18 İyun 2026 11:30
126
Elm və texnika
A- A+
Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır  

Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır  


Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Akustik kriminalistikanın hüquq pozuntularında sübutların əldə edilməsində rolu” mövzusu üzrə müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev və kiçik elmi işçi Lalə Əliyevanın həmmüəllifi olduqları elmi işi dosent Bikəs Ağayev təqdim edib. O, rəqəmsal kriminalistikanın mühüm istiqamətlərindən biri olan akustik kriminalistikanın bəzi texnoloji aspektləri, səs yazılışı və küylə bağlı qanunvericilik əsasları barədə danışıb, kriminalistik küy monitorinqi üzrə aparılmış təcrübi eksperimentləri təqdim edib. Bildirib ki, akustik küy insan sağlamlığı üçün ciddi risklər yaradır və bu səbəbdən küy səviyyələrinin normallaşdırılması beynəlxalq təcrübədə xüsusi yer tutur.

Dosent Bikəs Ağayev bildirib ki, akustik kriminalistikanın əsas tədqiqat obyektlərindən biri də inzibati, mülki və cinayət işləri üzrə hüquq pozuntularının müəyyənləşdirilməsi və sübut olunması məqsədilə rəqəmsal səs, nitq və akustik küy siqnallarının araşdırılmasından ibarətdir. O, həmçinin audit analizi, akustik və linqvistik analiz kimi əsas metodlardan, ölkəmizdə küy problemləri ilə bağlı qüvvədə olan normativ-hüquqi sənədlərdən bəhs edib. Şöbə müdirinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ-nin Əmək və Sağlamlığı Mühafizə Milli İnstitutu və digər qurumların apardıqları araşdırmalara əsasən, akustik küy çirklənməsi insan sağlamlığına mənfi təsirinə görə atmosfer havası və su çirklənməsindən sonra üçüncü əsas amil hesab olunur. Bu baxımdan küy səviyyələrinin yol verilən hədlərinin normativ aktlarla tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır.

Bikəs Ağayev tədqiqat çərçivəsində ölkəmizin inzibati ərazi bölgüsü nəzərə alınaraq akustik kriminalistika məqsədləri üçün küy normalarının pozulması hallarının aşkarlanması prosesinin avtomatlaşdırılmasına imkan verən lokal və qlobal akustik monitorinq sistemlərinin arxitektura həllərinin təklif edildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev akustik kriminalistika problemlərinə həsr olunmuş müzakirələrin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Alim müasir çağırışları nəzərə alaraq, “deepfake” texnologiyalarının imkanları və yaratdığı risklərin akustik kriminalistika kontekstində araşdırılmasının vacibliyini qeyd edib.

Akademik Rasim Əliquliyev audioresursların identikliyinin qorunması, o cümlədən süni intellektəsaslı akustik texnologiyaların dərindən tədqiq edilməsinin zəruriliyinə toxunaraq son illər nitqin sintezi və süni intellekt texnologiyaları əsasında yaradılmış sintetik audiomənbələrin artmasının yeni elmi çağırışlar formalaşdırdığını bildirib.

AMEA-nın vitse-prezidenti institutda vaxtilə akustik küy texnologiyaları, o cümlədən biometrik identifikasiya sistemlərində nitqin tanınması texnologiyaları üzrə tədqiqatların aparıldığını və bu sahədə müəyyən elmi nəticələrin əldə olunduğunu qeyd edib.

Rəqəmsal dövlətin institusional problemlərinə də toxunan akademik Rasim Əliquliyev bildirib ki, bu mürəkkəb kritik infrastrukturun dayaqlarından biri də akustik normalara və tələblərə əməl olunmasıdır. Bu baxımdan audiomənbələrin akustik küyünün idarə edilməsi, balanslaşdırılması və azaldılması istiqamətində tədqiqatların genişləndirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və mövcud problemlərin müəyyənləşdirilməsi zəruridir. Alim, həmçinin ölkədə milli akustik nəzarət sisteminin yaradılmasının vacibliyini vurğulayaraq, bu prosesdə müxtəlif yerlərdə, obyektlərdə generasiya olunan ictimai əhəmiyyətli audioverilənlərin toplanmasında vətəndaş cəmiyyətinin imkanlarından da istifadənin əhəmiyyətini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İslam İnkişaf Bankı Qrupunun 51-ci toplantısı çərçivəsində Azərbaycanın süni intellekt strategiyası barədə məlumat verilib  

15:50
18 İyun

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib  

15:49
18 İyun

Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

15:48
18 İyun

Məhəmməd Süleyman Əl-Casir: Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır

15:47
18 İyun

Məhəmməd Süleyman Əl-Casir: Bakıda və Azərbaycanda çox böyük pozitiv dəyişikliklər baş verib  

15:46
18 İyun

Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq

15:38
18 İyun

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib YENİLƏNİB

15:27
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-2

15:14
18 İyun

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

15:09
18 İyun

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb 

14:48
18 İyun

Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir

14:43
18 İyun

Ermənistanın KTMT-dəki səsvermə hüququ ləğv edilə bilər

14:42
18 İyun

Mediada İran Prezidentinin imzalanmış memorandumla birgə fotosu yayımlanıb

14:36
18 İyun

Açıq və qapalı hovuzlar üçün sanitar-gigiyenik tələblər hansılardır?

14:29
18 İyun

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir 

14:25
18 İyun

Rusiya ABŞ ilə İran arasında əldə edilən razılaşmanı alqışlayıb

14:17
18 İyun

Pit Heqset: Bir neçə Avropa ölkəsi Pentaqonun yoxlamasından keçməyəcək  

14:09
18 İyun

Müdafiə Nazirliyi: Türkiyə regionda davamlı sülh, təhlükəsizlik və sabitliyə ümid edir

14:01
18 İyun

Oman nümayəndəsi: Dövlətlər süni intellekt sahəsində birgə əməkdaşlıq etməlidir

13:58
18 İyun

Moldovanın sabiq ombudsmanı: Bugünkü sammit bir çox müvəkkillər üçün yol xəritəsi rolunu oynayır  

13:55
18 İyun

Vasip Şahin: İlk xarici səfərimin Azərbaycana olması xüsusi əhəmiyyət daşıyır

13:52
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!