07 Iyun 2022 00:31
1641
Oxucu məktubları

Müasir məktəbdə təhsilin səviyyəsi yüksək olur

 

Hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Bu gələcəyin parlaq olması üçün isə tədris şəraitinin yaxşı olması çox vacibdir. O üzdən dövlət bu istiqamətdə bir sıra addımlar atır. Hətta ucqar kəndlərdə modul tipli müasir məktəb binaları quraşdırılır.

Tovuz şəhərindəki Adil Qasımov adına tam orta məktəb üçün də yeni bina tikilib. 624 şagirdlik məktəbdə yüksək standartlara cavab verən şərait yaradılmışdır. Tədris avadanlıqları tamamilə yenilənmiş, müasir laboratoriyalar və sinif otaqları yaradılmışdır. Sevinirəm ki, mənim də övladım həmin məktəbdə təhsil alır. Hiss edirəm ki, məktəb binası istifadəyə verildikdən sonra övladımda yaxşı oxumağa böyük həvəs yaranıb.

Hörmətli redaksiya! Təhsilimizə bu cür qayğıkeşliyi ölkə iqtisadiyyatında qazanılan uğurların bəhrəsi kimi qiymətləndirirəm. Balalarımızın hər cür tədris şəraiti yaradılmış məktəblərdə təhsil almasına şərait yaradan, bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.

 

Məmməd İBRAHİMOV,

Tovuz şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video