“Omikron” sürətlə yayılır
COVID-in həyatımızdan yaxın gələcəkdə yox olacağı ilə bağlı ümidlər alt-üst olur
COVID-19 pandemiyasına səbəb olan koronavirusun “Omikron” ştamının sürətlə yayılması ölkələrdə yoluxma hallarında çox ciddi artımların baş verməsinə gətirib çıxarır.
“Omikron”un artıq dominant növə çevrildiyi bir çox ölkədə COVID-19-a yoluxma halları ilə bağlı rekord göstəricilərin yenilənməsi koronavirusun həyatımızdan tamamilə yox olub gedəcəyi ilə bağlı ümidləri alt-üst edib. Artıq bəzi mütəxəssislər COVID-in əbədi olaraq bizimlə qalacağı fikrini söyləyirlər.
“Şübhəsiz ki, COVID əbədi olaraq bizimlə olacaq. Biz heç vaxt COVID-i yox edə və ya aradan qaldıra bilməyəcəyik, ona görə də məqsədlərimizi müəyyən etməliyik” deyən amerikalı epidemioloq, Yale İctimai Sağlamlıq Məktəbinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Albert Ko “Omikron”dan sonra koronavirusun növbəti mutasiyalarının ortaya çıxacağını da düşünür.
Harvard T.H. Chan Xalq Sağlamlığı Məktəbinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Stiven Kisslerin fikrincə, COVID-19-a yeni yoluxma, xəstəxanaya yerləşdirmə və ölüm halları kifayət qədər çox sayda ölkədə elə bir həddə olmalıdır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın rəsmi olaraq başa çatdığını elan etsin. Bu həddin nə qədər olacağı isə hələ məlum deyil.
Amma Stiven Kissler ümid edir ki, qrip kimi SARS-CoV-2-nin də endemik olduğu bir nöqtəyə gəlib çatacağıq.
Türkiyəli professor Osman Müftioğlu isə hesab edir ki, pandemiyaya səbəb olan virus getdikcə əhliləşəcək və yaxın gələcəkdə pandemiya endemik vəziyyətdə olacaq.
Peyvənd olunmayanlar üçün “Omikron” təhlükəlidir
Hazırda dünyada COVID-19-a qarşı hər gün 35,22 milyon doza tətbiq olunur. Ümumilikdə dünyada COVID-19-a qarşı peyvənd olunan dozaların sayı 9,49 milyardı ötüb. Dünya əhalisinin 59 faizi ən azı bir doza COVID-19 peyvəndi alıb. Aşağı gəlirli ölkələrdə insanların yalnız 9 faizi COVID-19 peyvəndinin bir dozasını alıb. Birləşmiş Ərəb Əmirliyi əhalisinin 2 doza peyvənd olunma göstəricisinə görə dünyada birinci yerdədir.
Mütəxəssislərin sözlərinə görə, ölkədə COVID-19-a qarşı kollektiv immunitetin formalaşması üçün əhalinin ən azı 60-70 faizinin peyvənd olunması lazımdır. Azərbaycanda 65 faizi 18 yaşdan yuxarı olmaqla, ümumilikdə əhalinin 47 faizi iki doza peyvənd edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yüksək yoluxucu “Omikron” ştamının yayılması fonunda beynəlxalq ictimaiyyəti bütün ölkələrin öz əhalisinin COVID-19-a qarşı immunizasiyasının təminatı üçün səyləri gücləndirməyə çağırıb. ÜST-ün aparıcı epidemioloqu Mariya van Kerxov bir daha xatırladıb ki, dövlətlər “Omikron” ştamının sürətlə yayılması fonunda busterin - əlavə peyvəndlərin köməyi ilə pandemiyaya qalib gələ bilməyəcəklər: “Sıx ünsiyyət, sübut edilmiş tədbirlərin məhdud istifadəsi və məhdud peyvənd əhatəsi - bu şərtlər istənilən ştamın, hər hansı bir virusun çiçəklənməsini təmin edəcək”.
ÜST-ün epidemioloqu Abdi Mahmud isə qeyd edib ki, yeni COVID-19 dalğasının tüğyan etdiyi Londonda pasiyentlərin xəstəxanaya yerləşdirilmə nisbəti əvvəlki epidemiyalar dövrü ilə müqayisədə 20 faiz aşağıdır: “Bu, o deməkdir ki, əgər peyvənd olunmusunuzsa, qorunursunuz, lakin risk altındasınızsa və peyvənd olunmamısınızsa, “Omikron” sizin üçün təhlükəlidir. Virus xüsusilə insanların sıx olduğu yerlərdə və zəif havalandırılan otaqlarda sərbəst şəkildə çoxalır”.
Bəzi insanlardakı genlər ağır xəstəlik riskini təxminən 23 faiz azalda bilər
COVID-19-la bağlı elmi araşdırmalarını davam etdirən alimlər koronavirusa yoluxma ilə bağlı yeni maraqlı məlumatlar əldə ediblər. Xəstələrin genetik quruluşunun SARS-CoV-2 infeksiyasının şiddətinə necə təsir etdiyini araşdıran alimlər insanlarda xəstəliyi daha ağır keçirməyə səbəb olan (yaxud onu yüngülləşdirən) bəzi irsi xüsusiyyətlərin olub-olmadığını tədqiq ediblər. Tədqiqatların nəticələri çox ümidverici olub. Mütəxəssislər yeni araşdırma zamanı insanları ağır xəstəliklərdən qoruyan xüsusi gen qrupu ilə qarşılaşıblar. Məlum olub ki, bu variantlar SARS-CoV-2 infeksiyası olan insanlarda ağır xəstəlik riskini təxminən 23 faiz azalda bilər. Bununla belə əsasən neandertallardan miras qalan DNT parçasının hansı hissəsinin COVID-dən qoruduğu hələ müəyyən edilməyib. Buna görə də bu genlər insanları COVID-dən qoruyan gen və ya genlər adlandırılmayıb.
Böyük Britaniya və Braziliyadan olan tədqiqatçılar isə bəzi insanların virusa qarşı təbii immunitetə malik olub-olmadığını qiymətləndiriblər. Mütəxəssislərin fikrincə, bəzi insanların immun sistemi artıq virusla mübarizə üsullarını bilir. Oksford Universitetində və London İmperial Kollecində aparılan son araşdırmada könüllülər nəfəs aldıqları maye məhlulla müəyyən miqdarda virusa yoluxurlar. Bu insanların bəzilərində antikorların və T hüceyrələrinin partlayacağı, bəzilərində isə belə bir reaksiyanın baş verməyəcəyi proqnozlaşdırılır. Tədqiqata cəlb edilən insanların qanlarında COVID antikorları olmasa da, T hüceyrələrinin, xüsusilə COVID ilə mübarizə aparan spesifik T hüceyrələrinin sayı çox yüksəkdir.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ölkə ərazisindən siklonun keçməsi ilə əlaqədar yağan intensiv leysan yağışlar nəticəsində çaylarda s...
27 May
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən
27 May
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən
27 May
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 747 doza vaksin vurulub
27 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
27 May
Daxili terrorizmi hədəf alan qanun layihəsi Senatda qəbul edilməyib
27 May
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən
27 May
Prezident İlham Əliyev: Postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu s...
27 May
Dohanın mərkəzindəki qüllədə Müstəqillik Günü münasibətilə Azərbaycanın rəmzləri işıqlandırılıb VİDE...
27 May
Prezident: Biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir, bu reallığı hər kəs qəbul etməli...
27 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!