08 İyul 2025 12:16
560
CƏMİYYƏT
A- A+
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib  

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib  


“Naxçıvan Muxtar Respublikasının (MR) Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qəbul edilmiş dəyişikliklər Naxçıvan MR-in idarəetmə strukturunun mərkəzləşdirilməsi, səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin rolu ilə bağlı əhəmiyyətli yeniliklər ehtiva edir. Belə ki, Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olunur. Bu qurum prezidentə birbaşa tabe olacaq və onun müəyyənləşdirdiyi vəzifələri icra edəcək. Naxçıvan MR-in dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət rəmzləri ilə eyniləşdirilir. Konstitusiyanın preambulasında Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olması vurğulanır. Naxçıvan MR Ali Məclisinə seçkilər Prezidentin qərarı ilə, Məclis sədrinin təklifi əsasında keçiriləcək. Müharibə şəraitində seçkilərin keçirilməsinin mümkünsüzlüyü halında səlahiyyət müddəti uzadılacaq. Məclisin fəaliyyət göstərməməsi və ya 31 deputatın tələbi əsasında Prezident tərəfindən buraxılması imkanı yaradılıb. Nazirlər Kabineti və digər icra strukturlarının fəaliyyəti Prezidentin razılığı ilə tənzimlənəcək. Mərkəzi icra orqanlarının yaradılması və ləğvi Prezidentin razılığı ilə mümkün olacaq. “Qərar” anlayışı “sərəncam” anlayışı ilə əvəz edilib, hüquqi normativ aktların qəbul qaydalarında dəqiqləşmələr aparılıb. Qanunların qəbul qaydası yenidən müəyyən edilib; bəzi səlahiyyətlər ləğv olunub və ya Azərbaycan Respublikası Prezidentinə verilib. Bu dəyişikliklər Naxçıvan Muxtar Respublikasının hüquqi və inzibati sisteminin Azərbaycan Respublikası Konstitusiyası ilə daha sıx inteqrasiyasını təmin etməyi hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı ekspert: WUF Azərbaycanın qlobal auditoriyaya ev sahibliyi etməsi üçün daha bir fürsətdir  

10:09
12 May

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

10:06
12 May

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

10:05
12 May

WSJ: BƏƏ İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər  

10:02
12 May

Kreml ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

10:01
12 May

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

09:59
12 May

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

09:57
12 May

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

09:44
12 May

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

09:14
12 May

DİN: Qaradağda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar

09:04
12 May

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!