08 Noyabr 2025 08:45
562
SİYASƏT
A- A+
Milli və siyasi birliyin qələbəsi

Milli və siyasi birliyin qələbəsi


2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm, şanlı Qələbədən beş il ötür. Bu tarix Azərbaycan xalqının qətiyyətinin, sarsılmaz iradəsinin və yenilməz ruhunun təntənəsi, tariximizin qızıl hərflərlə yazılmış ən parlaq səhifəsidir. 8 Noyabr Azərbaycan xalqının tarixində elə bir gündür ki, əsrlər boyu fəxrlə anılacaq. Həmin gün təkcə torpaqlarımızı işğaldan azad etmədik, həm də dövlət və millət olaraq iradəmizi, qüdrətimizi və birliyimizi bütün dünyaya göstərdik! 

Təbii ki, Vətən müharibəsinin əsas qəhrəmanı bütövlükdə Azərbaycan xalqı,  şanlı Azərbaycan Ordusu, qəhrəman zabit və əsgərlərimizdır. Amma o da danılmaz faktdır ki, hər bir qalib xalqın və ordunun başında bir qəhrəman Lider dayanır. Bu mənada əldə etdiyimiz möhtəşəm qələbənin təməlində ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən Liderliyi dayandı. Otuzillik işğala son qoymaq üçün göstərilən siyasi iradə, illər boyu qurulan güclü iqtisadiyyat və müasir ordu quruculuğu birmənalı olaraq Zəfərimizin qarantı oldu. Ali Baş Komandanın "dəmir yumruq" siyasəti düşmənin təxribatlarına verilən ən layiqli cavab idi. Azərbaycan Prezidenti Ali Baş Komandan olaraq müzəffər ordumuza başçılıq etməklə yanaşı həm də informasiya müharibəsinə bilavasitə rəhbərlik etdi, 44 gün ərzində müxtəlif xarici KİV-ə verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini bütün dünyaya eşitdirdi. Onun hər bir çıxışı, o cümlədən müharibənin gedişində verdiyi qərarlar xalqımızın və əsgərimizin döyüş ruhunu yüksəltdi, ordunun qələbə əzmini daha da sarsılmaz etdi. 

Bu Liderliyin ən böyük mükafatı isə o oldu ki, Azərbaycanın igid əsgər və zabitləri Ali Baş Komandanın "İrəli!" əmrini tərəddüd etmədən canla-başla yerinə yetirərək, çətin relyefli ərazilərdə düşmənin on illərlə qurduğu və keçilməz hesab etdiyi müdafiə xətlərini yararaq misilsiz şücaət göstərdilər. Vətən torpağının hər qarışı uğrunda şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə yazılan yeni bir qəhrəmanlıq dastanı yarandı. Xüsusilə də Qarabağın baş tacı olan Şuşanın azad edilməsi unikal hərbi əməliyyat olaraq dünya hərb tarixinə düşdü və müharibənin taleyini həll etdi. Bu möhtəşəm qələbə ordumuzun peşəkarlığının, mənəvi-psixoloji hazırlığının və qələbə əzminin ən böyük sübutudur. 

44 günlük Vətən müharibəsi eyni zamanda Azərbaycan xalqının sarsılmaz birliyini nümayiş etdirdi. Siyasi baxışlarından, sosial vəziyyətindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, xalqımızın bütün nümayəndələri Prezidentin, Ali Baş Komandanın ətrafında "bir yumruq" kimi birləşdi. Bu birlik həm döyüş meydanında, həm də arxa cəbhədə özünü göstərdi. Hər kəs harada olmasından asılı olmayaraq, öz dəstəyini, inamını və həmrəyliyini nümayiş etdirdi ki, bu da Azərbaycanın ən böyük mənəvi gücünün nümayişi idi. Müharibənin gedişində xalq-iqtidar birliyi Zəfərin təməl daşı oldu, düşmənə qarşı aparılan haqq mübarizəsində Azərbaycan dövlətinin və millətinin monolit olduğunu bir daha bütün dünyaya sübut etdi. 

8 Noyabr - Zəfər Gününün 5-ci ildönümündə azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu ərazilərə həyatın geri qayıtması möhtəşəm Qələbəmiznin davamıdır. Şəhidlərimizin qanı ilə suvarılan, qazilərimizin əzmi ilə qazanılan bu Zəfər həm də müstəqil Azərbaycan dövlətçiliyinin və milli qürurumuzun əbədi rəmzi olaraq müasir tariximizə qızıl hərflərlə yazılmışdır.

Bizə bu qüruru yaşadan şəhidlərimizə Uca Tanrıdan rəhmət, qazilərimizə cansağlığı diləyi ilə "Qələbəmiz mübarək, müstəqilliyimiz və suverenliyimiz əbədi olsun!" deyirik. 


Arzuxan ƏLİ-ZADƏ,

Azərbaycan Milli İstiqlal Partiyasının sədri,  Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

Enerjinin İpək yolu

08:35
17 Mart

Avropa İttifaqı etiraf edir

08:30
17 Mart

Azərbaycanın sülh modeli beynəlxalq rəğbət qazanır

08:25
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!