29 Aprel 2026 08:25
138
SİYASƏT
A- A+
Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır


Çexiya Baş nazirinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirilən görüş,  səsləndirilən bəyanatlar ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Liderlərin bəyanatlarından da aydın oldu ki, Bakı və Praqa iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və enerji sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi müzakirələrin əsas istiqamətlərini əhatə edirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Çexiya arasında münasibətlər dinamik inkişaf edir və artıq konkret nəticələr verir. Xüsusilə qeyd olunmalıdır ki, iki ölkə arasında ticarət dövriyyəsinin əsas hissəsini enerji resursları təşkil etdiyindən, tərəflər daha balanslı və şaxələndirilmiş iqtisadi əməkdaşlıq modelinə keçidi prioritet kimi müəyyənləşdirirlər.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında deyib ki, energetika sahəsi bu əməkdaşlığın prioriteti olaraq qalır: "Azərbaycan Çexiyanın əsas neft təchizatçılarından biridir və bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu bir daha təsdiqləyir. Baş nazir Andrey Babişin çıxışında da bu məqam xüsusi vurğulanaraq, Azərbaycanın Çexiya üçün strateji tərəfdaş olduğu açıq şəkildə bəyan edildi. Andrey Babişin Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərini məhz Azərbaycana etməsi bu baxımdan təsadüfi deyil. Eyni zamanda qaz təchizatı ilə bağlı uzunmüddətli müqavilələrin imzalanması tərəflər arasında enerji əməkdaşlığını daha da dərinləşdirməyə imkan verir. Hörmüz boğazı ilə bağlı problemlərin yarandığı bir vaxtda xam neft və qaz məsələsi xüsusilə aktuallaşıb. Yeri gəlmişkən, Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır".

Deputat bildirib ki, Qəbələ görüşünün mühüm nəticələrindən biri də qeyri-neft sektorunda əməkdaşlıq imkanlarının geniş müzakirə olunmasıdır. Çexiyadan Azərbaycana gələn geniş tərkibdə iş adamlarından ibarət  heyət və keçirilən biznes-forum yeni investisiya layihələri üçün stimuldur. Xüsusilə sənaye, nəqliyyat, elmi-tədqiqat və texnologiya sahələrində birgə təşəbbüslər iki ölkə üçün qarşılıqlı fayda vəd edir. "Cənab Prezidentin də söylədiyi kimi, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Beləliklə, yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. Ən əsası isə Azərbaycanda siyasi və sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var", - deyə o əlavə edib.

Müdafiə sənayesi sahəsində əməkdaşlığın da diqqətçəkən istiqamətlərdən olduğunu deyən N.Məmmədova vurğulayıb ki, Azərbaycan artıq bu sahədə yerli istehsal imkanlarını artırır və Çexiya kimi zəngin sənaye təcrübəsinə malik ölkə ilə birgə layihələr həyata keçirmək planları gələcək üçün böyük potensial yaradır. Bu əməkdaşlıq həm də regional təhlükəsizlik baxımından əhəmiyyətlidir. 

Deputat qeyd edib ki, ümumiyyətlə, son dövrlərdə dövlət və hökumət başçılarının Azərbaycana intensiv səfərləri ölkəmizin artan nüfuzunu təsdiqləyir. Bundan əvvəl Litva Baş naziri, Latviya və Ukrayna prezidentlərinin ölkəmizə səfərləri etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi Azərbaycana münasibətin göstəricisidir. Ukrayna Prezidenti və Çexiya Baş nazirinin Qəbələdə qarşılanması isə təsadüfi deyil. Prezident İlham Əliyevin də söylədiyi kimi, daha geniş coğrafiyanın qədim parçası olan Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bundan əvvəl Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də məhz Qəbələdə keçirilmişdi. Bu isə onu deməyə əsas verir ki, Qəbələ artıq Bakı, Şuşa kimi yeni diplomatik mərkəzə çevrilir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!