19 Avqust 2026 11:07
608
Mədəniyyət
A- A+
Bu gün Ümumdünya Fotoqrafiya Günüdür

Bu gün Ümumdünya Fotoqrafiya Günüdür


Fotoqrafiya ilə baş verən hadisələri, maraqlı anları, gözəl məkanları, sevdiyimiz insanları və bir daha təkrarlanmayacaq məqamları əbədiləşdirmək mümkündür. Fotoşəkillər sayəsində keçmişə qayıda, onlara baxarkən həyatımızın bir çox gözəl anlarını xatırlaya bilirik. Üstəlik, fotoqrafiya bəziləri üçün, sadəcə, hobbi deyil, həm də peşədir. Buna görə də bu sahənin özünəməxsus bayramının – Ümumdünya Fotoqrafiya Gününün olması təəccüblü deyil.

AZƏRTAC xəbər verir ki, həm həm həvəskar, həm də peşəkar fotoqraflar, eləcə də bu sənətin pərəstişkarları hər il avqustun 19-da bu günü qeyd edirlər. Ümumdünya Fotoqrafiya Günü 2009-cu ildə avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis olunub.

Bu günün tarixinin avqustun 19-na təsadüf etməsinin səbəbi isə 1839-cu ilin həmin günündə fotoşəklin əldə olunması üsulu – fotoqrafiyanın ilkin nümunəsi hesab edilən dagerotipin geniş ictimaiyyətə təqdim olunmasıdır. Bu ixtira fransız rəssamı Lui Jak Mande Dagerə məxsusdur. Fransa hökuməti bu perspektivli innovasiyanın patentini satın alaraq onun ixtirasını “dünyaya hədiyyə” elan edib. J.L.Dagerin ixtirası fotoqrafiyanın hamı üçün əlçatan texnologiyaya çevrilməsi yolunda ilk addımlardan biri olub.

Bu gün həyatımızın demək olar ki, bütün sahələrində möhkəm yer tutan fotoqrafiyanın qədim tarixi var. Məhz dagerotipiya – metal lövhə üzərində təsvirin əldə olunması prosesi fotoşəkil çəkməyin ilk praktik üsulu hesab edilir. Daha doğrusu, təsvirin əldə olunması və sabitləşdirilməsi prosesi 1820-ci illərin əvvəllərində fransız ixtiraçı Jozef Nisefor Nyeps tərəfindən yaradılıb. Lakin təsvirin mis lövhə üzərində əldə edilərək sabitləşdirilməsinə nail olan Lui Dagerin şərəfinə bu proses onun adı ilə adlandırılıb. Buna görə də dagerotipiya müasir fotoqrafiyanın əsası hesab olunur.

Sonrakı illərdə bir çox alimlər müxtəlif material və kimyəvi maddələrdən istifadə etməklə fotoşəkillərin əldə olunması prosesini təkmilləşdirməyə davam ediblər. 1861-ci ildə Ceyms Maksvell rəngli fotoşəkli əldə etməyə nail olub. 1981-ci ildə isə “Sony” şirkətinin rəqəmsal kameranı ixtira etməsi rəqəmsal fotoşəkillərin çəkilməsinə imkan yaradıb və ənənəvi fotoplyonkadan imtina üçün yol açıb. Buna baxmayaraq, bu gün də bir çox peşəkar fotoqraflar öz fəaliyyətlərində fotoplyonkaya üstünlük verirlər. Rəqəmsal texnologiyalar dövründə isə hər birimiz heç bir çətinlik çəkmədən sonradan üzümüzdə təbəssüm yaradan, bizi kövrəldən və ya heyrətləndirən anları fotoşəkillərlə əbədiləşdirə bilirik.

Təbii ki, fotoqrafiyanı peşə seçən insanların həyatında bu sənətin xüsusi yeri var. Onların əməyini haqlı olaraq sənət adlandırmaq olar. Buna görə də bu gün bütün fotoqrafları peşə bayramları münasibətilə təbrik etmək mümkündür.

Ekspertlər də müasir dünyada fotoqrafiyanın xüsusi əhəmiyyət daşıdığını qeyd edirlər. Fotoqrafiya yalnız estetik zövq vermir, həm də tarixin mühüm məqamlarını qoruyub saxlamağa kömək edir, sənayenin və elmin müxtəlif sahələrində tətbiq olunur. Buna görə də ayrı-ayrı ölkələrdə və beynəlxalq səviyyədə fotoqrafiya icmalarının inkişafına və dəstəklənməsinə yönəlmiş təşəbbüslər müsbət qarşılanır.

Ümumiyyətlə, Ümumdünya Fotoqrafiya Günü foto çəkməyi və fotoşəkil çəkdirməyi sevən hər kəsin bayramıdır. Bu isə onu olduqca rəngarəng və pozitiv bir günə çevirir. Elə bu gün hər kəs də yadda qalan anları və gözəl mənzərələri əbədiləşdirmək üçün istənilən fotoçəkiliş vasitəsini əlinə alıb, bu maraqlı dünyaya addım ata bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq

12:37
11 Sentyabr

Alimlər ürək sağlamlığı üçün gündə neçə addım yeriməyin lazım olduğunu müəyyən ediblər

12:33
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!