28 Yanvar 2015 12:01
415
Təhsil
A- A+
Nərgiz PAŞAYEVA: Artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam

Nərgiz PAŞAYEVA: Artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam

 

Rusiyanın qabaqcıl təhsil ocaqlarından biri - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) 260 illik yubileyini qeyd edir. Yanvarın 26-da bu əlamətdar hadisə münasibətilə universitetin akt salonunda təntənəli iclas keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru diplomuna layiq görülüb.

Fəxri professor diplomunu MDU-nun rektoru, akademik Viktor Sadovniçi Nərgiz Paşayevaya təqdim edərək deyib: “Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurası öz yığıncağında qərara alıb: Bakı şəhərində Lomonosov adına MDU-nun filialının yaradılmasına və inkişafına, Moskva Universiteti ilə səmərəli əməkdaşlığa böyük töhfəsinə görə Nərgiz Arif qızı Paşayevaya Moskva Dövlət Universitetinin fəxri professoru adı verilsin. Bu ad onu qanun-qayda ilə müəyyən edilmiş hüquqlar, ehtiram və imtiyazlarla təmin edəcək”.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva yüksək ada görə MDU-nun rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirərək qeyd edib ki, 260 il ərzində universitet böyük və şərəfli yol keçib, əsrlərin və zamanın sonsuz kəşməkəşində heç vaxt geri çəkilməyib, məğlub olmayıb.
Professor Nərgiz Paşayeva deyib: “Moskva Universitetinin kollektivi əmin ola bilər ki, gəncliyin və müdrikliyin, ənənələrin və müasirliyin, oxşarlığın və müxtəlifliyin, mədəniyyətlərin dialoqunun, humanizm, sülh və ədalət ideallarının birləşdiyi bilik məbədinə qulluq edir. Çünki universitetlər əbədidir, qalan nə varsa, tarixin böyük və kiçik epizodlarıdır”.
Nərgiz Paşayeva MDU-nun Bakı filialında çalışan moskvalı müəllimlərə dərin təşəkkürünü bildirib və filialın kollektivi adından Moskva Universitetini təbrik edib.
Rektor Nərgiz Paşayeva AzərTAc-ın müxbirinə müsahibəsində deyib: “Universitetin əsas funksiyası və ali missiyası həm tərbiyə və bilik vermək, həm də insan yetişdirməkdir. Böyük Hüqo deyib: “Müəllimlər insanları çiçəklər kimi bəsləməlidirlər”. Bu, əsasdır. Mənə elə gəlir ki, Moskva Universitetinin və Bakı filialının müəllimləri ilə birlikdə biz buna nail ola bilmişik. Bu, böyük bir missiyadır. Mənim aldığım diplom tək mənə şamil edilmir. Bu, Azərbaycanın adına və imicinə qürur və şərəf gətirən bir amildir. Belə bir mərhələdə mənim Vətənə olan borcum qismən yerinə yetirilibsə, özümü çox xoşbəxt sanaram. Mən fəxr edirəm ki, həmişə universitetdə işləmişəm, artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam. Mənə verilən qiymət mənə ruh yüksəkliyi, şərəf və qüvvət verir”.
Təntənəli tədbirdə Rusiya Prezidenti Vladimir Putinin yubiley münasibətilə universitetə təbrik məktubu oxunub, qonaqlara universitetin tarixindən bəhs edən teatrlaşdırılmış səhnələr təqdim edilib, elmi nailiyyətlərə görə Lomonosov və Şuvalov mükafatları, habelə MDU-nun fəxri professoru diplomları ilə təltiflər olub.
Nərgiz Paşayeva ilə bərabər, almaniyalı alim, Frayberq Dağ-Mədən Akademiyasının Texniki Universitetinin rektoru Bernd Meyer də MDU-nun fəxri professoru adına layiq görülüb. İndi onların adları müxtəlif vaxtlarda bu fəxri titula layiq görülmüş başqa alimlərin və tanınmış ictimai xadimlərin adları ilə bir sırada dayanır.
Qeyd edək ki, Moskva Dövlət Universitetinin fəxri professoru adına vaxtilə fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov, riyaziyyatçı, dinamik sistemlər və diferensial tənliklər nəzəriyyəsi, diferensial geometriya və topologiya üzrə mütəxəssis, akademik Dmitri Anosov, Dnestryanı Dövlət Universitetinin fəxri prezidenti, fizik Stepan Beril, AFR-in Axen Texniki Universitetinin professoru Tomas Qris, Hindistanın mərhum baş naziri İndira Qandi, çex mənşəli ABŞ psixoloqu və psixiatrı, transfərdi psixologiyanın banilərindən və şüurun dəyişkən hallarının öyrənilməsinin pionerlərindən biri Stanislav Qrof, Belarus Dövlət Universitetinin rektoru Leonid Dyatçenko, qlyasiologiya, geologiya, geofizika, ekologiya sahələri üzrə mütəxəssis Mixail Zalixanov, riyaziyyatçı alim Leonid Kantoroviç, Skopyedə (Makedoniya) Müqəddəs Kirill və Mefodi adına Universitetin professoru Maksim Karanfilovski, Delft Texniki Universitetinin professoru, bioloq Solomon Kroonenberq, ilk qadın kosmonavt, texniki elmlər namizədi Valentina Tereşkova, görkəmli yazıçı Çingiz Aytmatov, amerikalı alim-bioloq, Nobel mükafatı laureatı Uoston Jeyms, britaniyalı fizik və radiobioloq, Nobel mükafatı laureatı Rotblant Josef layiq görülüblər.
Moskva Dövlət Universiteti 1755-ci ildə imperatriça Yekaterina Petrovnanın fərmanı əsasında yaradılıb. İlk gündən ali təhsil ocağı qabaqcıl elmi ideyaların daşıyıcısına çevrilib. Hazırda universitetin 41 fakültəsi və 15 elmi-tədqiqat institutu var. MDU-nun rektoru vəzifəsində 1992-ci ildən fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Sadovniçi çalışır. MDU-nun Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən 5 filialında 80-dən çox ölkənin nümayəndəsi təhsil alır. Belə filiallardan biri də Bakıda yerləşir. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə yaradılıb. Təhsil müəssisəsində 5 fakültədə 400-dən çox tələbə yerli müəllimlərlə yanaşı, Moskvadan ezam edilən tanınmış professor və müəllim heyətinin vasitəsilə biliklərə yiyələnir.

Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!