09 Dekabr 2021 00:28
822
CƏMİYYƏT
A- A+

“Möhkəm təməllər üzərində qurulmuş güclü dövlətin banisi” mövzusunda konfrans keçirilib

 

Dekabrın 8-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurası, Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Möhkəm təməllər üzərində qurulmuş güclü dövlətin banisi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Konfransda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyəti haqqında film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyev xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirilir. Onun 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ilk növbədə, Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas etdi. Heydər Əliyev dühası, Ümummilli Liderin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycan inkişaf yoluna çıxdı.

Tədbirdə məruzə ilə çıxış edən YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə deyib: “Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var. Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, onun inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq”.

Ümummilli Liderlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyev hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. Hər bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir.

Ulu Öndərin həyat və fəaliyyətinin böyük məktəb olduğunu deyən D.Seyidzadə qeyd edib ki, gənc nəsil Heydər Əliyev irsini dərindən öyrənməlidir. “Ümummilli Liderin siyasətini bu gün Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Azərbaycan Prezidenti ölkəmizin inkişafı ilə bağlı mühüm işlər görür”, - deyə məruzəçi vurğulayıb.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, həm sovet dövründə, həm də müstəqillik illərində Ümummilli Lider xalqımızın və respublikamızın inkişafı, tərəqqisi naminə misilsiz işlər görüb. Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət davamlı olaraq Azərbaycana nailiyyətlər qazandırır.

YAP Veteranlar Şurasının üzvü Zahid Xəlil çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyətdir: “Heydər Əliyevi xatırlayarkən gözümüzün qarşısında müdrik, zəngin təcrübəyə malik, dünya siyasətində seçilən şəxsiyyət canlanır. Ulu Öndər bütün dünyada tanınan şəxsiyyətlərdəndir. Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyevin misilsiz xidmətləri dayanır”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında deyib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisinə həsr edib. Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub. Müasir gəncliyimizin əsas vəzifələrindən biri Heydər Əliyev irsinin dərindən öyrənilməsidir.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video