11 Mart 2026 12:54
154
Mədəniyyət
A- A+
Mədəniyyət naziri Adil Kərimli Türk dünyasının teatr təmsilçiləri ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli Türk dünyasının teatr təmsilçiləri ilə görüşüb


Martın 10-da Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü tamam olub. Bu tarix 13 ildir ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir. Əlamətdar gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 1 mart 2013-cü il tarixli Sərəncamı ilə təqvimimizə yazılıb. Bu münasibətlə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı (AXTİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Akademik Milli Dram Teatrında təşkil olunan tədbirə ölkəmizlə yanaşı, Türkiyə və Özbəkistanın teatr xadimləri, bu sahə üzrə aparıcı qurumların rəhbər və nümayəndələri qatılıblar.

Tədbir çərçivəsində mədəniyyət naziri Adil Kərimli Azərbaycanın və qardaş ölkələrin teatr təmsilçiləri ilə görüşüb.

Görüşdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı, AXTİ-nin sədri Xalq artisti Hacı İsmayılov, Özbəkistanın Xalq artisti Yodqar Sağdiyev, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzov, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrlarının baş bədii rəhbəri Ayşəgül İşsever, İBB Şəhər Teatrlarının aktrisası, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Kalyoncu, Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Xalq artisti Samir Cəfərov iştirak ediblər.

Nazir Azərbaycanın mədəniyyət təqvimində xüsusi yer tutan Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə teatr sənətinin inkişaf yolundan söz açıb. Qeyd olunub ki, 153 yaşlı Azərbaycan teatrı tarixin müxtəlif mərhələlərində qonşu və dost ölkələrin də sənət mühitinin formalaşmasına öz töhfəsini verib.

Nazir Prezident İlham Əliyev tərəfindən mədəniyyətin digər sahələri kimi, teatr sahəsinin də inkişafına yüksək diqqət və qayğı göstərildiyini bildirib.

Söhbət zamanı Türk dünyasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin, birgə festival və müsabiqələrin təşkili, təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:18
11 Mart

Türkiyəyə məxsus 15 gəmi Hörmüz boğazında gözləmə vəziyyətindədir

14:18
11 Mart

Qırımızı Bazarda daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:17
11 Mart

Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

14:14
11 Mart

Yaponiyaya məxsus yük gəmisi Körfəzdə atəşə tutulub

13:56
11 Mart

Azərbaycanlı ailə İrandan təxliyə olunub 

13:41
11 Mart

ABŞ: İlin ikinci rübündə “Brent”in qiyməti 91 dollara yüksələ bilər

13:32
11 Mart

Xocalının Xanabad kəndinə növbəti köç olub

13:16
11 Mart

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

13:15
11 Mart

Şuşada tədris prosesi izlənilib

13:13
11 Mart

Antarktida dəniz buzunun sahəsi qismən bərpa olunub

13:11
11 Mart

Kür çayına 4 min ədəd çəkikimi balıq körpəsi buraxılıb

13:04
11 Mart

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:02
11 Mart

Qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul ediləcək  

13:01
11 Mart

Hörmüz boğazında iki gəmi atəşə tutulub

13:00
11 Mart

Dövlət və özəl sektorda çalışanların əməkhaqları artacaq

12:58
11 Mart

Mədəniyyət naziri Adil Kərimli Türk dünyasının teatr təmsilçiləri ilə görüşüb

12:54
11 Mart

İrandan təxliyə davam edir: Bir qrup xarici vətəndaş təxliyə olunub 

12:53
11 Mart

Cari ildə qlobal neft tədarükünün sutkada 107 milyon barel olacağı gözlənilir - PROQNOZ

12:16
11 Mart

ABŞ cari ildə gündəlik neft istehsalını artıracaq

11:53
11 Mart

Məcnun Məmmədov: Süni intellekt kənd təsərrüfatında yeni idarəetmə modelini formalaşdırır

11:35
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!