"Omikron"la meymunçiçəyi yanaşı irəliləyir
Buna baxmayaraq, Azərbaycanda epidemioloji vəziyyət sabitdir
Hazırda iki pandemiya ilə üz-üzəyik. Hər iki infeksiya yayılmaqda, insanları normal sosial həyatdan uzaqlaşdırmaqda davam edir. COVID-19-a qarşı vaksinasiya prosesi uğurla həyata keçirilən, əhalisinin əksəriyyəti "buster" doza peyvənd vurduran ölkələrdə epidemioloji vəziyyət stabil olsa da, infeksiyaya yoluxma saylarında əvvəlki aylara nisbətən artım müşahidə edilir.
Xəstəliyə yoluxanların sayının artması isə bəzi ölkələrdə karantin rejiminin sərtləşdirilməsinə, müəyyən qapanmalara səbəb olub. Səhiyyə təşkilatları insanları təmasları minumuma endirməyə, qapalı yerlərdə maska taxmağa, vaksinasiya prosesində aktiv iştiraka çağırır. Hələ də xəstəliklə mübarizədə ən effektiv yol vaksinasiya hesab olunur.
Azərbaycanda peyvəndləmə yüksək səviyyədə olduğundan epidemioloji vəziyyət sabitdir. Səhiyyə qurumları tərəfindən vəziyyət nəzarət altındadır və daim mövcud durum izlənilir, təhlil edilir. Mütəxəssislər hesab edirlər ki, artıq koronavirusun növbəti dalğası başlayıb. Son həftələrdə yoluxma sayının kəskin artımını virusun daha yoluxucu növü olan yeni variantları ilə əlaqələndirirlər. Bununla yanaşı, "Omikron" mutasiyalarının yoluxuculuğu yüksək olsa da, öldürücülük qabiliyyətinin təxminən 0,35 faiz təşkil etdiyi bildirilir. Qeyd olunur ki, peyvəndləmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır.
Hazırkı vəziyyətdə epidemioloqlar qaydaların yumşaldılmasını məqsədəuyğun hesab etmirlər. Düşünürlər ki, bu hal yeni ştamların daha sürətlə yayılmasına səbəb ola bilər.
Son həftələrdə virusa yoluxma sayları artsa da, xəstəlikdən ölüm və ağırlaşma halları demək olar ki, aşağı səviyyədədir.
Bunu da koronavirus əleyhinə vurulan peyvəndlərin insanlarda virusa qarşı immunitet yaratması ilə əsaslandırırlar. Simptomlara gəlincə isə, həkimlər virusun klinik əlamətlərinin dəyişmədiyini deyirlər. Qızdırma, zəiflik, baş və əzələ ağrıları, ishal əsas əlamətlər hesab olunur.
Bəzi şəhərlər meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edib
Təbii ki, koronavirusla yanaşı, dövlətlərin səhiyyə sistemləri meymunçiçəyinə qarşı mübarizə və qabaqlayıcı tədbirləri də həyata keçirirlər. Artıq dünyanın 80-ə yaxın ölkəsində 18 mindən çox şəxsdə virusa yoluxma faktı qeydə alınıb. Hətta bəzi şəhərlərdə meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.
Xəstəliyin geniş yayıldığı Avropa regionunda meymunçiçəyindən ölüm faktı da təsdiqlənib. Ölüm halının qeydə alındığı İspaniyada indiyədək meymunçiçəyi infeksiyasına 4 mindən çox şəxs yoluxub. İspaniya ABŞ-dan sonra dünyada meymunçiçəyinə ən çox yoluxma hallarının qeydə alındığı ikinci ölkədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanla əlaqə yaradanlara, həmçinin yoluxma riski yüksək olanlara - tibb işçiləri, tibbi laboratoriyaların əməkdaşlarına məqsədli vaksinasiyadan keçməyi tövsiyə edir. ÜST-ün baş direktoru Tedros Gebreyesus meymunçiçəyinə qarşı vaksinlərin effektivliyi barədə, həmçinin neçə doza lazım gələ biləcəyi barədə hələlik kifayət qədər məlumat olmadığını deyib. Ona görə də vaksinlərdən istifadə edən bütün ölkələri bununla bağlı məlumatları mübadilə etməyə çağırıb.
O bildirib ki, ÜST mütəxəssisləri tədqiqat bazası yaradılması üzərində işləyirlər. Ölkələr bu və ya digər vaksinin nə dərəcədə effektiv olmasını öyrənmək üçün həmin bazadan istifadə edə biləcəklər.
Azərbaycanda meymunçiçəyi ilə bağlı vəziyyət nəzarətdədir
Azərbaycana qonşu ölkələrdə də meymunçiçəyinə yoluxma halları var. Türkiyədə virusa yoluxanların sayı artıq 5 nəfərə çatıb.
Bu virusun simptomları dəridə səpkilərin əmələ gəlməsi və temperaturun yüksəlməsi ilə müşahidə olunur. Həkimlər bildirirlər ki, dəridə səpkilər bədən hərarətinin yüksəlməsindən 1-3 gün sonra başlayır. Səpkilərin 95 faizi, əsasən, üzdə, 75 faizi isə əlin içi və ayaqların altında yarana bilir. Bundan başqa, ağızın selikli qişasında, cinsiyyət üzvlərində, eləcə də gözün buynuz qişasında səpgilər əmələ gəlir.
Virusun inkubasiya dövrü 6-13 gün, bəzən 21 günə qədər ola bilər. İnfeksiyadan qorunmağın yolu qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etməkdir. Həmçinin ictimai yerlərdə dezinfeksiyaedici məhlullardan istifadə tövsiyə olunur.
Azərbaycanda hələ ki, meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb. Proses ölkəmizin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Virusun diaqnostikası üçün lazımi testlər respublikamıza gətirilib. Şübhəli hallar qeydə alınan təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası həyata keçirilir.
Əhalinin iki pandemiya ilə mübarizədə diqqət etməli olduğu məqamlar isə sadə üsullara - maska taxmaq, sosial məsafə gözləmək və sanitar-gigiyena qaydalarına riayət etməkdir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...
26 Aprel
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib...
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!