Misirdə qızıl dili olan mumiyalar tapılıb
Misirin Nil çayının deltasının mərkəzi qubernatorluğunda yerləşən nekropolda aparılan qazıntılar zamanı qızıl dili olan mumiyalar tapılıb.
AZƏRTAC Misirin Qədim Abidələr Ali Şurasına istinadla xəbər verir ki, nekropolda gil qablar kolleksiyası, çiçək şəklində qızıl vərəqlər, eləcə də Ptolemey və Roma dövrlərinə aid dəfn mərasimi üçün daşlı amuletlər də aşkar edilib. Şuranın baş katibi Mustafa Vəziri jurnalistlərə müsahibəsində bildirib ki, qızıl dilli mumiyalar pis konservasiya olunub və onların bərpası aparılacaq. O əlavə edib ki, skeletlər, qızıl vərəqlərlə örtülmüş mumiya qalıqları, taxta antropoid tabutlar və onların hazırlanmasında istifadə edilmiş mis alətlər də tapılıb.
Mütəxəssis Ayman Aşmavi bildirib ki, nekropolun yeni aşkar edilmiş hissəsi fərqli memarlıq üslubuna malikdir. Onun sözlərinə görə, bu hissə çiy kərpicdən tikilib və üç tağlı dəfn kamerası olan əsas tağlı zaldan, habelə iki yan kameralı bir dəfn şaxtasından ibarətdir. Mütəxəssis əlavə edib ki, dəfn mərasimləri, mumiyalar və cənazə kolleksiyası ilə bağlı ilk araşdırmalar bu nekropolun üç müxtəlif dövrdə - Qədim Misirin sonu, Ptolemey və Roma zamanında istifadə olunduğunu göstərir. Nil çayı deltasının ən mühüm arxeoloji ərazilərindən biri olan Quveysna nekropolunda bir neçə arxeoloji dövrə aid məzar və dəfn kameraları kolleksiyası var. Bu kolleksiya müxtəlif dövrlərdə məqbərələrin memarlıq üslubunda baş verən dəyişiklikləri və dəfn üsullarını ortaya qoyur.
Arxeoloqlar bildiriblər ki, Quveysna nekropolunda həm də Qədim Misirdə müqəddəs sayılan quşlar üçün çox görkəmli bir divar rəsmləri kolleksiyası var. Burada yüksək səviyyəli kahinlərdən biri üçün qara qranitdə oyulmuş nəhəng antropoid sarkofaq da daxil olmaqla, qəbirlər, bina qalıqları, mumiyalar, tabutlar və sarkofaqlar kolleksiyası aşkar edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...
26 Aprel
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib...
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!