20 Oktyabr 2026 10:00
694
Mədəniyyət
A- A+
Bir neftçi ömrünün nəğməsi

Bir neftçi ömrünün nəğməsi


“Neftçi Qurban bir oğlandır şirindil,

Gülərüzlü, saf ürəkli qəhrəman”...

1950-ci illərin birinci yarısından başlayaraq bu mahnı Azərbaycan radiosunun musiqi verilişlərinin bəzəyinə çevrildi. Əvvəlcə onu Bülbül oxudu. Sonra mahnı Rəşid Behbudovun, Gülağa Məmmədovun, Anatollu Qəniyevin ifasında da səsləndi. Dinləyicilərin sevdiyi bu nikbin, xoş əhvali-ruhiyyə oyadan nəğmənin müəllifləri bəstəkar Ağabacı Rzayeva və şair Hüseyn Arif idilər. Qəhrəmanı isə mahnının özündə deyildiyi kimi, gülərüzlü, saf ürəkli bir oğlan...

O illərdə qəzetlərin səhifələrində Xəzərdə estakadalar üstündə şəhər salan, dənizin dərin qatlarından qara qızıl çıxaran qəhrəmanlardan tez-tez böyük yazılar dərc olunur, radioda verilişlər səsləndirilirdi. Bəlkə heç də hər oxucu və dinləyici bu nəğmə ilə o yazıların arasında bir körpü olduğunu bilmir, heç ağlına gətirmirdi. 

Əslində isə, bunların arasında bir rabitə, bir vəhdət vardı. Haqqında nəğmə qoşulan Neftçi Qurban getdikcə əfsanəyə çevrilən Neft Daşlarında xarüqə yaradan həmin qəhrəmanlardan biri idi.

Təsadüfi deyil ki, Neft Daşlarının tarixini vərəqlədikcə ən çox rast gəldiyimiz adlardan biri də Qurban Abbasovun adıdır. Əmək fəaliyyətinə fəhlə kimi başlayıb, sonralar bir sıra rəhbər vəzifələrdə çalışsa da, onu həmişə, sadəcə, "Neftçi Qurban" deyə çağırıb, "Neftçi Qurban" kimi tanıyıblar. Bu adı ona xalq vermişdi.

Neftçi Qurban, həqiqətən, qəhrəman idi: öz hünər və gücünü sınamaq və sübuta yetirmək üçün isə zaman və tale ona bu meydanı vermişdi - neft cəbhəsini, Neft Daşlarını.

Qurban Abbasov usta Mixail Kaveroçkinlə birlikdə Neft Daşlarında ilk quyuları qazmışdı. Birinci quyunun neftvermə tarixi 1949-cu ilin noyabrına təsadüf edir. 1950-ci ilin sonundan isə quyulardan artıq mütəmadi neft hasilatına başlanır. Neftçi Qurbanın şan-şöhrəti hər yana yayılır.

O, Bakıya kənddən gəlmişdi. Buradan da yolu İkinci Dünya müharibəsinin tüğyan etdiyi yerlərə olmalı idi. Lakin dövlət başqa bir qərar verdi. Döyüşçü olacaq gənclərin böyük bir dəstəsi neft cəbhəsinə göndərildi. Beləliklə, 1944-cü ildə 18 yaşlı bu sadə gənc də Bakıda, "Artyomneft" trestində fəhlə işləməyə başladı. "Azərneft" Birliyinin qazma kontorunda qazmaçı, buruq ustası, Gürgənneft NMİ şimal qazma sahəsi kontorunun rəisi işlədi.

Ancaq Neftçi Qurbanı məşhurlaşdıran, xalqın sevimlisinə çevirən Neft Daşları oldu. Burada o, Xəzərdə misli görünməmiş nəticələr qazanaraq qazmanın sürətini rekord səviyyəyə çatdırdı. 

Məlumdur ki, neft sənayesinin ən ağır, ən çətin sahəsi dənizdə, suyun dərin qatlarında yerləşən yataqlarının istismar edilməsidir. O da bir həqiqətdir ki, dünyada dəniz neftinin erası Azərbaycandan, Xəzərdən, "Neft Daşları"ndan başlayıb. Dünya tarixinə yazılmış bu hadisənin icraçılarından biri də məhz Neftçi Qurban olub.

