22 Aprel 2026 08:45
305
İQTİSADİYYAT
A- A+
Müasirləşən qədim Bakı

Müasirləşən qədim Bakı


Paytaxtdakı yararsız köhnə binaları müasir tikililər əvəz edir


Ötən əsrin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda memarlıq və şəhərsalma dövlət siyasətinin mühüm istiqamətinə çevrilmişdir. Tarixi irsin qorunması və milli memarlıq elementlərinin Bakının müasir tikililərində tətbiqi prioritet istiqamət almışdır. Bu siyasət son 20 ildə Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yeniləşən və müasirləşən Bakıda və onun ətraf qəsəbələrində günün tələbələrinə uyğun yeni yaşayış binaları tikilir, yollar çəkilir, infrastruktur yaradılır. Bu yerdə paytaxtın qədimliyi ilə müasirliyini özündə ehtiva edən, Xəzərin mirvari boyunbağısı adlandırılan Bakı bulvarını qeyd etməmək mümkünsüzdür. 116 ilə yaxın yaşı olan, təxminən 12 il əvvələdək 3,5 hektarlıq ərazini əhatə edən Sahil bağı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sərəncamı əsasında genişləndirilərək 16 hektara çatdırılıb. Sahil bağından üzü funikulyora, Şəhidlər xiyabanına, "Alov qüllələri"nə və filormoniyaya tərəf yolu düşənlər möhtəşəmliyə heyran qalmaya bilmirlər. Paytaxtın "Beşmərtəbə", "Kömürçü meydanı", "Sovetski", Təzə Pir məscidi kimi tanınan qədim yaşayış əraziləri başdan-başa yenilənib, müasirləşib. Bakı Dəmir Yolu Vağzalı, bir tərəfi Puşkin küçəsi, Səməd Vurğun bağından Xəzərin sahilinəcən, bir tərəfi də metronun "28 May" stansiyasından üzü Heydər Əliyev Sarayına, "Beşmərtəbə"yə və yeni yaradılan Mərkəzi Parka kimi olan yeniliklər, Şərq-Qərb ornamentlərini özündə birləşdirən bir-birindən yaraşıqlı yüksəkmərtəbəli binalar, istirahət yerləri və yaşıllıqlar göz oxşayır. Müasir  yenilənmə zamanı klassik binalar - yerli memarlıq abidəsi hesab edilən mülklərdə bərpa və yenidənqurma işləri aparılıb. 

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə paytaxtda 42 ünvanda yüksəkkeyfiyyətli təmir-bərpa işləri aparılıb. Hazırda bu proses bir neçə ünvanda davam edir. 

Bakının gözəlliklərini və bu gözəllikləri yaradanları xoş məramla xatırlayaraq bir anlığa ayaq saxlayıb ətrafı seyr edəndə çoxlarının ürəyindən bu hisslər keçir: Bakı bəlkə də ömrünün ən bəxtəvər günlərini yaşayır. Bu ərazilər tamamilə dəyişib, vaxtilə Bakıda dünyaya göz açıb, boya-başa çatmış, indi yaxın-uzaq ölkələrdə yaşayanların, təhsil alanların, işləyənlərin, habelə şəhərimizdə turist qismində qonaq olanların rəy sorğularından məlum olur ki, milliliyi özündə yaşadan arxitektura quruluşuna malik yüksəkmərtəbəli binalar, abadlıq və yenidənqurma işləri onlarda xoş ovqat yaradır.

Amma bu yöndə işlər hələ bitməyib. Hazırda fiziki və mənəvi cəhətdən köhnələn çoxmərtəbəli yaşayış binalarının sökülərək yeniləri ilə əvəzlənməsi davam edir. Nazirlər Kabinetinin 30 dekabr 2024-cü il tarixdə təsdiqlədiyi "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nda köhnə binaların sökülərək yerində yenilərinin tikilməsi qarşıya əsas vəzifələrdən biri kimi qoyulub.

Heç kimə sirr deyil ki, bu gün Bakıda və ölkəmizin digər iri şəhərlərində sovet dövründə tikilən yüzlərlə çoxmərtəbəli bina artıq istismar müddətini başa vurub, təhlükəsizlik standartlarına uyğun gəlmir. Bu binalar həm inşaat texnologiyası, həm də mühəndis-kommunikasiya infrastruktu cəhətdən müasir tələblərdən geri qalır. Mütəxəssislərin fikrincə, hazırda həmin binalarda çoxsaylı problemlər üst-üstə yığılıb - beton və armaturlar korroziyaya uğrayıb, daşıyıcı konstruksiyalar zəifləyib, fasadlar təhlükəsizliyini itirib, su və kanalizasiya xətləri köhnəlib, liftlər yararsız hala düşüb, damların çoxunda sızmanın qarşısını almaq çətinləşib. Məhz buna görə dövlət tərəfindən daha aydın, hüquqi cəhətdən daha mükəmməl zəmin yaradılır ki, insanlar bu problemlərin ağır fəsadlarını yaşamasınlar. İstismar müddətini başa vuran çoxmərtəbəli binaların sökülməsi ilə paytaxtın mühəndis-kommunikasiya şəbəkəsinin yüklənməsi azalır, təhlükəsizlik riski minimuma enir, arxitekturası modernləşir, estetik görünüşü yaxşılaşır, nəqliyyat və dayanacaq məsələləri tənzimlənir. Yeni, daha geniş və rahat mənzillə təminat məqsədilə sakinlərin təhlükəsiz yaşayış mühiti formalaşır. Bu isə birbaşa sosial rifahın yüksəlməsidir. 


Rəhman SALMANLI, 

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb  

19:41
18 May

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!