18 Fevral 2025 09:05
996
Mədəniyyət
A- A+
Milli xalq təfəkküründə mövsüm mərasimləri

Milli xalq təfəkküründə mövsüm mərasimləri


Xalq mənəviyyatının sərvəti olan şifahi söz sənətinin mənşəyi insan təfəkkürünün hələ tam formalaşmadığı çağlarla bağlıdır. İbtidai tarixi dövrlərdə təbiət və cəmiyyət hadisələri insanlarda yalnız müşahidə və ilkin təsəvvürlər yaradırdı. Təbiətdə baş verən hadisələrin yaranma səbəblərini dərk edə bilmədiklərindən insanlar onlara ilahi varlıqların müdaxiləsi kimi baxır və bununla bağlı bu gün mərasim folkloru kimi indi qəbul olunan mərasimlər silsiləsi xalq ədəbiyyatına daxil olur. 

Şifahi xalq yaradıcılığında  mühüm yeri təbiəti dərketmə ilə bağlı  ayin, etiqad və mərasimlər  təşkil etmişdir. Zaman-zaman bu hadisələri qavramaq, dərk etmək və sanki özünə tabe etmək məqsədilə insanlar  ibtidai inanc və etiqadlarını, ayin və mərasimlərini yaratmış və onlar folklor nümunələrində  öz əksini tapmışdır. Xalq ədəbiyyatında həmin inam və etiqadlarla bağlı silsilə nəğmələr yaranmışdır ki, onların yalnız bir qismi bu günümüzə qədər gəlib çatmışdır.

Xalq mərasimləri öz mövzu və məzmun xüsusiyyətlərinə görə, əsasən iki qrupa bölünür ki, bunlar mövsüm və məişət mərasimləridir. Mövsüm mərasimləri daha çox xalqın gündəlik həyatı ilə bağlı yaranmış, bir sıra  mifoloji  görüşləri, o cümlədən animistik, antropomorfik düşüncəni özündə əks etdirmişdir. Mərasim nəğmələri arxaik düşüncənin poetik ölçü və qəliblərini, üslub və ifadə modellərinin ən erkən tiplərini ifadə edir, xalqın etik-estetik dünyagörüşünü, ritual və etiqadlarını sistemli şəkildə  ifadə edir. Tədqiqatlarda erkən estetik düşüncəni və məişət əxlaqı detallarını əks etdirmək baxımından mərasim nəğmələri iki şəkildə nəzəri cəlb edir: ayrı-ayrı təbiət hadisələri və etiqadlarla bağlı yaranan nəğmələr və ilin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran nəğmələr. Ayrı-ayrı təbiət hadisələri və etiqadlarla bağlı yaranmış nümunələrə yağışın yağması, günəşin çıxması, küləyin əsməsi, göyün guruldaması, eləcə də oda, suya, küləyə və torpağa inamla bağlı  poetik  mətnlər daxil edilir.

İkinci bölgüdə ilin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran mərasimlərdəki nəğmələr yer almışdır ki, onlar əmək mövsümünün başlanması və ya məhsulun yığılması ilə bağlıdır. Mənbələrə görə, erkən dövrlərdən türk tayfaları içərisində əsasən ilin iki mövsümü, yazın gəlişi, yeni əmək mövsümünün başlanması və payızda məhsulun yığılıb başa çatması ilə bağlı mərasimlər, bayramlar keçirilərdi. Bu bayramlar xalq arasında xüsusi təntənə ilə qeyd olunurdu. Ən önəmlisi isə odur ki, bu bayramların keçirilməsi ilə paylaşmaq düşüncəsi - insanlara yardım  etmək və  bayram günü hər kəsin evində süfrə açılması amalı ilə əlaqədar idi. 

Şifahi və yazılı ədəbiyyatımızın qaynaqlarından olan "Dədə Qorqud" oğuznamələrində bəzi mərasimlərin izlərini müəyyən etmək olar. "Dirsə xan oğlu Buğac" boyunda belə bir süjetə rast gəlmək olur ki, "hər il bir yazda, bir də payızda buğa ilə buğranı savaşdırırlar. Bayandır xan Qalın Oğuz bəylərilə tamaşaya baxır, əylənirdi" ("Kitabi-Dədə Qorqud", 1988, s.36 ). Bu, türk xalqları arasında payızda və yazda keçirilən mövsüm mərasimilə, yaxud meydan tamaşası ilə bağlı bir nümunə kimi diqqəti cəlb edir. 

Folklorumuzda yeni əmək mövsümünün başlanması ilə bağlı mərasim və nəğmələr arasında "Şum mərasimi", "Saya mərasimi" və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir . "Novruzqabağı nəğmələr" adı ilə tanınan həmin nəğmələr də üç yerə ayrılır - "Çillə nəğmələri", "İlaxır çərşənbə nəğmələri" və "Bayram məişəti nəğmələri".

