08 Avqust 2026 19:15
1623
İDMAN
A- A+
Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu il ilk dəfə olaraq “Kürü keçək?!” 350 metr və 1000 metr olmaqla, iki məsafə üzrə təşkil olunub. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparıb.

Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində bildirib ki, yarış artıq ənənəyə çevrilib. “İştirakçıların sayı ildən-ilə artır. Bu il 30 faizə yaxın artım var. Paytaxtdan, müxtəlif şəhərlərdən bu qədər insanın bu gün burada toplaşması bizi çox sevindirir. İştirakçı qadınlarımızın sayı artıb. Çalışırıq ki, belə tədbirləri daha çox regionlarda keçirək”, - deyə nazir əlavə edib.

“Kürü keçək?! 5” açıq suda üzmə yarışının sonunda hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Kürü keçək?!” son illərdə Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib. Layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil olunur. 2022-ci ildən keçirilən tədbirə maraq getdikcə artaraq bu il rekord həddə çatıb. Belə ki, 5-ci dəfə təşkil edilən suda üzmə yarışında iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Ən gənc iştirakçı 12, ən yaşlı iştirakçı isə 79 yaşındadır. Belə ki, yarış kişilər və qadınlar arasında 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı olmaqla, 6 yaş kateqoriyası üzrə keçirilir.

Bu il ilk dəfə olaraq "Kürü keçək?!" 350 metr və 1000 metr olmaqla, iki məsafə üzrə təşkil olunub. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparır. Hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!