17 Mart 2026 09:05
130
Mədəniyyət
A- A+
Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar


Ağstafada "Keşikçidağ" dövlət tarix-mədəniyyət qoruğunun ərazisində "Novruz ənənələri" adlı tədbir keçirilmişdir. Tədbir qoruğa məxsus İnformasiya Mərkəzində qədim musiqi alətləri olan qara zurna və nağara sədaları altında Kosa, Keçəlin və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atlarda məclisə gəlişi ilə başlamışdır. 

Ulu Öndər Heydər Əliyevin və Vətənin uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri birdəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirakçıları xalqımızın əziz bayramı olan Novruzun gəlişi ilə əlaqədar təbrik etmişdir. Diqqətə çatdırmışdır ki, bu bayram yazın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini simvolizə edir. Qoruğun direktoru Musa Mursaquliyev tədbirin keçirilməsinin əhəmiyyətindən söz açaraq əlavə etmişdir ki, "Keşikçidağ"a məxsus informasiya mərkəzində təşkil olunan bu tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrinin qorunması və təbliği, milli bayramlarımızdan biri olan Novruzun dəyərlərinin gənc nəslə çatdırılması, həmçinin "Keşikçidağ" mağaralar kompleksində yerləşən tarixi və mədəni irs nümunələrinin tanıdılmasıdır.

Sonra tədbir çərçivəsində "Kitabi-Dədə Qorqud" dastanının prototipi hesab edilən Dədə Qorqudun dilindən ibrətamiz sözlər səsləndirilmiş, qonaqlar Novruz atributları, bayram dekorasiyaları, xalçalar və saxsı nümunələri ilə bəzədilmiş alaçıqlarla tanış olmuşlar. Tədbir çərçivəsində xalq oyunları, gənc qızların bayatı və haxışta söyləməsi, eləcə də milli musiqi alətləri və milli rəqslərin ifası nümayiş etdirilmişdir. Qonaqlara milli mətbəximizin ləziz təamlarından olan  paxlava, şəkərbura, qoğal, göy kətəsi təqdim edilmişdir. Şənliyin sonunda qoruğa məxsus İnformasiya Mərkəzinin ətrafında salınmış "Zəfər bağı"nda şəhid ailələri və qazilərin iştirakı ilə badam tingləri əkilmişdir. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

10:35
17 Mart

Keçmiş məcburi köçkün: Bu gün çox sevincliyəm

10:29
17 Mart

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: Prezidentimizə təşəkkür edirik 

10:29
17 Mart

Ayda maqnit sahəsinin sirri ilk dəfə izah olunub  

10:16
17 Mart

BƏƏ İrandan gələn hücumlar səbəbindən hava məkanını bağlayıb  

10:09
17 Mart

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!