18 İyun 2025 11:01
421
SİYASƏT
A- A+
Nataliya Kiselova: Qara dəniz regionunda davamlı inkişaf yalnız iqtisadi əməkdaşlıq gücləndirilməklə təmin edilə bilər  

Nataliya Kiselova: Qara dəniz regionunda davamlı inkişaf yalnız iqtisadi əməkdaşlıq gücləndirilməklə təmin edilə bilər  

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) bugünkü tədbiri regionda iqtisadi əlaqələrin möhkəmləndirilməsi və səmərəli parlamentlərarası dialoqun təşviqi istiqamətində atılan növbəti əhəmiyyətli addımdır.

AZƏRTAC xəbər verir ki, bunu Bolqarıstan Milli Assambleyasının prezidenti Nataliya Kiselova QDİƏT PA-nın 65-ci plenar sessiyasının açılış mərasimində söyləyib.

O deyib: “Bolqarıstan inanır ki, Qara dəniz regionu ölkələri üçün davamlı inkişaf və rifah yalnız iqtisadi əməkdaşlıq gücləndirilməklə təmin edilə bilər. Bu fundamental prinsip bizim ortaq hədəfimiz olaraq qalmalıdır. Xüsusilə də müasir dövrün dinamik qlobal dəyişiklikləri, hərbi münaqişələr və müxtəlif böhranlar fonunda. Ona görə də biz bu strategiyanın mərkəzinə mehriban qonşuluq münasibətlərini yerləşdirməli, yalnız regional deyil, eyni zamanda, beynəlxalq əməkdaşlığın da inkişafına töhfə verməliyik”.

Plenar sessiyada aparılan müzakirələrin aktuallığına toxunan Nataliya Kiselova qeyd edib: “Bu, vaxtında atılmış təşəbbüsdür. Çünki müasir və səmərəli nəqliyyat infrastrukturu iqtisadi inkişafın əsas dayaqlarından biridir. Yüksəkkeyfiyyətli nəqliyyat sistemləri yalnız ticarət əlaqələrini asanlaşdırmır, eyni zamanda, iqtisadiyyatların rəqabət qabiliyyətini artırmaqla davamlı inkişaf və inteqrasiya üçün real imkanlar yaradır. Lakin nəzərə almaq lazımdır ki, nəqliyyat sistemlərinin nəzarətsiz və plansız inkişafı ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərə bilər. Buna görə də, regionda davamlı inkişafın təmin olunması üçün istixana qazlarının emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin tətbiqi istiqamətində səylər göstərilməlidir. Bu yanaşma, dayanıqlı və təhlükəsiz inkişaf prinsiplərinə uyğun olaraq, regionun rifahına töhfə verəcək, insanların və bizneslərin gözləntilərini qarşılayacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!