Xalq yaradıcılığında mərasim poeziyasında arxaik əmək nəğmələrinin də böyük təsiri olmuşdur ki, bunlara həm cüt nəğmələri, həm də holavar deyilir. Bu nəğmələr əvvəlcə ibtidai məzmun daşımış, bir-iki hecalı misralardan ibarət olmuş və müəyyən ritmə uyğun şəkildə yalnız əmək prosesi zamanı oxunmuşdur. İnsan təfəkkürünün inkişafı nəticəsində şifahi yaddaşda holavar daha da təkmilləşmiş və bayatıların poetik formasını qəbul etmişdir:

                          

Qara öküz aranda, 

Çıxar gün qızaranda, 

Xodaq murada çatar, 

Torpaqdan bar alandan ... 


Xalq yaradıcılığında ən qədim mərasimlərdən biri də qoyunçuluqla bağlı icra olunan sayaçı mərasimidir. Bu mərasim qoyunların quzuladığı vaxtda keçirilərdi.


Bu saya kimdən qaldı?

Adəm atadan qaldı.

Adəm ata gələndə

Musa çoban olanda

Qızıl öküz duranda

Qızıl buğda bitəndə

Dünya bünyad tapanda... 

 

Azərbaycan ədəbiyyatşünaslığında "saya" və "sayaçı sözləri"nin izahına dair müxtəlif mülahizələr irəli sürülmüşdür ki, burada "kölgə" (F.Köçərli), "nəğmə" (M.Arif, M.H.Təhmasib), "say-rəqəm" (Ə.Axundov), "bolluq-bərəkət" (V.Vəliyev), "tanrı, peyğəmbər, işıq, yol göstərən, tamaşaçı, ovçu, çoban" və s. (M.Həkimov) mənaları qəbul edilmişdir.

Xalqın şifahi yaddaşında "Saya yaradan soy qurandır", "Saya qurbanı pirdə olar" "Saya yandıran çıraq öləziməz", "Sayanın varı davar, dağın varı qar", "Gözü tox olan sayanın davarı da çox olar", "Sayanın oxu, qurdun xofu yaman olar", "Saya sözdən, qurd gözdən tanınar", "Saya mərd olar, dərd olmaz" və s. hikmətamiz fikirlər bu gün də yaşamaqdadır. M.Arifə görə, "hər il təxminən yaza əlli gün qalmış qoyunlar quzulamağa başladığı zaman çoban paltarı geymiş adamlar kəndbəkənd gəzib "Sayaçı" mərasimi icra edirlər". Y.V.Çəmənzəminli 1921-ci ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı tədqiqatında  yazmışdır ki, "Sayaçı sözləri tərəkəmə xalqı arasında heyvanlara aid nəğmələrdir ki, toplanıb tədqiq olunmayıb".

Tarixi mənbələrə görə, türklər hələ hunların dövründən bayram və mərasimlər keçirmişlər. Hunların mərasimlərinə bənzər rituallar Göytürklərin zamanında da keçirilmişdir. Türklər hər il bayram mərasimlərini təqribən beşinci ayın ikinci yarısında "Gök Tenqri" və "ıduk yer, suv" üçün qurban kəsməklə başlayardılar. Qurbandan sonra isə şənliklər olurdu, bu zaman oyun oynar, kımız içər, nəğmələr söyləyərmişlər.

Təqribən 840-cı ildən sonra Tarım hövzəsinə gəlib oturaq həyat keçirən uyğurlar buddizmi qəbul etsələr də, əski ənənələrini unutmamışdılar. X əsrin əvvəllərində uyğur kağanını ziyarət edən Çin elçisi Vanq-Yen-Tenin məlumatına görə, uyğurlar üçüncü ayın doqquzunda, yəni martın 9-da bir ayin  keçirirlərmiş. Bu ayinin əsas ritualı bir-birinin üzərinə su çiləmək  olmuşdur. 

Azərbaycan mövsüm mərasimləri arasında "Xıdır", "Xıdır Nəbi" və ya Xıdır İlyas", yaxud "Yazağzı Xızır bayramı", yaxud "Qışyarısı" mərasimlərinin də özünəməxsus yeri vardır. Bu mərasim mifik təsəvvürlərdə yazı qarşılamaqla, yaşıllıq arzusu ilə yanaşı, həm də Xızırın simasında insanlara bolluq, bərəkət və firavanlığın bəxş olunması kimi yaddaşlarda qalmışdır. 

Türksoylu xalqlar yazın gəlişini sanki sürətləndirmək məqsədilə mifoloji düşüncədən qaynaqlanan silsilə ayin mərasimləri yaratmış, onları milli mifoloji təfəkkürə uyğun olaraq icra etmiş və gələcək nəsillərə ötürmüşdür.


Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universisetinin professoru, filologiya üzrə elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

Avropa çempionatı: Azərbaycan üçüncü gümüş medalını qazanıb

21:32
11 Mart

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır  

21:23
11 Mart

Regiondakı gərginlik Körfəz ölkələrindən Azərbaycana turist axınını çətinləşdirib  

20:59
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!