızının, həm də digər qızların təhsil almasına müsbət yanaşıb. Qızı məktəb açanda anası Əsəd xanım da onun maarifçilik ideyalarına hörmətlə yanaşıb, bacardığı qədər fəaliyyətinə dəstək olub, kömək göstərib. Amma həmin dövr başqa bölgələrdə olduğu kimi, Şamaxıda da qızların təhsil alması üçün elə də əlverişli şərait yox idi. Şəhərdə ayrıca olaraq qız məktəbi fəaliyyət göstərmirdi. Şamaxı camaatının gələcəyi üçün narahat olan maarifpərvər ziyalılar oğlanlarla bərabər qızların da təhsil almasını, elm öyrənməsini istəyirdilər. Onlar xalqın, cəmiyyətin tərəqqisini elmdə, bilikdə görürdülər. Ona görə də qızların da təhsil alması, savadlanması üçün zəruri addımlar atmağa çalışırdılar.

Belə ziyalılardan biri də Gövhər Şövqiyyə idi. Qızlar məktəbinin açılmasına, fəaliyyət göstərməsinə dövrünün tanınmış şair və yazıçıları, ömürlərini xalqının yolunda şam kimi əritmiş Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Qafur Rəşad Mirzəzadə, Sultan Məcid Qənizadə və Mahmud bəy Mahmudbəyov kimi maarifçi ziyalılar böyük dəstək vermişdilər. Gövhər xanımın əsasını qoyduğu "Məktəbi-Şövqiyyə" məktəbi 1918-ci ilə qədər  fəaliyyət göstərmişdir. 

Məktəb əvvəlcə kiçik bir otaqda yerləşib. İlk günlər gələnlər az olsa da, sonrakı günlər burada 20-dən çox qız təhsil almağa başlayıb. Məktəbdə ana dili, hesab, tarix və coğrafiya fənlərindən dərslər keçirilib. Gövhər xanım dərslərdə "Xacəyi-sibyan", "Gülzar", "Əlifba" və "Balalara hədiyyə" kimi kitablardan istifadə edər, şagirdlərə şeir və hekayələr də əzbərlətdirərmiş. Təhsil almağa gəlmiş qızlar şeirləri maraqla əzbərləyərmişlər. Gövhər Şövqiyyə dərs zamanı musiqi və səhnəciklərdən də istifadə edərmiş. Təhsil almağa böyük maraq göstərən qızlar Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin şeirləri əsasında mahnı oxumağı da xoşlayarmışlar. 

Dərslərdən sonra Gövhər xanım tez-tez məktəbdə oxuyan qızların valideynləri ilə görüşər, övladlarının təhsili və tərbiyəsi ilə bağlı söhbətlər apararmış. Növbəti dərslərdə  valideynlərinin verdiyi təklifləri nəzərə alarmış. Çalışarmış ki, məktəbinə gələn qızlar dərslərini yaxşı oxusunlar, elmə, biliyə hərtərəfli yiyələnsinlər. Gövhər xanımın çalışqanlığı və yorulmaz fəaliyyəti nəticəsində açdığı məktəb Şamaxıda qadınların maariflənməsində mühüm rol oynamışdır. 

Gövhər Şövqiyyə yalnız dərs deməklə kifayətlənmirdi. Həmin dövrdə nəşr olunan dövri mətbuatda işıqlı maarifçilik fikirləri ilə çıxış edirdi. 1911-1912-ci illərdə Gövhər xanımın "Məktəb" və "İşıq" jurnallarında maarif, mədəniyyət və qadın azadlığı məsələlərinə həsr olunmuş məqalələri dərc edilmişdi. Həmin məqalələr dövrün tanınmış ziyalıları tərəfindən rəğbətlə qarşılanırdı. 

Gövhər Şövqiyyənin pedaqoji fəaliyyəti, məktəb açması, maarifçiliklə məşğul olması, qızlara təhsil verməsi bəzi dindar mühafizəkarların narazılığına səbəb olmuşdu. Bu narazılıq o həddə çatmışdı ki, məktəb bir müddət gizli fəaliyyət göstərmişdi. Bundan təngə gələn Gövhər xanım işlərini qaydasına qoymaq üçün  Qafqaz müftisinin yanında imtahan verərək məktəbin rəsmi fəaliyyətinə icazə almışdı. Amma qara qüvvələr müxtəlif bəhanələrlə məktəbin fəaliyyətinə maneçilik törətməkdə davam etmişlər. Buna görə məktəb uzun müddət fəaliyyət göstərə bilməmişdi. Bir müddətdən sonra isə Gövhər xanım qızlar məktəbini bağlamağa məcbur olmuşdu.

Açdığı qızlar məktəbi bağlandıqdan sonra da Gövhər xanım maarifləndirmə işlərindən qalmamışdı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gövhər Cəfərzadə ali təhsil almışdı. Bundan sonra Ucarda  müəllimlik etmiş, bir müddətdən sonra Bakıya qayıtmışdı. Ömrünün sonuna kimi maarifçilik işindən ayrılmayan Göhvər xanım 1924-1936-cı illərdə Bakıda Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş qadınların savadlı, bilikli olmasına çalışmışdı. Bu məqsədlə də savad kurslarında qadınlara dərs demiş, onlara bilik vermiş, elm öyrətmişdi.

Ömrünü xalqının maariflənməsi işinə həsr etmiş Gövhər Cəfərzadə 1936-cı ildə dünyasını dəyişmişdir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq

12:37
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!