29 Aprel 2026 08:13
165
İQTİSADİYYAT
A- A+
Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır


WUF13 iştirakçı ölkələrə şəhərsalma təcrübələrini bölüşmək üçün geniş imkan verəcək


Ötən əsrin əvvəlindən başlanan urbanizasiya prosesi bu gün də davam edir. İnkişaf etmiş ölkələr üzrə şəhərlərdə yaşayan əhalinin səviyyəsi 90 faizdən yuxarıdır və həmin ölkələrdə bu proses, demək olar ki, başa çatıb. Lakin inkişaf etməkdə olan və geridə qalan ölkələrdə isə urbanizasiya prosesləri davam edir.

Hazırda iqtisadi cəhətdən geridə qalan ölkələrdən inkişaf etmiş ölkələrə insanların kütləvi köç etməsi üzündən mədəniyyətlərarası ziddiyyətlərin baş verməsinin şahidi oluruq. İş və yaxşı yaşamaq üçün insanların şəhərlərə üz tutması meqapolislərdə ciddi sosial problemlərin meydana gəlməsi ilə müşahidə edilir, başqa sözlə, artan əhalinin iş, təhsil, səhiyyə və mənzillə təminatı ciddi sıxıntılara gətirib çıxarır. Bunun üçün dünya səviyyəsində şəhərsalmada yeni qaydalardan istifadə olunması, təcrübə mübadiləsinin aparılması zərurəti yaranır və belə qlobal məsələlərin həllinə Birləşmiş Millətlər Təşkilatı səviyyəsində diqqət yetirilir. 

Məlum olduğu kimi, gələn ay Bakıda Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi BMT səviyyəsində Azərbaycana göstərilən etimadın göstəricisidir. Digər tərəfdən, ölkəmizin dünyada şəhərsalma ilə bağlı həllərin öyrənilməsinə ehtiyacı var. 30 illik erməni işğalı nəticəsində şəhər və kəndlərimiz xarabazarlığa çevrilib. İndi biz həmin dağılmış yaşayış məntəqələrini müasir şəhərsalma təcrübəsindən istifadə edərək yenidən qururuq. 

Bu beynəlxalq tədbirlə əlaqədar ölkə ictimaiyyətinin forum barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 festivallarının keçirilməsinə başlanılıb. Bu çərçivədə günün birinci yarısı tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Axşam saat 18:00-da isə festival açıq havada keçirilərək ictimai proqramlarla yekunlaşacaq.

Festivalın açılışı dünən Bakıda Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında baş tutub. Növbəti tədbirlərin  aprelin 29-da Sumqayıtın Göyərçin Parkında, aprelin 30-da Quba şəhərinin Nizami Parkında, mayın 2-də Lənkəran şəhərinin Qala Xiyabanı Parkında, mayın 4-də Qəbələ şəhərinin Heydər Əliyev Parkında, mayın 5-də Şəki şəhərinin Bəxtiyar Vahabzadə Parkında, mayın 6-da Mingəçevir şəhərinin Heydər Əliyev meydanında, mayın 8-də Gəncənin Heydər Əliyev adına meydanında keçirilməsi nəzərdə tutulur. Festival marafonu mayın 10-da Xankəndi şəhərinin Zəfər meydanında davam edəcək. Mayın 13-də isə Bakıda Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında xüsusi tədbirlə başa çatacaq.

Bunlardan savayı, WUF13-ə hazırlıqla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər şəhərlər üçün" mövzusunda milli səviyyəli müzakirələrin ilkin məlumatlandırma görüşü keçirilib. Ölkədə fəaliyyət göstərən 33 Gənclər Evində keçən bu müzakirələrin əsas məqsədi gənclərin şəhərsalma və şəhər inkişafı proseslərində fəal iştirakını təşviq etmək olub. Bu çərçivədə gənclərlə şəhər mobilliyi, inklüziv ictimai məkanlar, davamlı şəhər inkişafı və urban problemlər üzrə müzakirələr aparılıb. Eyni zamanda ideyalar toplanıb və ilkin həll təklifləri formalaşdırılıb.

Forumun tarixində ilk dəfə olaraq Bakıda Liderlərin Zirvə Görüşü də keçiriləcək. Azərbaycan hökumətinin təşəbbüsü ilə təşkil olunan bu görüş dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, eləcə də yüksəksəviyyəli liderləri Bakıda bir araya gətirəcək. "Zirvə görüşü şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və Yeni Şəhərsalma Gündəliyinə töhfə vermək məqsədi daşıyır. Bu təşəbbüslər bir daha göstərir ki, mənzil təminatı və şəhərsalma artıq yalnız texniki məsələ deyil, qlobal səviyyədə strateji əhəmiyyət daşıyan və yüksəksəviyyəli liderlik tələb edən sahədir", - deyə WUF13-ün milli koordinatoru Anar Quliyev bildirib.

Bir sözlə, tədbirə qatılacaq ölkələr üçün WUF13 öz şəhərsalma təcrübələrini təqdim etmək, innovativ yanaşmaları bölüşmək və qlobal dialoqa töhfə vermək baxımından geniş imkan yaradacaq. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!