Ümumiyyətlə isə, Qurban Abbasov yarım əsrdən çox Azərbaycanın neft sənayesinə xidmət edib. Bu 50 ilin ilk dövrlərində, deyək ki, 5-10 ilində elə start götürüb, elə hünərlə çalışıb və zəngin təcrübə toplayıb ki, sonralar 40 ildən çox bir müddətdə sahənin sanballı müəssisələrinə, böyük neftçi kollektivlərinə rəhbərlik edə bilib. Məsələn, 1967-ci ildən başlayaraq Qurban Abbasov bu vəzifələrdə çalışıb: "Xəzərdənizneftkəşfiyyat" trestinin müdiri, "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktorunun müavini, "Neft Daşları" NQÇİ-nin rəisi, "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyinin baş direktoru, "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktoru, ARDNŞ-nin baş müşaviri... Bu vəzifələrdə çalışarkən o, üzən yarımdalma qazma qurğularının Xəzər dənizində işləməyə uyğunlaşdırılması, "Günəşli", "Çıraq", "Azəri", "Kəpəz" kimi iri yataqların kəşfi üçün çox iş görüb. 

İstehsalatdan ayrılmadan çalışdığı sahə üzrə ali təhsil alması da təbii ki, işinə, peşəsinə sevgidən, daşıdığı vəzifəni layiqincə yerinə yetirmək üçün daha çox bilik qazanmaq məqsədindən irəli gəlib.  

O illərdə Neftçi Qurban sanki əfsanəyə dönmüşdü. Bəlkə insanların ona bu cür baxması da təbii idi. Çünki Qurban Abbasov hələ çox gənc ikən öz dövrünün bir çox ali mükafatına layiq görülmüşdü. 25 yaşında zəmanəsinin yüksək mükafatı sayılan "Stalin" mükafatı almışdı. 32 yaşında sinəsini Sosialist Əməyi Qəhrəmanının "Qızıl ulduz"u bəzəmişdi. Nəhayət, ömrünün ahıl çağında ona müstəqil Azərbaycan Respublikasının yüksək mükafatını - "Şöhrət" ordenini almaq da qismət olmuşdu... Bütün bunlardan əlavə o, SSRİ-nin fəxri neftçisi, iki dəfə Azərbaycan SSR Dövlət mükafatları laureatı (1972, 1991), Azərbaycan SSR Əməkdar mühəndisi (1972) idi. Sov.İKP-nin 22, 24, 25 və 27-ci qurultaylarının nümayəndəsi, AKP MK-nın üzvü, Asiya və Afrika ölkələri Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdu. 4 dəfə SSRİ Ali Sovetinin və 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdi.

Qurban Abbasovun fəaliyyətinin böyük hissəsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edib. Ulu Öndər neftimizin bu korifeyini həmişə yüksək dəyərləndirib. "50 il belə bir ağır sahədə fədakarlıqla çalışmaq böyük qəhrəmanlıqdır" deyib: "Neftçi Qurban Azərbaycanın neft tarixində görkəmli yer tutur - həm fəhlə kimi, həm mühəndis kimi, həm təşkilatcı kimi, həm də neft sənayesi sahəsində böyük alim kimi... Doğrudur, Neftçi Qurban - Qurban Abbasov alimlik dərəcəsi almağa can atmamışdır. Bu da onun üstün cəhətlərindəndir. Çünki o, öz əməlləri ilə, gördüyü işlərlə, neft sənayesindəki xidmətləri ilə ən yüksək alimlik dərəcəsinə çatmışdı. Neftçi Qurbanın 50 il müddətində neft sənayesində gördüyü işlər, qeyd etdiyim kimi, öz bəhrəsini vermişdir. Ancaq bu işlər Azərbaycan xalqının uzaq gələcəyi üçün də böyük əsas qoymuşdur. Xəzərdə açılmış neft yataqları, onların gələcəkdə istifadə olunması Azərbaycan iqtisadiyyatının yüksəlişinə, xalqımızın bir neçə nəslinin rifah halının təmin olunmasına xidmət edəcəkdir. Mən ümidvaram ki, gələcək nəsillər bu neft yataqlarını açanları, istifadəyə hazırlayanları daim xatırlayacaq və onların içərisində Neftçi Qurbanın - Qurban Abbasovun adı xüsusi yer tutacaqdır".

Və yaxud... 100 il əvvəl barlı-bərəkətli payız fəslinin oğlan çağında Naxçıvanın Babək rayonunun Payız kəndində Abbasqulu kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Adını Qurban qoydular. Sonra tale onun adının üstünə bir neftçi sözü də yazdı. Oldu Neftçi Qurban... İllər keçir. Azərbaycan neftçiləri ömrü nəğməyə, dastana çevrilən Neftçi Qurbanın hünərini, əməllərini, təcrübəsini öyrənir, yaşadır və nəsildən-nəslə ötürürlər. İndi Neftçi Qurbanın adını nəhəng bir kran gəmi, paytaxtımızda mədəniyyət sarayı, küçə və orta məktəb, doğma kəndində isə məktəb və körpü də daşıyır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!