11 İyun 2026 08:15
181
CƏMİYYƏT
A- A+
MİLLİ QURTULUŞDAN BÖYÜK QAYIDIŞA: azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli

MİLLİ QURTULUŞDAN BÖYÜK QAYIDIŞA: azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli


Yeni Azərbaycan Partiyası Zəngilan və Laçın rayon təşkilatlarının birgə təşkilatçılığı ilə konfrans keçirilib


İyunun 9-10-da Zəngilan rayonunun Ağalı kəndində və Laçın şəhərində "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının Laçın və Zəngilan rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Milli Qurtuluşdan Böyük Qayıdışa: Azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli" mövzusunda tədbir keçirilib.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, hər iki rayonun tanınmış ziyalıları, hüquq-mühafizə orqanlarının rəh-bərləri, ictimaiyyət nümayəndələri, qazilər və partiya fəalları iştirak ediblər.

Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub. Dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib və büstün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

15 İyun - Azərbaycanda Milli Qurtuluş Gününə və işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin bərpası, quruculuq işlərini əks etdirən videoçarx təqdim edilib.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov,  YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elm-ləri doktoru, dosent, Azər-baycan folklorşünası Hikmət Quliyev, Bakı Mühəndislik Universitetinin prorektoru, hüquq üzrə fəlsəfə doktoru  Mikayıl Zeynalov, müharibə veteranı, Əməkdar müəllim Bayram Məmmədov, Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, tarix  elmləri doktoru, professor Şikar Qasımov, "Azərbaycan" qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev,  Bakı Ali Neft Məktəbinin müəllimi, tarix elmləri namizədi, dosent Ələmdar Şahverdiyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Cəmiyyətinin Laçın üzrə nümayəndəsi, şəhid Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, Zəngilan rayon Ağsaqqallar Şurasının üzvü, "Azərbaycan Menecment və İnvestisiya  Korporasiyası" QSC-nin baş direktoru Emin Əliyev,  Zəngilan rayon sakini, I Qarabağ müharibəsi qazisi, Vətən müharibəsinin iştirakçısı Zakif Abbasov, Laçın rayon sakini, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Qəzənfər Hüseynov, idman jurnalisti Sənan Məhərrəmov, Laçın şəhər sakini, rayon ziyalısı Kifayət Sadıqova, Zəngilan rayon sakini, partiya fəalı Cəfər Cabbarlı və Laçın rayon Ə.H.Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbinin   hərbi  rəhbəri, Vətən müharibəsi qazisi Taleh İsgəndərli çıxış edərək qeyd ediblər ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etməklə ölkədə ictimai-siyasi sabitliyin və davamlı inkişafın əsaslarını formalaşdırıb. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işləri həyata keçirilir.

Natiqlər Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası ölkəmizin hərtərəfli tərəqqisini təmin edib. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri, müasir şəhərsalma konsepsiyalarının tətbiqi, "ağıllı kənd" və "ağıllı şəhər" modellərinin reallaşdırılması Azərbaycanın güclü iqtisadi potensialının, məqsədyönlü dövlət siyasətinin və strateji inkişaf baxışının nəticəsi kimi dəyərləndirilib.

Çıxışlarda vurğulanıb ki, "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, regionda dayanıqlı inkişafın, sosial rifahın və iqtisadi fəallığın formalaşmasına mühüm töhfə verir. Azad edilmiş ərazilərdə inşa olunan yaşayış məntəqələri, müasir yol nəq-liyyat infrastrukturu, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlər dövlətin insan kapitalına və vətəndaş rifahına verdiyi önəmin bariz göstəricisi kimi qiymətləndirilib.

Xüsusi olaraq qeyd olunub ki, Azərbaycan xalqının Milli Qurtuluşdan başlayan inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Tarixi Zəfər və dövlət suverenliyinin tam bərpası nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri isə müasir Azərbaycan dövlətinin siyasi iradəsini, iqtisadi qüdrətini və inkişaf potensialını əyani şəkildə nümayiş etdirir.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbirin sonunda iştirakçılar Zəngilan rayonunda və Laçın şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar. Azad edilmiş ərazilərdə aparılan yenidənqurma layihələri "Böyük Qayıdış" Dövlət Proqramının uğurlu icrasının və Azərbaycanın dayanıqlı inkişaf modelinin parlaq təzahürünə şahidlik ediblər.

Tədbir çərçivəsində şəhid və qazi ailələri ziyarət olunub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dərimizi günəş şüalarından necə qoruyaq?

08:55
11 İyun

Xəzərin dalğaları arasında...

08:50
11 İyun

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır

08:45
11 İyun

WUF13 və şəhərsalmada Azərbaycan nümunəsi

08:40
11 İyun

Ermənistanın qarşısında duran geosiyasi çağırışlar

08:35
11 İyun

Qarabağda bərqərar olan ədalət

08:30
11 İyun

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək

08:25
11 İyun

Rəqəmsal Azərbaycan - yeni düvrğn idarəzilik modeli

08:20
11 İyun

MİLLİ QURTULUŞDAN BÖYÜK QAYIDIŞA: azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli

08:15
11 İyun

QURTULUŞ MƏFKURƏSİ: xilaskarlıq missiyasından Zəfər salnaməsinə

08:10
11 İyun

Yeni reallıqlar Azərbaycanın formalaşdırdığı gündəm əsasında inkişaf edir

08:05
11 İyun

Cənubi Qafqazda yeni dövr 

08:00
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!