18 İyun 2026 11:28
135
SİYASƏT
A- A+
Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib 

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib 


“Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Ombudsmanların Beynəlxalq Bakı Sammiti iştirakçılarına ünvanladığı müraciət ədliyyə naziri Fərid Əhmədov tərəfindən səsləndirilib.

Daha sonra Azərbaycanda insan hüquqlarının mühafizəsi istiqamətində görülən işlərlə bağlı videoçarx nümayiş etdirilib.

Çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan dövlət proqramları və strateji sənədlər ölkəmizdə süni intellekt texnologiyalarının təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir. Həmçinin rəqəmsal iqtisadiyyatın inkişafına, dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına, rəqəmsal bərabərliyin və inklüzivliyin gücləndirilməsinə xidmət edir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellekt sistemlərinin sürətli inkişafının ictimai münasibətlərin mahiyyətinə əhəmiyyətli təsir göstərdiyinə diqqət çəkib. Onun sözlərinə görə, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, dövlət idarəçiliyinin, iqtisadi münasibətlərin, informasiya təhlükəsizliyinin, məhkəmə fəaliyyətinin və insan hüquqlarının həyata keçirilməsi mexanizmlərinin ayrılmaz elementinə çevrilib.

Milli Məclis sədrinin müavini Musa Qasımlı Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda ölüm cəzası Ümummilli Lider Heydər Əliyevin müraciəti ilə 1998-ci ildə Milli Məclisin qəbul etdiyi qanun əsasında tamamilə ləğv edilib. Bu qərar insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlardan biri olub. Hazırda isə qlobal miqyasda baş verən mürəkkəb geosiyasi proseslər və təlatümlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması sahəsində sabitlik və təhlükəsizlik nümunəsi kimi çıxış edir.

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Əli Əl-Yami bildirib ki, süni intellekt insan ünsiyyətini və həmrəyliyi gücləndirən bir vasitə olmalı, xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynamalıdır. O, cəmiyyətlərin təməlini təşkil edən insani münasibətləri əvəz etməməlidir. "Azərbaycan Respublikasına hazırkı səfərim zamanı isə ölkənin rəqəmsal transformasiya və ədliyyə sisteminin modernləşdirilməsi sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə tanış olmaq məni sevindirdi”, - deyə icraçı direktor vurğulayıb.

Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaş Sammitin açılış mərasiminə göndərdiyi videomüraciətdə qeyd edib ki, bütün dünyada texnoloji innovasiyalar vətəndaşların informasiyaya çıxışını, öz hüquqlarından istifadə üsullarını, ictimai müzakirələrdə iştirakını, ünsiyyət formasını və gündəlik fəaliyyətini köklü şəkildə dəyişdirir. “Bununla yanaşı, bu gün hətta aparıcı texnologiya şirkətlərinin və süni intellekt tərtibatçılarının özləri də bu texnologiyaların onların səmərəli tənzimlənməsi və insan hüquqlarının etibarlı müdafiəsi üçün zəruri olan hüquqi çərçivələrdən daha sürətlə inkişaf etməsi ilə bağlı artan narahatlıqlarını ifadə edirlər”, - deyə GANHRI sədri vurğulayıb.

Qeyd edək ki, Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə”, “Süni intellektin əmək bazarına və məşğulluğa təsiri”, “Rəqəmsal savadlılıq və insan hüquqlarının qorunması” mövzuları ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb 

14:48
18 İyun

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir 

14:25
18 İyun

Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur

12:20
18 İyun

Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib  

11:50
18 İyun

Konstitusiya Məhkəməsinin sədri: Gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır  

11:49
18 İyun

Fərhad Abdullayev: Süni intellekt məhkəmə sistemində böyük imkanlar yaradır

11:47
18 İyun

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir 

11:42
18 İyun

Konstitusiya Məhkəməsinin sədri: Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir  

11:41
18 İyun

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

11:40
18 İyun

Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər  

11:39
18 İyun

Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır

11:38
18 İyun

Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb

11:36
18 İyun

DİN: Axtarışda olan 148 nəfər saxlanılıb

11:34
18 İyun

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur  

11:34
18 İyun

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər VİDEO  

11:33
18 İyun

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

11:32
18 İyun

Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır  

11:30
18 İyun

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:30
18 İyun

Andrey Yatskin: Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı müntəzəm və sistemli əsasda inkişaf edir

11:29
18 İyun

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib 

11:28
18 İyun

Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir  

11:27
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!