11 İyun 2026 08:45
148
İQTİSADİYYAT
A- A+
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır


Cari  ilin əvvəlindən Azərbaycan dünyanın 157 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu müddətdə 107 ölkəyə məhsul ixrac edilib, 145 ölkə ilə idxal əməliyyatları aparılıb. Ən son rəsmi göstəricilərə əsasən, ticarət dövriyyəsinin həcminə görə ölkəmizin ilk beşliyə daxil olan əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Çin, Rusiya və ABŞ-dir.

İlin ilk dörd ayında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Avropa İttifaqına (Aİ) üzv ölkələr İtaliya, Yunanıstan və Bolqarıstan olub. Bu müddətdə həmin ölkələrə müvafiq olaraq 3 milyard 709 milyon 589,52 min, 336 milyon 604,47 min və 335 milyon 603,44 min dollar dəyərində mal ixrac edilib.

Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi bu məlumat da təsdiqləyir ki, Azərbaycanın ən çox mal ixrac etdiyi Aİ-yə üzv ölkə İtaliyadır. Yeri gəlmişkən, sözügedən dövr ərzində Azərbaycan İtaliyadan 153 milyon 889,28 min ABŞ dolları dəyərində mal idxal edib. İtaliya ilə ticarət əlaqələrinə aid bu göstəricilər Azərbaycanın ümumi ixracının 31,23, ümumi idxalının isə 2,79 faizini təşkil edib.

Ümumiyyətlə, İtaliya Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı və Aİ məkanında əsas ixrac bazarıdır. İllik ticarət dövriyyəsi on milyardlarla dollarla ölçülür və bu ticarətin əsası enerji daşıyıcılarının (xam neft və təbii qaz) ixracıdır. 2025-ci ildə Azərbaycan və İtaliya arasında ticarət əməliyyatlarının həcmi illik müqayisədə 4,1 faiz artaraq 11,86 milyard dollar təşkil edib. Bu rəqəmin təxminən 11,3 milyard dolları Azərbaycanın bu ölkəyə olan ixracının payına düşür. 2024-cü ildə isə illik ticarət dövriyyəsi 11,39 milyard  dollar olub. Bu faktlara əsasən, İtaliya Azərbaycanın ümumi ticarət dövriyyəsində təxminən 24-25 faizlik paya sahibdir.         

İtaliya Azərbaycan xam neftinin ən böyük alıcısı və "Cənub qaz dəhlizi" vasitəsilə təbii qazın əsas istehlakçılarından biridir. Ötən il Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz və təxminən 10 milyon ton neft tədarük olunub. Göründüyü kimi, İtaliya Azərbaycandan əsasən enerji daşıyıcıları idxal edir. Bu ölkə  illərdir Azərbaycan məhsullarının, xüsusən də neft-qaz sektoru məhsullarının dünyadakı ən böyük alıcısı və  əsas ticarət tərəfdaşımızdır. 

İtaliya ölkəmizin ixrac etdiyi xam neftin (əsasən Azeri Light və Azeri Blend) yarıdan çoxunu alır. Azərbaycan nefti İtaliyanın ümumi neft idxalında mühüm paya malikdir. "Cənub qaz dəhlizi"nin Avropa qolu olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edilən təbii qaz İtaliyanın enerji təhlükəsizliyində əsas rol oynayır və Azərbaycan ölkənin ən böyük qaz təchizatçılarından biridir. Başqa sözlə, İtaliyaya milyardlarla kubmetr "Şahdəniz"  təbii qazı nəql olunur və bu, həmin ölkənin  qaz balansında ikinci yeri tutur. 

Lakin bunlar o demək deyil ki, İtaliya bizdən digər məhsullar almır. İtaliyaya ixracın strukturunda qeyri-neft sektorunun məhsullarının da öz yeri var. Bu, plastik kütlələr, alüminium, meyvə-tərəvəz və toxuculuq məhsullarıdır.

İtaliyadan Azərbaycana idxalı göstərən rəqəmlərə də nəzər salaq. İdxal rəqəmləri ixracla müqayisədə xeyli kiçikdir. 2025-ci ildə Azərbaycanın İtaliyadan idxalı 518,1 milyon  dollar  təşkil edib. Ölkəmizə 2095 fərqli məhsul kodu üzrə müxtəlif təyinatlı mallar daxil olub. İtaliyadan əsasən nəqliyyat vasitələri, sənaye avadanlıqları, maşın və mexanizmlər gətirilir. Qeyd olunduğu kimi, illik həcmi yarım milyard dollar civarında olan bu idxal daha çox qeyri-neft sektorunu əhatə edir. 

Beləliklə, İtaliyadan idxal olunan əsas məhsul qrupları: maşın və mexanizmlər  - sənaye avadanlıqları, qazanlar, turbinlər və digər mexaniki qurğular. Digər bir qrup əczaçılıq məhsulları - dərman vasitələri və tibbi ləvazimatlardır. İdxalda qida və kənd təsərrüfatı məhsulları, o cümlədən müxtəlif konservləşdirilmiş ət məhsulları, zeytun yağı və içkilər də özünə yer alır. İtaliyadan eləcə də nəqliyyat vasitələri və onların hissələrini də idxal edirik. Bu qrupa avtomobillər və müxtəlif texniki nəqliyyat vasitələri daxildir. İtaliyadan alınan məhsullar arasında digər sənaye malları da var. Bunlar ən müxtəlif sahələri əhatə edir. Bu sırada kosmetika, mebel, dəri məmulatları və qara metallardan hazırlanan məmulatlar dayanır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dərimizi günəş şüalarından necə qoruyaq?

08:55
11 İyun

Xəzərin dalğaları arasında...

08:50
11 İyun

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır

08:45
11 İyun

WUF13 və şəhərsalmada Azərbaycan nümunəsi

08:40
11 İyun

Ermənistanın qarşısında duran geosiyasi çağırışlar

08:35
11 İyun

Qarabağda bərqərar olan ədalət

08:30
11 İyun

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək

08:25
11 İyun

Rəqəmsal Azərbaycan - yeni düvrğn idarəzilik modeli

08:20
11 İyun

MİLLİ QURTULUŞDAN BÖYÜK QAYIDIŞA: azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli

08:15
11 İyun

QURTULUŞ MƏFKURƏSİ: xilaskarlıq missiyasından Zəfər salnaməsinə

08:10
11 İyun

Yeni reallıqlar Azərbaycanın formalaşdırdığı gündəm əsasında inkişaf edir

08:05
11 İyun

Cənubi Qafqazda yeni dövr 

08:00
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!